İş adamı Hacı İbrahim öz şirkətinin rəhbərliyindən istefa verib
8-04-2021, 23:51
31

İş adamı Hacı İbrahim öz şirkətinin rəhbərliyindən istefa verib

Azərbaycanda tanınmış iş adam Hacı İbrahim və ya İbrahim Hüseyn oğlu İbrahimov öz şirkətin rəhbərliyindən də istefa verib.
Bu barədə Banker.az-ın şirkətə yaxın mənbələrdən əldə etdiyi məlumatda deyilir.
Məlumata əsasən, bundan sonra “Avesta Konserni”nin rəhbərliyi Araz Nadirov Ələsgər oğluna tapşırılıb.
62 yaşlı Hacı İbrahim Azərbaycanda tikinti sektorunda bir sıra “partlayış” layihələri ilə gündəmi tutsa da sonradan külli miqdarda borclara görə bu layihələrini özü gerçəkləşdirə bilmədi.
Məsələn, onun məşhur Xəzər Adaları (Khazar Islands) bir milyon əhalini süni adalar üzərində məskunlaşdıra biləcək şəhəri əhatə edən bir layihə idi. Bu layihə “Avesta” şirkətinin təşəbbüsü nəticəsində ortaya çıxarılmışdı. Layihənin dəyəri 100 mlrd. dollar təşkil edirdi. Adalarda eləcə də 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və Azerbaijan Tower (azərb. Azərbaycan qülləsi‎) tikilməsi planlaşdırılırdı. Layihə ilkin olaraq başlayarkən 2020-2025-ci illərdə başa çatması proqnoz edilirdi.
Sonradan iş adamı yerli mediaya açıqlamasında dövlət qarşısında külli miqdarda borcu olması səbəbindən milyardlıq layihəsi “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin tabeliyinə verdiyini bildirmişdi:
“Əmlakın dəyəri 720 milyon manat qiymətləndirildi. Banka olan borcumun faiz hissəsi məndən tutulmadığı üçün, əmlakın dəyəri 570 milyon manat oldu. Buna görə mənə 150 milyonu qaytarmalı idilər. Mən də dedim ki, istəmirəm, dövlətə bağışlayıram. Bütün borclarım bağlandı. İndi mənim bir manat da olsun borcum yoxdur. Nə alacağım var, nə də verəcəyim! Mən bütün kreditlərimi 100 faiz ödəməli oldum”.

Oxşar xəbərlər

Hacı İbrahim Nehrəmli məhkəməyə verildi
Hacı İbrahim Nehrəmli məhkəməyə verildi - Borc iş adamını işə saldı
“XƏZƏR ADALARI”NA “SİLİNƏN” MİLYARDIN QARABAĞ SAVAŞINDAKI ƏKS-SƏDASI... – Fırıldaq layihələrin müəllifi niyə yoxa çıxıb?
Fırıldaq layihələrin müəllifi niyə yoxa çıxıb?
"Mall"lar nə vaxt işə başlayır? — Operativ Qərargahdan AÇIQLAMA
Gələn həftə Azərbaycanda vaksinasiyaya başlanacaq
Oğlunu qəzada itirən İbrahim Borçalının son halı - Foto
Nazim İbrahimovun mülkləri əlindən alınır – Proses başlandı
İbrahim Borçalıdan 20 yaşlı mərhum oğluyla bağlı təsirli paylaşım - Video
“Ona nifrət edirdim” - Məşhur müğənninin qızı etiraf etdi
Hacı Nuran da koronavirusa yoluxdu
Azərbaycanda qızına heroin vuraraq öldürən ata saxlanıldı - TƏFƏRRÜATLAR
İki gün əvvəl ordudan tərxis olunan əsgər öldü
Dünya Bankı Azərbaycana yardım edəcək
İbrahim Borçalı vəfat edən oğluna yeni ev alıbmış
Azərbaycanda vəzifəli şəxsə AĞIR İTKİ
Vado Korovin “Space“ TV-yə rəhbər təyin edilib? - ATV-dən gedib və...
İbrahim Tatlısəsin verilişi məşhur serialların “belini qırdı“
Hacı Zeynalabdinin kötükcəsi Qarabağa gələcək
Mali prezidenti istefa verib
“Space” TV-nin prezidenti istefa VERDİ
Dünyanın ən təhlükəli terrorçusu öldürüldü - Tramp təsdiqlədi
İbrahim Tatlısesin qızına iş yerində hücum edildi - VİDEO
Hacı Nuran şəhid oğlunun kirvəsi olacaq - Fotolar
"Bahar Əməliyyat Şirkəti" işçilərinin maaşını ödəmir - GİLEY
Tanınmış ilahiyyatçı bıçaqlandı
Həbs edilən “Azərxalça” sədrinin oğlu rəis vəzifəsindən istefa verdi?
Ermənistanda daha bir nazir istefa verdi
ATV-nin keçmiş prezidenti biznesini xaricə köçürdü
Hadrutda düşmənin qurduğu pusqu belə məhv edilib - VİDEO