“Açıq havada maska taxmaqmı effektivdir, yoxsa taxmamaq?”
11-04-2021, 10:08
107

“Açıq havada maska taxmaqmı effektivdir, yoxsa taxmamaq?”

Son aylar Azərbaycanda həm koronavirusa gündəlik yoluxmada, həm də yoluxanlar arasında ölüm hallarında əsasən artım müşahidə edilir. Bəs mütəxəssislər vəziyyəti necə dəyərləndirir? Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün əlavə tədbirlər lazımdırmı?
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimqızı “Turan” İnformasiya Agentliyinə bildirib ki, Azərbaycanda koronavirusun 3-cü dalğası müşahidə olunur: “Çox təəssüf ki, xəstələrin sayı artır. Bu tendensiya təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunmaqdadır”.
Deputatın sözlərinə görə, insanlar çalışırlar ki, qaydalara əməl etsinlər: «Keçən illə müqayisədə indi insanlar pandemiya ilə mübarizədə daha çox səy göstərir, əksər hallarda qoruyucu maskalardan istifadə edirlər, ara məsafə saxlamağa çalışırlar. Amma yenə də prosesin tam idarə edilməsi çox çətindir. Hələlik, hamı pandemiya şəraitində yaşamağa öyrəşə bilməyib».
Komitə üzvü vurğulayıb ki, insanlar mütləq vakainasiyadan keçməlidir: «Vaksinasiya mütləq lazımdır. Mən özüm də vaksinasiyadan keçmişəm və səmimi deyirəm ki, bu prosesdən hamı keçməlidir. Çünki ən azı insanın bədənində immunitet yaranır və heç olmasa müəyyən dövr üçün bu bizi qoruyur».
M.İbrahimqızı qeyd edib ki, bu yeni virusdur. Deputatın sözlərinə görə, son vaxtlar onun yeni ştamları üzə çıxıb və hətta ən yaxşı mütəxəssislər belə yeni növ koronavirusla mübarizənin yol xəritəsini müəyyən edə bilmirlər: «Ona görə də bugünkü durumda çıxış yolu yalnız qaydaların əməli və vaksinasiyadır».
Deputatın fikrincə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vahid qaydalar tərtib etməlidir: «ÜST-in gördüyü iş yetərli deyil. Məsələn, Avropanın bir sıra ölkələrində açıq havada qoruyucu maska taxmaq məcburi deyil. Bir sıra ölkələrində, o cümlədən Azərbaycanda isə açıq havada maska məcburidir. Təbii ki, qapalı mühitdə birmənalı olaraq hamı maska taxmalıdır. Amma ÜST-in vahid qaydaları olmalıdır ki, açıq havada maskanın taxmaqmı effektivdir, yoxsa maska taxmamaq? Məktəblər əyani şəkildə öz işini davam etdirməlidir, yoxsa onlayn qaydada? Çünki hazırda hər ölkənin öz qaydası var, bu isə insanlarda çaşqınlıq yaradır».

Oxşar xəbərlər

Yoluxmanı artıran amillər: - “Avtobuslar və mağazaların kassası...”
“Xəstəliyə yoluxanların hər gün çoxalmasının səbəbi...” - Direktor müavini
Gələn həftədən karantin yenidən sərtləşdiriləcək - AÇIQLAMA
Yoluxma yenidən arta bilər - Səhiyyə Nazirliyi
“SMS-icazə” bərpa edilir? - Deputat açıqladı
Komendat saatı ləğv olunur: SMS icazə gəlir?
“Azərbaycanda koronavirusa yoluxma bu şəkildə davam edərsə..." - Hande Harmancı
Vəziyyət çox pisləşə bilər... - Koronavirus xəbərdarlığı
"Maska hər kəsin gündəlik aksesuarı olmalıdır"
Əgər 10 gün sonra ölənlərin sayında azalma olmasa...- Tanınmış həkim
Avropa sərt karantinə qayıdır – Bəs Azərbaycan necə?
Karantin sərtliyi geri qaytarılmalıdır - Diqqət, TƏHLÜKƏ!
"Son günlərin statistikası pandemiyanın “ikinci dalğası”nın yetərincə real olacağını göstərir"
Açıq havada qoruyucu maska taxmayanlar cərimələnəcək
Bölgələrdə və Bakıda insanların çölə çıxmasına 2 günlük qadağa qoyulur?
“Yoluxma iki dəfə artacaq” - ÜST rəsmisindən xəbərdarlıq
Yoluxma və ölüm halları sürətlə artacaq - Azərbaycanı gözləyən təhlükə - VİDEO
Polis əhaliyə maska ilə bağlı müraciət etdi - Video
Karantin buna görə uzadıldı - Baş infeksionistdən açıqlama
“COVİD-19 soyuq havada daha tez yayılır” – İkinci dalğanın “ayaq səsləri”
Gündəlik yoluxma sayı 4 mini ötəcək - İnfeksionistdən HƏYƏCAN TƏBİLİ
“Koronavirus təhlükə olaraq qalır”
Ötən həftə koronavirusa rekord sayda yoluxma qeydə alınıb
Koronavirusdan ölüm sayı niyə artır? - AÇIQLAMA
Deputatdan dərman çatışmazlığına ilginc reaksiya: “Adamlar alıb, evə doldurur…”
Ən azı 20 gün sərt karantin: Vəziyyət gərginləşir…
Pandemiya bəlası nə zaman səngiyəcək? - GƏLİŞMƏ
DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ
“Koronavirusa yoluxmuş xəstəyə bir dərman verib gedirlər...“ - ETİRAZ
Açıq havada tibbi maskalardan istifadənin effektivliyi - Həkim rəyi