Bakının bu qəsəbələrinə gedən sərnişinlərin nəzərinə!
10-04-2021, 14:12
51

Bakının bu qəsəbələrinə gedən sərnişinlərin nəzərinə!

Dövlət başçısının tapşırığına əsasən, Bakıətrafı kənd və qəsəbələr üzrə sərnişindaşımaların keyfiyyəti artırılır. Köhnə, istismar müddətini başa vuran avtobuslar müasir, rahat və iritutumlu nəqliyyat vasitələri ilə əvəz edilir. Bu çərçivədə ümumilikdə 48 minə yaxın əhalinin yaşadığı Pirallahı, Zirə, Türkan və Qala qəsəbələrində sərnişindaşımaların keyfiyyəti yaxşılaşdırılır.
Bu barədə BNA-dan bildirilib. Məlumata görə, qeyd olunan qəsəbələrin sakinlərindən nəqliyyat xidmətlərinin keyfiyyətinin aşağı, avtobusların köhnə və istismara yararsız olması barədə mütəmadi olaraq Agentliyə şikayətlər daxil olurdu. “3 № Bakı Avtonəqliyyat Müəssisəsi” MMC-nin müvəqqəti istismarındakı bu xətlər üzrə avtobuslara zəruri texniki qulluğun göstərilməməsi, xüsusən qış aylarında çətinliklər yaradırdı. Bu isə sərnişinlərin haqlı narazılığına səbəb olurdu. Nəticədə, metronun “Koroğlu” stansiyasından Pirallahı, Zirə, Türkan və Qala qəsəbələrinə gedən sərnişinlər qanunsuz sərnişindaşıma xidmətlərindən istifadə edirlər. Bu isə öz növbəsində sərnişinlərin daha artıq vəsait ödəməsi ilə yanaşı, həm də təhlükəsizlik baxımından narahatlıq doğurur.
Bütün bunları nəzərə alaraq, Pirallahı, Zirə, Türkan və Qala qəsəbələri “Koroğlu” NMM-i istiqamətində sərnişindaşımalarının təşkilində dəyişiklik edilib.
Dəyişikliyə əsasən, Qala qəsəbəsində mübadilə məntəqəsi təşkil edilib. Yeni dayanacaq pavilyonları qoyulub, iki dənə “BakıKart” ödəmə terminalı quraşdırılıb və digər zəruri infrastruktur işləri görülüb. 101, 150 və 187 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar müvafiq olaraq Türkan, Pirallahı və Zirə qəsəbələrindən sərnişinləri Qala mübadilə məntəqəsinədək gətirəcək. Bu ərazidən isə Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinə (NMM) “Q1” adı altında yeni marşrut xətti təşkil edilir.
“BakuBus” MMC-nin istismarında olacaq xətt üzrə avtobuslar Ramana yoluna daxil olmadan birbaşa hərəkət edəcək ki, bununla da sərnişinlərin səyahət müddəti əhəmiyyətli dərəcədə azalacaq və onlar təyinat məntəqəsinə daha tez çatacaqlar. Q1 xətti üzrə gediş haqqı 40 qəpik müəyyən edilib və ödəniş nağdsız formada olacaq.
Dəyişikliklər sayəsində Pirallahı, Zirə, Türkan və Qala qəsəbəsi sakinlərinin “Koroğlu” NMM və əks istiqamətdə rahat və təhlükəsiz şəkildə daşınması mümkün olacaq. İki marşrut xəttindən istifadə etmələrinə baxmayaraq, onların səyahət müddəti əvvəlki vaxtla müqayisədə əhəmiyyətli dərəcədə azalacaq. Həmçinin, xətt dəyişikliyi nəticəsində Pirallahı qəsəbəsindən “Koroğlu” NMM-ə gedən sərnişinlər 10 qəpik daha az gediş haqqı ödəyəcəklər.
Məlumat üçün bildirək ki, 101, 150 və 187 nömrəli müntəzəm marşrut xətləri sərnişindaşımaları balansında əsaslı təmir edilən nəqliyyat vasitələri olan daşıyıcıya həvalə edilib.
Qeyd edək ki, bütün dəyişikliklər 12.04.2020-ci il tarixindən tətbiq olunacaq.

Oxşar xəbərlər

Azərbaycan Türkiyədən 320 avtobus alacaq
Yeni gətiriləcək avtobuslar bu istiqamətlərə salınacaq
Dövlət Bayrağı Günündə ekspres xətlər üzrə avtobuslar işləyəcək
Avtobuslar saat neçəyə qədər işləyəcək? – RƏSMİ AÇIQLAMA
Bakıya 115 yeni avtobus gətirilir
Bu gün xətlərə rekord sayda avtobus çıxarılıb
BNA sədri sahibkarları topladı: Gediş haqqı müzakirə olundu
BNA: Ekspres xətt avtobuslarının fəaliyyəti davam etdiriləcək
Azərbaycanda nəqliyyatın ödənişində YENİLİK: İlk olaraq...
Yarımmilyonluq texnika, yoxsa..? - İnsanları ölümə sürükləyən "BakuBus" - Video
İnsanları ölümə sürükləyən "BakuBus" - Yarımmilyonluq texnika, yoxsa..?
17 yeni salınmış yaşayış massivi qazla təmin olunub - FOTO
Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı olub.
Bakıda elektrikli avtobuslar istismara veriləcək
Bakıda tıxac var: Avtobuslar gecikir - FOTO
Bakıda yük avtomobili aşdı - Toyuqlar asfalta töküldü
Sabahdan Bakıda ictimai nəqliyyatın hərəkəti dayandırılır – BNA
BNA həftə ərzində daşınan sərnişinlərin statistikasını açıqlayıb
Prospektdəki qəza tıxac yaratdı - FOTO
Bakıda “BakıKart” və “MilliÖN” terminallarındakı problem nə vaxt həll olunacaq?
Bu küçələrdə avtobus zolaqları çəkilir - Fotolar
“Zirə”nin şəhid futbolçusu medalla təltif olundu
Bakının bəzi yollarında sıxlıq yaranıb - Foto
Sürücülərin nəzərinə: Bakının bu hissəsində... - FOTOLAR
Bakıda illərin problemi kuliminasiya nöqtəsində: - Təəssüf ki, çarə yoxdur
Sabah bəzi avtobusların hərəkət qrafikində dəyişiklik olacaq
Metro açılırsa, ekspres xətt avtobusları işləməyəcək? - AÇIQLAMA
Bakıda hazırda bu yollarda tıxac var - Siyahı
“Sıxlıq olan avtobuslara minməyin” çağırışından sonrakı vəziyyət - VİDEO
Azad olunmuş ərazilərə avtobus marşrutu nə vaxt olacaq?