"Heç bir pandemiya görüşümüzə mane ola bilməz" - Lukaşenko
14-04-2021, 14:18
29

"Heç bir pandemiya görüşümüzə mane ola bilməz" - Lukaşenko

"Bütün bu pandemiya və sair ilə bağlı hadisələr fonunda bizim görüşümüz, ola bilsin, müəyyən dərəcədə refren kimi səslənəcək. Lakin həqiqi dostlar vaxtında həyata keçirilməli olacaq tədbirləri ləngitmirlər. Biz də belə edirik və heç bir pandemiya buna mane ola bilməz".
Bunu aprelin 14-də ölkəmizdə işgüzar səfərdə olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə təkbətək görüşü zamanı deyib.
"Siz çox düzgün dediniz ki, bizim siyasət, iqtisadiyyat sahələrində konkret istiqamətlər baxımından münasibətlərimiz olduqca çoxşaxəlidir, çox düzgündür və onlara heç nə xələl gətirmir. Biz heç kəsə mane olmuruq və heç kəs də bizə mane ola bilməz. Ona görə ki, əgər sən bir işi görmək istəyirsənsə, buna mane olmaq çətindir.
Həqiqətən, Azərbaycan öz milli arzusuna çatmaq yolunda böyük addım atıb. Lakin bu, yalnız ilk addımdır. Dünən biz bu barədə xeyli danışdıq. Mən çox şadam, Siz Belarus xalqının həqiqi dostu kimi bilirsiniz ki, qarşıda hələ çox işlər var, işğaldan azad edilmiş ərazilərdə həyatın bərpası üçün çox ağır işlər, dinc işlər görülməlidir. Bilməlisiniz ki, Belarusda Sizin etibarlı dostlarınız var. Siz bizim imkanlarımızı bilirsiniz. Bu gün biz onları nazirlər və mütəxəssislərlə bir daha müzakirə edəcəyik. Əgər biz razılığa gəlsək, - bizdə həmişə belə olub, - biz razılaşmaları həmişə reallaşdırırıq və bu gün əmtəə dövriyyəsinin yarım milyarda çatması buna sübutdur. Ümumiyyətlə, Siz Prezident vəzifəsinə gələnə qədər belə hallar olmayıb. Ona görə də, bu, dinamika baxımından yaxşı nəticədir", - Belarus prezidenti bildirib.

Oxşar xəbərlər

İlham Əliyev və Lukaşenkonun təkbətək görüşü başladı - FOTOLAR/YENİLƏNİB
"Əlaqələrimiz iki dost, iki tərəfdaş kimi irəliləməyə imkan verir" - Prezident
İlham Əliyev və Lukaşenkonun təkbətək görüşü başladı - FOTOLAR
“Əgər getsəm, tərəfdarlarımı doğrayacaqlar” - Lukaşenko
"Onlar terror təşkilatları ilə mübarizəmizə mane olmağa çalışıblar” - Ərdoğan
Lukaşenko koronavirusu "Allahın bəlası" adlandırıb
Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti ilə görüşüb
“Sən kimsən ki, Qarabağa gedirsən? Xəbərdarlıq edirəm...”
Prezidentlərin təkbətək görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyev Moldova Prezidenti İqor Dodon ilə görüşüb
"47 layihə həyata keçirmişik" - Prezident
Putin və Ərdoğan daim dialoqdadırlar - Rəsmi Moskva
Lukaşenko bu səbəbə görə müəllimləri işdən çıxarır
Rusiya bildiyini edir, ancaq buna mane ola bilməyəcək - Politoloq
Lukaşenko ilə Putin arasındakı telefon danışığının təfərrüatı məlum olub - Yenilənib
“Beş rayonun azad edilməsi deyilirdi, artıq onun dördü bizdədir”
Bu gün Moskvada nələr müzakirə olunacaq?
Bu gün Ermənistan müxalifəti küçələrdə çadırlar quracaq
Lukaşenko sabah Azərbaycana gəlir
Aleksandr Lukaşenkonun Azərbaycana səfəri başladı
Erməni mediası Şuşa haqda nə yazır? – Noyabrın 9-da…
Paşinyan özünütəcridə başladı
Lukaşenko məktəblərdə tədris prosesinin bərpa olunmasını təklif edib
İlham Əliyev Dünya Bankının regional direktorunu qəbul etdi - YENİLƏNİB
Lukaşenko Qərbi Belarusdakı aksiyaları maliyyələşdirməkdə ittiham edib
"Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir" - İlham Əliyev
"İtkilərimiz Ermənistanınkından xeyli azıdr" - İlham Əliyev
Rusiyadan peyvənd alan ilk bu ölkə olacaq
Lukaşenko Belarusdakı vəziyyəti Putinlə müzakirə etmək niyyətindədir
Prezident Rusiyanın Baş nazirinin müavinini qəbul etdi