Ermənistanla dövlət sərhədində daha bir hərbi hissə fəaliy­yə­tə başladı - FOTOLAR
14-04-2021, 16:22
41

Ermənistanla dövlət sərhədində daha bir hərbi hissə fəaliy­yə­tə başladı - FOTOLAR

Aprel ayının 14-də Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə-sərhəd komendantlığı xidməti-döyüş fəaliy­yə­tinə başlayıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib ki, bununla əlaqədar təşkil olunan mərasimdə DSX-nin rəisinin müavini general-leytenant İlham Mehdiyev çıxış edərək yeni hərbi hissə­nin fəaliyyətə başlaması mü­nasibətilə DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.
Çıxışda ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi və dövlət sərhədlərinin işğaldan azad olunmasından sonra Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bu ərazilərdə sərhəd mühafizə bölmələrinin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyə­də təşkili məqsədilə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılmasının davam etdirilməsi qeyd olunmuş, işğaldan azad olunmuş müqəddəs sərhədlərimizdə xidmət etməyin hər bir Azərbaycan sərhədçisi üçün böyük şərəf və qürur mənbəyi olması vurğulanıb.
Yeni hərbi hissənin açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları sərhəd komendantlığının şəxsi heyətinin xidməti-döyüş fəaliyyətinin təşkili üçün yaradılmış şəraitlə tanış olub, o cümlədən xidməti otaqlara, kazarma və yeməkxanaya, hamam-camaşırxana, anbar, silah və texniki vasitə­lərə, avtomobil texnikasına baxış keçiriblər.
Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənmiş hərbi qulluqçular təltif olunub.
Ermənistanla dövlət sərhədində daha bir hərbi hissə fəaliy­yə­tə başladı- FOTOLAR

Ermənistanla dövlət sərhədində daha bir hərbi hissə fəaliy­yə­tə başladı- FOTOLAR

Ermənistanla dövlət sərhədində daha bir hərbi hissə fəaliy­yə­tə başladı- FOTOLAR


Oxşar xəbərlər

Ermənistanla sərhəddə daha bir hərbi hissənin açılışı oldu
Ermənistanla sərhəddə yeni hərbi hissə fəaliyyətə başladı - FOTO
Azərbaycan Ermənistanla sərhədi möhkəmləndirir - Yeni hərbi hissə yaradıldı
Prezidentin köməkçisi Ermənistanla sərhəddə - FOTOLAR
İşğaldan azad edilmiş sərhəd zastavalarında Azərbaycan bayrağı ucaldılıb
Prezidentin təltuf etdiyi general Tofiq Hüseynov KİMDİR?
Zəngilanda sərhəd zastavasının açılışı oldu
Düşmənlə təmas xəttində 89 müasir sərhəd məntəqəsi istifadəyə verilib
“Keşikçi qala” sərhəd zastavası kompleksi istifadəyə verilib
Mincivan sərhəd zastavasının görüntüləri - VİDEO
DTX rəisi Əli Nağıyev Şuşa şəhərinə xidməti səfər etdi
SON Dəqiqə: Ermənilər Qazaxda atəşkəsi pozdu
Elçin Quliyev istefaya göndərilən generala vəzifə verdi
DSX-nin 3 əməkdaşı general-leytenant, 2 əməkdaşı general-mayor oldu
Ermənistanla sərhədin bir addımlığında... - VİDEO
Sərhədi pozmaq istəyən şəxsdə narkotik maddələr aşkarlandı
Qazax-Ağstafa ərazisində postlarımız 1500-1700 metr irəli çəkilib
Şuşa fatehi Hikmət Mirzəyevin doğum günüdür
Təltif edilməyən generallar - SİYAHI
İran-Azərbaycan sərhədində atışma: ölən var
Gəncədə Hərbi Hospitalın yeni inşa edilmiş şöbəsinin açılışı oldu - Video
Əli Nağıyev və Elçin Quliyev erməni həmkarları ilə görüşdülər - RƏSMİ
Prezidentin təltif etdiyi generallar kimlərdir? - FOTO
Elçin Quliyev Tovuz döyüşlərindən danışdı
Sərhəddə içərisində narkotik vasitələr olan bağlama aşkarlandı
Hərbçilərin ərzaqları xaricdə satılır? - DSX-dən AÇIQLAMA
Kəlbəcərdə Yanğından Mühafizə Hissəsi fəaliyyətə başladı - VİDEO
İşğaldan azad olunmuş ərazilərdə yeni strukturlar fəaliyyətə başladı - RƏSMİ
“Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir”
"Yeni silahlar, döyüş texnikası, xüsusi avadanlıqlar alınır" - DSX rəisi