14 il əvvəl ləğv olunan qurum 1,1 milyon manatlıq tender keçirib? - FOTOFAKT
9-04-2021, 12:45
67

14 il əvvəl ləğv olunan qurum 1,1 milyon manatlıq tender keçirib? - FOTOFAKT

Azərbaycan Prezidentinin 2 fevral 2007-ci il tarixli 521 nömrəli Fərmanı ilə ləğv olunan qurum müsabiqə keçirib.
Yeniavaz.com xəbər verir ki, İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nəzarət etdiyi "etender.gov.az" saytında yer alan məlumatda 2007-ci ildə ləğv olunan Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin tender keçirdiyi qeyd olunub.
Məlumatda bildirilir ki, Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin Goranboy Subartezian Quyuları İstismar İdarəsi tərəfindən keçirilən tender müsabiqələrinin qalibi “İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının Təmir Quraşdırma-Sazlama İdarəsi” və “Kasko-Hidro” MMC olub. 2007-ci ildə ləğv olunan Komitənin “İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının Təmir Quraşdırma-Sazlama İdarəsi”nə 99 999 manat 69 qəpik, “Kasko-Hidro” MMC-yə isə ili ayrı lot üzrə 258 765 manat 7 qəpik və 258 733 man 89 qəpik ayırdığı bildirilir.
Qeyd edək ki, tender müsabiqəsində adı keçən Goranboy Subartezian Quyuları İstismar İdarəsi hazırda "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə tabedir.
Ləğv olunan Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin adından ötən ilin may ayında daha 2 tender müsabiqəsi keçirilib və həmin tenderlərdə də “Kasko-Hidro” MMC-yə 479 min manat ayrılıb. “Kasko-Hidro” MMC əsasən “Azərsu” ASC-nin keçirtdiyi milyonluq tenderlərin qalibi kimi tanınıb. MMC 10.11.2011-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC Nərimanov rayonu, Ziya Bünyadov, ev 110 K ünvanında yerləşir. “Kaskad-Hidro” MMC-nin qanuni təmsilçisi 2000-ci ildən Bakı Dövlət Universitetinin "Riyazi kibernetika" kafedrasında dosent vəzifəsində çalışan Həmidov Sabir İsa oğludur.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 3 may 1993-cü il tarixli 548 nömrəli Fərmanına əsasən Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin bazasında yaradılıb və Əhməd Əhmədzadə qurumun sədri təyin olunub.
Onu da bildirək ki, 1993-cü ildən (28 il) Meliorasiya və Su Təsərrüfatına (həm Komitəyə, həm ASC-yə) rəhbərlik edən Əhməd Əhmədzadə bir həftə əvvəl – 2 aprel 2021-ci il tarixində tutduğu vəzifədən azad olunub. Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi adından keçirlən tenderin elanı 1 mart tarixində elan olunub və sənəd qəbulu 30 mart tarixində yekunlaşıb.
Məsələ ilə bağlı Goranboy Subartezian Quyuları İstismar İdarəsində münasibət öyrənmək istəsək də telefon zənglərimizə cavab verən olmadı.

Oxşar xəbərlər

Əhmədzadə son 3 gündə 2 dəfə qanunu kobud şəkildə pozdu
Dövlət Xidməti Əhmədzadənin keçirdiyi 210 min manatlıq şübhəli tenderi ləğv etdi
Aqrar Xidmətlər Agentliyinin ŞÜBHƏLİ TENDERİ... - Rəsmən ləğv olundu
Antiinhisar Xidməti "Aztelekom"un 3 tenderinin nəticələrini ləğv etdirib
Yevlaxda dövlət tenderlərini KİMLƏR UDUR? - İLGİNC SİYAHI
Tərtərdə tenderləri kimlər udur? - SİYAHI
"İçərişəhər" Qoruğunun 100 min manatlıq tenderini udan Teymur Ramizoviç kimdir? – Atası AMEA-da işləyir
Bir gündə eyni idarədən 4 tender alan "Tender kralı"nın şirkətini kim himayə edir?
Meliorasiya İdarəsindən inanılmaz tender maxinasiyası: - 1 gündə 3 tender
Saatlıda büdcə pulları kimlərə həvalə olunur? - SİYAHI
Sabirabadda dövlət tenderlərini KİMLƏR UDUR? - SİYAHI
Ağstafada başçı həbs olundu, tender işi dəyişmədi - Eyni şirkətlər bütün rayonlarda qalib elan olunur
Bakı şəhər Mədəniyyət Baş İdarəsi iki şübhəli tender keçirdi - FOTO
Əhmədzadədən daha bir şübhəli tender: 10 manatlıq şirkətə 300 min manat…
Bir gündə 1.5 milyon manat: Pulla “suvarılan” şoran torpaqlar...
Qubada dövlət tenderlərini KİMLƏR UDUR? - İLGİNC SİYAHI
“Meliorasiya”dan 1 milyonluq tender udan Rövşən Əliyev kimdir?
Dövlət vəsaitləri hesabına mallar alan təşkilatlara xəbərdarlıq
Göygöldə dövlət tenderlərini KİMLƏR UDUR? - SİYAHI
Qobustanın icra başçısı büdcə pullarını kimə ötürür... - İLGİNC
Əhmədzadə büdcə milyonlarını necə bölüşdürür... - İTTİHAM
Əhməd Əhmədzadə sevimli “Sevinc-96”sına bu dəfə 30 milyon manat ayırdı - Hacı Qurban kimdir?
32 milyonluq tender 20 manat kapitalı olan şirkətə verilib
Yardımlıda rəsmən TALAN VAR... - İLGİNC FAKT
Neftçalada Hacı Qurban RÜZGARI... - Milyonlar belə yeyilir...
Naftalan icra hakimiyyətinin öz balaca dünyası var... - İLGİNC
Masallıda ənənəvi tender hoqqabazlığı... - İLGİNC FAKTLAR
Ağdaşda büdcə pulları belə dağıdılır... - SİYAHI
Keçmiş nazirə ağır zərbə: Qazandığı tenderlərin nəticələri ləğv olundu
Şair Alxasovun ŞÜBHƏLİ TENDER ORTAQLARI - İLGİNC