Qubadlıda yol tikintisi zamanı məscidi sökən şəxslər CƏZALANDIRILACAQ
14-04-2021, 18:10
57

Qubadlıda yol tikintisi zamanı məscidi sökən şəxslər CƏZALANDIRILACAQ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirilir. Yol infrastrukturu layihələrindən biri olan Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi zamanı Qubadlı rayonunun Yusifbəyli kəndində yerləşən XVlll əsrə aid məscidin söküldüyü müəyyən edilib.
Bu barədə işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzdən məlumat verilib.
Bildirilib ki, məsələ barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məruzə olunub, dövlət başçısı tərəfindən aidiyyəti strukturlara baş vermiş hadisənin araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı tapşırıq verilib:
“Məscid Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınıb. Qubadlı rayonu erməni silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra məscidin yarıuçurulmuş vəziyyətdə olduğu və heyvanların saxlanıldığı yer kimi istifadə edilərək vandalizmə məruz qaldığı müəyən edilib.
Uzunluğu 66 kilometr təşkil edəcək Xudafərin-Qubadlı-Laçın avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun inşa edilir. Artıq yolun Xudafərin su anbarı və Xanlıq yaşayış məntəqəsi arasında olan hissəsində tikinti işlərinə start verilib.
Qubadlı rayonunun Yusifbəyli kəndində tikinti işləri aparılarkən tikilinin təyinatı barədə İdarələrarası Mərkəzə və aidiyyəti dövlət orqanlarına müraciət edilməyib və dəqiqləşdirmə aparılmadan onun söküntüsü həyata keçirilib.
Baş vermiş hadisə ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və subpodraçı şirkətin yolun tikintisinə məsul olan və ciddi səhlənkarlığa yol vermiş əməkdaşları barədə cəza tədbirləri görüləcək.
Həmçinin, Əlaqələndirmə Qərargahının rəhbərliyi tərəfindən müvafiq dövlət orqanlarına işğaldan azad olunmuş ərazilərdə mədəniyyət və dini abidələrə nəzarətin daha da gücləndirilməsi, bərpa və yenidənqurma işləri zamanı ərazidəki tikililərin təyinatının aidiyyəti üzrə dəqiqləşdirilməsi ilə bağlı müvafiq göstəriş verilib”.

Oxşar xəbərlər

Şuşa abadlaşdırılır
Xudafərin-Qubadlı-Laçın yolunun tikintisinə başlanıldı - FOTOLAR
Qarabağda yol tikintisi ilə bağlı RƏSMİ AÇIQLAMA
İşğaldan azad olunmuş ərazilərdə yol infrastrukturu necə olacaq? - RƏSMİ
Prezident Administrasiyasında Qarabağa dair iclas keçirildi - Qərargah yaradıldı
Əliyevdən azad olunan torpaqlarla bağlı mühüm sərəncam – Qərargah yaradıldı
Samir Nuriyevin sədrliyi ilə qərargah yaradıldı
Azad olunmuş ərazilərdə yol infrastrukturu bu cür olacaq
Azad olunan ərazilərdə hərbçilərin yerləşdirilməsi davam etdirilir
Bu kəndlər də işğaldan azad edildi - Prezident açıqladı
İlham ƏIiyevdən 13,4 milyonluq SƏRƏNCAM
İlham Əliyev Qubada yol tikintisinə pul ayırdı
İlham Əliyev sərəncam imzaladı
Azərbaycan bu  ölkəyə humanitar yardım göstərib
Qarabağda yeni avtomobil yolu çəkilir
Prezidentdən azad edilmiş kəndlərlə bağlı SƏRƏNCAM
“Şuşanın baş planının hazırlanmasına başlanılıb” - Samir Nuriyev
Qubadlı şəhəri işğalçılardan azad edildi
Prezidentdən 6 min nəfəri sevindirəcək SƏRƏNCAM
PA rəhbəri iclas keçirdi - FOTO
Prezident Şəkidə yol tikintisinə 12 milyon manat ayırdı
Qarabağa marşrut xətləri açılır: İlk istiqamətlər müəyyən olundu
Baş nazir Vətən müharibəsi ilə bağlı sərəncam imzalayıb
Qubadlıda düşmənin atıb qaçdığı silah-sursatlar tapıldı - VİDEO
DİN: İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilir
Metronun yeni stansiyası "8 Noyabr" adlanacaq - RƏSMİ
Azad olunmuş ərazilərdə abidələrin bərpasına nə vaxt baxılacaq?
ABŞ mətbuatı 59 yaşı tamam olan Azərbaycan Prezidentinin uğurlarından yazdı
Prezident Qubadlı əməliyyatının sirlərini açdı: İlk növbədə, biz bu yüksəklikləri götürməli idik
Pirallahıda yolların yenidən qurulması üçün 1.4 milyon manat ayrılıb