Səfər Mehdiyevlə “Karqo Şamil”i nə bağlayır? – Yoxsa onu görməzdən gəlməzdi…
3-06-2020, 01:23
532

Səfər Mehdiyevlə “Karqo Şamil”i nə bağlayır? – Yoxsa onu görməzdən gəlməzdi…

Hələ vəzifəyə yeni təyin olunduğu dpnəmlərdə Dövlət Gömrük Komitəsinin sədri cənab Səfər Mehdiyev KİV təmsilçilərilə görüşü zamanı əminliklə deyirdi ki, monopoliyanın tam aradan qaldırıldığına dair fikirləri araşdırmaq artıq siz jurnalistlərin işidir.

Sitat: “Ölkədə inhisarçılığın bir faizini göstərsəniz, mən istefa verərəm!”.

Doğrudur, Dövlət Gömrük Komitəsinə yeni sədr təyin olunandan sonra Azərbaycanda gömrük sahəsində də bəzi irəliləyişlər gözə çarpmaqdadır. Ancaq köhnə dövrə əsası qoyulmuş monopoliya və inhisarçılıq halları hələ də davam edir. Bunu sübut edən minlərlə faktlar mövcuddur. Əgər Dövlət Gömrük Komitəsinin sədri cənab Səfər Mehdiyev həmin faktları ciddi araşdırsa, bəlkə o özü də bizimlə razılaşar.

Gömrük orqanları ilə təmasda olan bir çox iş adamları da iddia edirlər ki, indi bu sahədə müəyyən yumşalmalar olsa da, ancaq bir sıra malların ölkəyə gətirilməsində hələ də inhisarçılıq halları qalır. Şübhəsiz ki, bütün bu məsələlər araşdırma mövzusudur.

DİA.AZ bildirir ki, araşdırma zamanı adı ilk qarşımıza çıxan şəxs “Karqo Şamil” adlı həm müəllim, həm də ticarətlə məşğul olduğu deyilən Heydərov Şamil Hilal oğlu oldu. Xaricdən, xüsusilə də Çindən Azərbaycana mal gətirmək istəyən sahibkarların “Karqo Şamil”ə mütləq işi düşür.

Sahibkarların iddialarına görə, hər gün Çindən və digər ölkələrdən Şamil Heydərovun adına 10-20 TIR yük gəlir. Başqa yüklərdən fərqli olaraq, onun sifariş verdiyi mallar Azərbaycanın gömrük keçid məntəqələrindən yubanmadan keçə bilir. Həmin yüklər əsasən “Xəzri-2018” MMC (Direktoru Cəfərov Mirsamir Mircəfər oğlu, təsisçisi Vəliyev Vəzir Xudab oğlu), “Mirstar” MMC (Təsisçisi və direktoru Əliyev Mirzə Musa oğlu), “Odlar Yurdu-2018” MMC (Direktor Heydərov Kənan Rəhim oğlu, təsisçisi Heydərov Şamil Hilal oğlu), “Teyyub-2007” MMC (Təsisçisi və direktoru Əkbərov Xəyyam Teyyub oğlu), “Texnologi” MMC (Direktoru Həsənov Hüseyn Cəmşid oğlu, təsisçisi Heydərov Kamal Şamil oğlu) kimi şirkətlər tərəfindən Şamil Heydərovun sifarişilə gətirilir. Özü də bu MMC-lərin adları nədənsə 3-4 aydan bir dəyişdirilir.

Yuxarıda adları qeyd olunan şirkətlər arasında Şamil Heydərovun və oğlu Kamal Heydərovun təsisçisi olduğu MMC-lər də var. Bunlar “Odlar Yurdu-2018” MMC və “Texnologi” MMC-dir.

İndi hörmətli Səfər Mehdiyev, ortaya çıxan bu qədər faktların adı monopoliya və inhisarçılıq deyil, bəs nədir?!

Məlumat üçün bildirək ki, Azərbaycan Texniki Universiteti Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasında müəllim olan Şamil Heydərovun Bakının Binəqədi şossesi, məşhur “Zəngəzur” restoranı yaxınlığında da “Technoline-k” MMC adlı şüşə və plasmas istehsalı zavodu mövcuddur. Həmçinin, həmin ərazidə hektarlarla torpaq sahəsi var.

Tikinti-inşaat sahəsində də biznes fəaliyyəti göstərən “Karqo Şamil” “Sədərək” ticarət mərkəzinin yaxınlığındakı tikdirdiyi binaları ilə də tanınır.

Yazının əvvəlində də qeyd etdiyimiz kimi, bu kiçik araşdırma zamanı ortaya çıxan faktlardır. Bu sahədə araşdırmalarımız davam edir və mütəmadi olaraq onları oxuculara təqdim edəcəyik.

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Oxşar xəbərlər

Səfər Mehdiyev və müavinləri vətəndaşlarla görüşəcək
Səfər Mehdiyev deputata savaş açır..
Səfər Mehdiyev ha əsaslandırmağa çalışsa da... - NARAZILIQ...
Gömrük rəisinin müavini milyonluq obyekti hansı vəsaitlə tikir? - FOTO
Azərbaycana keçmək istəyən şəxsin bel çantasında narkotik aşkarlandı
Rüşvətlə tutulan məmurun rəisi Ramiz Mehdiyevin qardaşı oğludur
Ölkəyə qanunsuz yolla gətirilən siqaretlər müsadirə olundu
Ölkəyə qanunsuz yolla siqaret keçirmək istədi
Gömrükçülər avtomobildə dərman preparatları aşkarladılar
Gömrük dərman preparatlarının ölkəyə qanunsuz keçirilməsinin qarşısını alıb
Siqaretləri ehtiyat təkərinin içərisində keçirmək istədi
"Səfər Mehdiyevə qarşı da bir əməliyyat keçirilməlidir..." - İTTİHAM
Gömrük Komitəsinin rəis müavini 3 mərtəbəli obyekt tikir - FOTO
DGK-dan həbs olunan şöbə rəisi ilə bağlı RƏSMİ AÇIQLAMA
Ölkəyə gizli yolla 243 ədəd kosmetik vasitələr keçirmək istədi
ABŞ nümayəndə heyəti Gömrük Komitəsində
Gömrük Komitəsinin KORONAVİRUS BAZARI...
Səfər Mehdiyev və Əbülfəz Məlikovun adı yeni qalmaqalda - Sahibkardan açıq məktub
Orta bal göstəricilərinə görə fərqlənən universitetlər - SİYAHI
Bakı Baş Gömrük İdarəsində nə baş verir?
Səfər Mehdiyevin bağçılıq müəssisəsində QUL İZTİRABI – 1 nəfər ölüb, xeyli “kolxozçu” yaralanıb
AZƏRBAYCANDA VARLILAR ÜÇÜN LÜKS HƏYAT TƏRZİ BAHALAŞIR - Yeni vergilərin tətbiqi nə vəd edir?
Gömrük əməkdaşları üçün seminar keçirilir
ABŞ nümayəndə heyəti Gömrük Komitəsində
DGK: Bəyannamə sayından asılı olmayaraq güzəşt qüvvədə qalır
Köhnə maşını olanlara pis xəbər - Yeni qadağalar gəlir
Dövlət Gömrük Komitəsi nə zaman YOXLANILACAQ?
Gömrük Komitəsinin binası söküləcək
Gömrükdə yeni qərar: Məhsullar bahalaşa, karqo şirkətləri bağlana bilər
"Vergini verməyən cinayət məsuliyyətinə cəlb edilməlidir" - İlham Əliyev