DİN-dən açıq havada maska taxmaqla bağlı AÇIQLAMA
12-04-2021, 13:27
90

DİN-dən açıq havada maska taxmaqla bağlı AÇIQLAMA

Pandemiyanın özü ilə bərabər gətirdiyi dəvətsiz qonaq - tibbi maska açıq-qapalı məkan demədən, hər an burnumuzun üstündədir.  Hətta bundan təngə gələn vətəndaşlar sosial şəbəkələrdə #açıqhavadanəfəsalaq kampaniyasına da başlayıblar.
Boğulmaq bir yana, həyatımızın “qoruyucu mələk”inə çevirilən 30 qəpiklik maska, iplərinin ani olaraq qırılması, yaxud düzəltmək istədiyimiz yerdə əlimizdən yerə düşməsi, külək aparması ilə bizi 100-200 manatlıq cərimə ilə üz-üzə qoya bilər. Bəs, bu halla qarşılaşmamaq üçün nə etməli, ehtiyat maska ilə gəzməli, yoxsa polisdən güzəşt gözləməli?
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Modern.az-ın sorğusuna cavab olaraq, bildirib ki, hər bir vətəndaş Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilən izolyasiya qaydalarına əməl etməlidir:
“Vətəndaşlarımız tibbi maskalardan istifadə ilə bağlı müəyyən edilən normalar daxilində açıq və qapalı ictimai yerlərdə düzgün istifadə etməlidirlər. Bu tək özünün yox, eləcə də digər vətəndaşların həyat və sağlamlığı üçün zəruri şərtlərdəndir.
O ki qaldı, vətəndaşın tibbi maska ilə bağlı ani olaraq yaranan probleminə, insanlar bunu əvvəlcədən nəzərə almalıdırlar. Tibbi maska normal və qaydasında olmalıdır ki, istifadə ilə bağlı hər hansı inzibati xəta tərkibi yaradan hal aşkarlanmasın. Bütün hallarda polis və Daxili İşlər Nazirliyinin hərbi qulluçuları tərəfindən respublika ərazisində xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq gücləndirilmiş qaydada nəzarət-profilaktik tədbirləri davam etdirilir”.
Sosial şəbəkə istifadəçiləri tərəfindən trendə çeviriliən #açıqhavadanəfəsalaq kampaniyasına gəlincə, qurum rəsmisi deyib ki, tibbi maskalardan istifadə edilib-edilməməsilə bağlı normaları Daxili İşlər Nazirliyi müəyyənləşdirmir:
“Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalar var və polis onun  yerinə yetirilməsinə nəzarəti həyata keçirir”.

Oxşar xəbərlər

Bütün qapalı və açıq məkanlarda maska məcburidir
Açıq havada tibbi maska taxmaq məcburi olacaq
Açıq havada qoruyucu maska taxmayanlar cərimələnəcək
Açıq məkanlarda da maska məcburi oldu
Maska taxmaq vacib olan yerlər (SİYAHI)
Açıq havada maska taxmaq tələbi ləğv edilir? - AÇIQLAMA
Açıq havada tək gedirsinizsə, maska taxmaya bilərsiniz - TƏBİB-dən AÇIQLAMA + Video
Maska və əlcəkdən istifadə edilmədiyi üçün yazılan cərimələr ödənilməlidirmi? - RƏSMİ
"Maska və əlcək taxmayanlar qaydanı pozmuş sayılır" - DİN
ÜST maska ​​taxma qaydalarını sərtləşdirdi
Operativ Qərargahdan maska ilə bağlı əhaliyə MÜRACİƏT
Polis əhaliyə maska ilə bağlı müraciət etdi - Video
Maska ilə bağlı qərarda dəyişiklik olacaqmı? - AÇIQLAMA
“Açıq havada maska taxmaqmı effektivdir, yoxsa taxmamaq?”
Yoluxma artsa, qaydalar sərtləşə bilər - TƏBİB-dən xəbərdarlıq
ATV izləyicilərini aldadır? - Qalmaqal
Açıq havada tibbi maskalardan istifadənin effektivliyi - Həkim rəyi
Azərbaycanda 6 milyona yaxın tibbi maska istehsal edilib
Diqqət: Azərbaycanda maska taxmayanlar bu məbləğdə cərimə olunacaq
Şəxsi avtomobildə maska taxılması məcburidirmi? – “Mənasız bir şeydir”
Bu ay 8 milyon tibbi maska istehsal olunacaq
Uşaqların tibbi maska taxması vacibdirmi?
Operativ Qərargah maska ilə bağlı yeni qərar verəcək
Elektrikli maska satışa çıxarıldı - QİYMƏTİ
"Bu, TƏBİB-in rəsmi mövqeyi deyil" - Nəzrin Mustafayeva
“Qara maska” xəbərdarlığı: “Heç bir qoruyuculuğu yoxdur”
Metrodan istifadə ilə bağlı YENİ QAYDALAR
“Bizi daha hansı sürprizlərin gözlədiyindən xəbərsizik” - İnfeksionist
Tibbi maska virusdan qorusa da, ziyandır – Rəşid Mahmudovdan AÇIQLAMA
Polis Mətanət İsgəndərlinin oğlunun əməlini araşdırır - RƏSMİ