Vətəndaşı evindən çılpaq çıxaran polisin maraqlı HOBBİSİ
10-04-2021, 12:05
142

Vətəndaşı evindən çılpaq çıxaran polisin maraqlı HOBBİSİ

Vətəndaşın qapısını döyən və order olmadan onun iradəsinə zidd olaraq içəri daxil olub “Paltar geyinməsin, elə bu vəziyyətdə apar” deyən polis kapitanı Şəhriyar Hüseynovdur.
Əldə etdiyimiz məlumata görə, sözügedən polis zabiti Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun oğludur.
Atası Rafil Hüseynov Prezident Administrasiyasında yüksək vəzifəli şəxs tərəfindən himayə olunur.
Şəhriyar Hüseynov əvvəllər Sabunçu rayon Məhkəməsinin sədrinin köməkçisi işləyib, daha sonra isə Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayına komandir vəzifəsinə təyin olunub.
O, bahalı və lüks avtomobil kolleksiyası ilə məşhurdur. Belə ki, ona məxsus olan avtomobil kolleksiyasının nömrələrinin sonu “011” seriyası ilə bitir. Hətta, Şəhriyar Hüseynov “AA” seriyalı avtomobillərə də sahibdir.



Qayınatası da Suraxanının icra başçısı Əziz Əzizovdur.
Ümid edirik ki, atası və qaynatası icra başçısı olan Şəhriyar Hüseynovun hərəkətləri ictimai qınağa səbəb olduğuna görə müvafiq tədbirlər görüləcək.
Qeyd edək ki, Şəhriyar Hüseynovun adı bu gün daha bir qalmaqalda hallanıb. Onun Bakıdakı avtosalonlardan birində dava saldığı qeyd edilib.
Məsələ ilə bağlı Bizimyol.info saytı Ağcabədi Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynovla əlaqə saxlamaq istəyib. Başçı ilə danışmağın mümkün olmadığını deyən və adını bildirmək istəməyən şəxs qeyd etdb ki, bu barədə heç bir məlumatları yoxdur və deyilənlər İcra Başçısının şəxsi işidir, ailə məsələsidir:
“Bunlar onun şəxsi məsələsidir. Bu barədə heç nə deyə bilmərik, hüququmuz yoxdur. O Bakıda yaşayır, bura təzə gəlmiş adamdır. Tanımırıq”.Sfera.az


Oxşar xəbərlər

Vilayət Eyvazov icra başçısının oğlunu işdən ÇIXARDI - FOTO
Öz oğlunu tərbiyə edə bilməyən icra başçısı Rafil Hüseynov AĞCABƏDİNİ necə idarə edir?-RAFİL HÜSEYNOV DA HƏBS OLUNA BİLƏR
Əziz  Əzizovun Neftçaladakı  araq  sexləri, heyvandarlıq fermaları -Əziz Əzizovla Rafil Hüseynovun “iş birliyi”
Qadın  sahibkarı  10 min manata görə döydürən icra başçısı…  - Rafil  Hüseynov Masallıda qəbristanlığı söküb yerində obyekt tikmək istəyirmiş...
Ağcabədinin icra başçısı Rafil Hüseynov Qarabağ şəhidinin statusunu ləğv  etdirmək istəyir-  Şəhidin həyat yoldaşı  dövlət qurumlarından kömək istəyir
İcra başçısı olan  keçmiş  tramvay ustası, arpa satan Əziz Əzizov- Və başçının şofer, hüquqçu, köməkçi olan bacısı oğlu
Vilayət Eyvazov Bayram Səfərovun oğlunu işdən çıxardı
Xocavənd polis şöbəsi Hadrutda yerləşdirildi
Vilayət Eyvazov bu polis polkovniklərinin YERİNİ DƏYİŞDİ
Yeni icra başçısı köməkçisini özünə birinci müavin təyin etdi
Bakı sakini döyülərək avtomobili əlindən alınıb
Bu arada hansı icra başçılarına “qırmızı kart” göstəriləcək? – SİYAHI
Vilayət Eyvazovdan daha bir təyinat
"Rafil Hüseynov bizi şantaj edir..." - Mehdiyevin kadrından Prezidentə şikayət...
Avtoxuliqanlıq edən şəxs saxlanıldı
Bakıda avtomobil qaçıran şəxslər qəza törətdi
Lənkaran icra hakimiyyətinin saxta diplomlu məmurları və bahalı avtomobil sahibləri KİMLƏRDİR? – ŞOK İDDİA
Nazir kapitanı rəis müavini təyin etdi
Nizaməddin Quliyevin işdən çıxarılan kadrının yerinə TƏYİNAT
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Cəbrayılda komendantı pozan şəxsin maşınından döyüş sursatı götürüldü
Bakıda və Şamaxıda evlərdən oğurluq oldu
Oliqarx məmur oğlunu icra başçısı göndərir - İddia
İcra başçısı özünə yeni köməkçi təyin etdi
Yeni icra başçısı özünə köməkçi TƏYİN ETDİ
Məşhur polis rəisinin oğlu yüksək vəzifəyə təyin edildi
Yeni icra başçısı müavinlərini və köməkçisini İŞDƏN ÇIXARDI
Nəsimi Rayon İcra Hakimiyyətində yeni şöbə müdiri TƏYİN EDİLİB
Ramiz Mehdiyevin 25 illik kadrı işdən çıxarılır? - İDDİA
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI