Azərbaycanda Ramazan ayının başlayacağı tarix BƏLLİ OLDU
9-04-2021, 15:26
54

Azərbaycanda Ramazan ayının başlayacağı tarix BƏLLİ OLDU

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Qazılar Şurasının növbəti iclası keçirilib.
QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadənin sədrliyi ilə onlayn formatda keçirilən iclasda Ramazan ayının başlanması ilə əlaqədar Fətva müzakirə olunub.
İclasda Qafqaz Müsəlmanları İdarəsinin sorğusuna cavab olaraq, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilovun imzası ilə Şeyxülislam Allahşükür Paşazadənin ünvanına daxil olan məktubun mətni oxunub.
Məktubda deyilir: “Məlumat üçün bildirmək istərdik ki, Sizə təqdim olunmuş 1442-1443-cü hicri-qəməri (2021-ci il miladi) təqvim layihəsində tərəfimizdən təkrar aparılmış araşdırma nəticəsində Azərbaycan ərazisində təzə Ayın (hilalın) görünməsi 13 aprel tarixində baş verdiyindən Ramazan ayının 1-i aprelin 14-dən başlaması təsdiqlənib. Odur ki, 14 aprel tarixini Ramazan ayının birinci günü kimi qəbul etmənizi ali diqqətinizə çatdırıram.
Bu il üfüqümüzdə Hilalın (təzə Ayın) aprelin 13-ü Şam namazı ərəfəsində görünəcəyinə görə Ramazan ayının 1-i miladi təqvimlə 14 aprel 2021-ci il tarixinə təsadüf edəcək.
İnşallah, Eydül-Fitr–Ramazan bayramı Şəvval ayının 1-i-Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 13-nə təsadüf edəcəkdir.

Oxşar xəbərlər

Ramazan ayı ilə bağlı fətva veriləcək
Azərbaycanda Ramazan ayı nə vaxt başlayacaq?
Azərbaycanda Ramazan ayı bu vaxt başlayacaq
Bu gün Məhərrəm ayı başlayıb
Şeyxin mühafizəçisinə ağır itki
Heydər məscidində Vətən müharibəsi şəhidləri anılıb
Allahşükür Paşazadə yenidən Nobel mükafatına namizəd oldu
Bu gecə üçüncü Qədr gecəsidir
Şeyxin bacısı oğlu koronavirusdan öldü
Şeyxülislam BMT Baş Katibinin müavininə Ermənistanın törətdiyi vəhşilik barədə məlumat verib
"Şortik geyindiyimə görə mənə su vermədilər" - Şeyxin müşaviri
“Şəhidlərimizin qanı yerdə qalmadı” - Allahşükür Paşazadə
“İlham Əliyev tarixə Fateh kimi daxil oldu” - Şeyxülislam
Bu gün Türkiyədə 90 min məsciddə şəhidlərimiz yad edilir
Ramiz Mehdiyev ona vəzifə verdi
Allahşükür Paşazadə Vyanadadır
İyun ayına şadlıq evlərində boş yer yoxdur - VİDEO
Şeyx dindarları Ağdama apardı
Koronavirusa görə bayram namazı evlərdə qılınacaq
Pandemiya şəraitində oruc tutmağın QAYDALARI
Şeyx Ağdam səfərindən danışdı: “Ürəyim ağrıdı“
QMİ Ramazan ayı ilə bağlı fitva verdi
Ölmüş alim hələ də AMEA-da “işləyir” - FOTOFAKT
Ramiz Mehdiyevin daha bir ortağı: Hacı Ramazan... - "İnpeks N" MMC ilə bağlı müəmmalar...
Kəbədə Ramazan hazırlıqları tamamlandı
Allahşükür Paşazadə din xadimləri ilə görüş keçirdi
Mehdiyev daha bir vəzifəsini itirdi - RƏSMİ
2021-ci ilin bayram günləri AÇIQLANDI
Bu gün MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Azərbaycandan bu il Həcc ziyarətinə gedən OLMAYACAQ – İLGİNC SƏBƏB