Razılıq əldə olundu: Azərbaycanlılar Xankəndiyə köçürülür
10-04-2021, 16:12
69

Razılıq əldə olundu: Azərbaycanlılar Xankəndiyə köçürülür

“Bu, çox ciddi mövzudur. Erməni tərəfi Azərbaycanın saxladığı terrorçularla bağlı dezinformasiya yayıb. Əvvəla, nəzərə almaq lazımdır ki, aprelin 8-də cənab Prezident Rusiya baş prokurorunu qəbul edib. Ehtimal edirəm ki, görüşdə terrorçularla bağlı məsələ müzakirə olunub. 
Şübhəsiz ki, Azərbaycan və Rusiya Prezidentləri arasındakı telefon danışıqları zamanı da bu mövzuya toxunulub. Elə Paşinyan da Putinlə görüşlərdə bu məsələni media qarşısında qaldırır. Ancaq Azərbaycan Prezidentinin və dövlətinin fikri qətidir. Xarici işlər naziri Ceyhun Bayramovun bəyanatında açıq göstərilir ki, 10 noyabrda müharibə dayandırıldıqdan sonra Azərbaycan ərazilərinə keçən və həbs edilən şəxslər ancaq terrorçu və təxribatçı ola bilər. Bu məsələ bağlanıb. Dövlətin qətiyyətli mövqeyi ortadadır”.
Bu fikirləri Milli Məclisin deputatı Tahir Kərimli deyib.
Sülhməramlı kontingentin komandanı Rüstəm Muradovun İrəvan hakimiyyətini təxribatçı adlandırmasına diqqət çəkən millət vəkili bildirib ki, Azərbaycan və Rusiya arasında ciddi danışıqlar gedib:
“Bu danışıqlar, şübhəsiz ki, 10 noyabr sazişinin yerinə yetirilməsi, Azərbaycanın öz süveren ərazilərində hakimiyyətinin bərpa olunması ilə bağlıdır. Laçın dəhlizi, Xankəndi, digər ərazilərlə bağlı Azərbaycanın mövqeyi qətidir. Məndə olan məlumata görə, razılıq var ki, Xankəndində Azərbaycanlı icmasının ofisi olsun. Yəni, tədricən köçürülmə prosesinə start verilsin və sülhməramlı missiya da həqiqətən sülh yaratmaqla məşğul olsun. Sual olunur: Xankəndində əgər ancaq ermənilər varsa, o zaman Muradovun rəhbərlik etdiyi kontingent kimlər arasında sülh yaradır? Axı orada Azərbaycan icması yoxdur. Sülh yaratmaq, təmin etmək üçün ora azərbaycanlılar köçürülməlidir, hansı ki onlar Xankəndində yaşamış şəxslərdir”.
Deputat qeyd edib ki, general Rüstəm Muradovun Bakıya gəlişi zamanı mümkündür ki, Azərbaycan tərəfindən saxlanılan terrorçuların məsələsi müzakirə edilib:
“Ancaq ən əsası Rusiya və Azərbaycan arasında əldə edilən yüksək səviyyəli razılaşmadır. Yəni sülhyaratma qüvvələri Azərbaycanın süveren ərazilərində özlərini necə aparmalıdır. Əlbəttə, Azərbaycan süverenliyinə uyğun şəkildə, dövlət süverenliyimizə xələl gətirmədən, Ermənistanda revanşist qüvvələri həvəsləndirmədən aparmalıdırlar. Bəli, belə danışıqlar gedir və bu çox yaxşı haldır.
İkincisi, çox müsbət haldır ki, Rüstəm Muradov Ermənistan rəhbərliyindəki müəyyən qüvvələri açıq təxribatçılıqda günahlandırıb. Bu, həqiqətən müsbət haldır. Bəli, Muradovu daima ermənipərəst kimi qələmə veriblər. Məncə, onun özü də artıq ermənilərdən bezib. Özü də erməni yalanından, erməni təxribatından bezib. Ona görə də birbaşa erməni hökumətini təxribatçılıqda ittiham edib. Məncə, bir qədər səbr nümayiş etdirməliyik. Hər şey Azərbaycanın xeyrinə inkişaf edəcək. Biz hərbi uğur qazanmışıq. Orada da dövlət süverenliyimizi diplomatik danışıqlar yolu ilə təmin edəcəyik. Dövlət bu istiqamətdə işləyir”.

Oxşar xəbərlər

Zakir Həsənov rus sülhməramlıların komandanı ilə görüşdü
Ermənistanın müdafiə naziri Rusiya sülhməramlılarının komandanı ilə görüşdü
Şoyqu və Arutyunyan arasında telefon danışığı - Qarabağdakı bu məsələ müzakirə olundu
“Ermənistan rəsmiləri Xankəndinə gəlməyə cürət etməyəcəklər“ - Politoloq
Ceyhun Bayramovla Lavrov arasında telefon danışığı oldu
Putinlə İlham Əliyev Qarabağ məsələsini müzakirə etdi
Danışıqlar yalnız Rusiya, Türkiyə və Azərbaycan arasında ola bilər - Politoloq
Çavuşoğlu Lavrov qarşısında Azərbaycanla bağlı məsələ QALDIRACAQ
Ceyhun Bayramovun İrana səfəri başladı
Rusiya Qarabağda sülhməramlıların sayını artırmağı planlaşdırır
Putin Ərdoğanın Qarabağ probleminin həlli ilə bağlı təklifini qəbul edib
İrəvan 140 erməni məhbusun Bakıdan qaytarılmasını tələb edir - RBK
Ceyhun Bayramov Moskvaya getdi
MM Əli Əsədovun Azərbaycanın Baş Naziri təyin edilməsinə razılıq verib
XİN rəhbərlərinin Moskva görüşü başa çatdı - YENİLƏNİB
Paşinyan yenə Putinə zəng etdi
İlham Əliyev: "Yaxın günlərdə Putinlə telefon söhbətimiz olub..."
Arutyunyanla görüşən Azərbaycan rəsmiləri kim olub?
Ceyhun Bayramovla Lavrov arasında Qarabağ müzakirəsi
Ermənistanın xarici işlər naziri Lavrovla görüşdü
Paşinyan Şuşayla bağlı bu detalları ilk dəfə xalqa ETİRAF ETDİ
Çavuşoğlu ilə Ceyhun Bayramov bu məsələləri müzakirə edəcəklər
Ceyhun Bayramov və Çavuşoğlu telefonla danışdılar
Lavrovla Zərif Qarabağı müzakirə etdi
Putinin Paşinyanla görüşdən sonra Əliyevə zəng vurmasının səbəbi - Qarabağ ətrafında nə baş verir?
General Rüstəm Muradovdan Hadrut açıqlaması: Vəziyyət necədir?
Peskovdan Paşinyanın Putinlə bağlı açıqlamasına Reaksiya
Araiklə görüş olub, yoxsa ifadəsi alınıb?
Ceyhun Bayramov Lavrovla bəyanatın icrasını müzakirə etdi
Putin Təhlükəsizlik Şurasının iclasını keçirib - Qarabağdakı vəziyyət müzakirə olunub