Ramazan ayı hansı qaydalar çərçivəsində keçiriləcək?
13-04-2021, 11:30
92

Ramazan ayı hansı qaydalar çərçivəsində keçiriləcək?

Ramazan ayı boyunca məscidlərdə canlı xütbələr, sosial şəbəkələr üzərindən yayımlar olacaq. Dini ayinlər də keçən il olduğu kimi canlı yayım vasitəsi ilə icra olunacaq. İnsanlar evlərindən buna qoşula, ibadətini evində edə bilər. Din xadimləri də hər gün məscidlərdə bu mövzularda danışıb, ayinləri istiqamətləndirəcələr.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli deyib. Onun sözlərinə görə, insanlar canlı yayımı təkcə izləməyəcəklər, eyni zamanda qoşulmaq fürsətləri də olacaq:
"Mən hər bir vətəndaşın narahatlığını başa düşürəm, məscidlər də əvvəlki fəaliyyətlərinə dönmək istəyirlər, dini ayinləri icra etmək istəyirlər. Çətin də olsa, mən insanlarımızı səbirli olmağa çağırıram, inanırıq ki, bu, pandemiya şəraitində qeyd etdiyimiz son Ramazan ayı olar. Artıq ölkədə vaksinasiyaya da start verilib".
H.Şahin qeyd edib ki, Ramazan ayında oruc vacibdir, kütləvi iftar mərasimlərində iştirak etmək isə vacib deyil:
"Əlbəttə iftar süfrələrinin təşkili bəyənilən bir əməldir, ancaq indiki epidemiya vəziyyətində deyil. Hazırda vəziyyətə uyğun olaraq hərəkət etməliyik. Dinimizin də gözəlliyi bundadır ki, elmə söykənir, sağlam məntiqə əsaslanır. Ona görə də, elmi mütəxəssislər bizə deyirsə kütləvi toplaşmaq yoluxmanı artırır, demək dinimiz də bizdən tələb edir ki, qaydalara riayət edək". (Trend)

Oxşar xəbərlər

Ramazanda sərt karantin olacaq? - VİDEO
"Bu il Aşura tədbirləri fərqli şəkildə qeyd olunacaq" - Hacı Şahin
Məhərrəmlikdə dini ayinlər necə yerinə yetiriləcək? - Hacı Şahindən açıqlama
Ramazan ayının TƏQVİMİ
Pandemiya şəraitində oruc tutmağın QAYDALARI
İftar süfrəsinin bu qayda ilə açılması TÖVSİYƏ EDİLİR
Azərbaycanda Ramazan ayı nə vaxt başlayacaq?
Ramazan ayı ilə bağlı fətva veriləcək
Azərbaycanda Ramazan ayı bu vaxt başlayacaq
Dini Komitə rəsmisindən iftar tövsiyələri
Azərbaycanda bayram namazı necə qılınacaq? - RƏSMİ
Məhərrəm ayının xüsusi bir qadağası yoxdur - Hacı Şahin
Ramazan ayı ilə bərabər sərt karantin də başlayır - Qapanma olacaq
Üç tanınmış inanclıdan Məhərrəmlik çağırışı: “Özünüzü təhlükəyə atmayın!!!”
Ramiz Mehdiyevin daha bir ortağı: Hacı Ramazan... - "İnpeks N" MMC ilə bağlı müəmmalar...
Operativ Qərargahın bu tələbi narazılıq yaradıb: “İnsanlar bezib“
Azərbaycanda Ramazan ayının başlayacağı tarix BƏLLİ OLDU
Hacı Şahin koronavirus əleyhinə peyvənd vurdurdu
Kəbədə Ramazan hazırlıqları tamamlandı
Koronavirusa görə bayram namazı evlərdə qılınacaq
Ramazan ayında bu qadağalar tətbiq oluna bilər
Bu gecə üçüncü Qədr gecəsidir
İnsanların bu il Aşura gününü evlərində keçirməyi məqsədəuyğundur - İlahiyyatçı
Oruc tutmaq koronavirusa yoluxmaq ehtimalını artırır?
QMİ Ramazan ayı ilə bağlı fitva verdi
"Instagram"da yeni funksiya: artıq bunu edə biləcəksiniz
Korona xəstəsinin tüpürcəyini pulla alıb, müdirinin çayına qatdı
İyun ayına şadlıq evlərində boş yer yoxdur - VİDEO
2021-ci ilin bayram günləri AÇIQLANDI
Fransada məscidlər bağlanılır - Qərar verildi