Sabiq məhkəmə sədrini öldürən iş adamına hökm oxundu
15-04-2021, 17:48
77

Sabiq məhkəmə sədrini öldürən iş adamına hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzda hüquqşünas Firudin Ələkbərlini güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Əli Şəmiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
“Report” xəbər verir ki, hakim Nural Əliyevin sədrlik etdiyi iclasda hökm oxunub.
Hökmə əsasən, Ə.Şəmiyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2019-cu ilin sentyabr ayında baş verib.
Rayon sakini, 1959-cu il təvəllüdlü Şəmiyev Əli Məhərrəm oğlu 1963-cü il təvəllüdlü, həmyerlisi Ələkbərov Firudin Muxtar oğlunu güllələyib. F.Ələkbərli 3 güllə yarası alıb və xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Qətlə yetirilən F.Ələkbərli Tovuz Rayon Xalq Məhkəməsinin (indiki Tovuz Rayon Məhkəməsinin) sabiq sədri olub. O, 1995-ci ildə vəzifədən azad edilib və xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum olunub, daha sonra hüquqşünas kimi nümayəndəlik fəaliyyəti ilə məşğul olub.
İttihama görə, iş adamı Ə.Şəmiyevin şəriki ilə arasındakı 40 min manat borc mübahisəsi ilə bağlı məhkəmə çəkişmələrində F.Ələkbərli qarşı tərəfin nümayəndəsi olub.
Ə.Şəmiyev ifadəsində bildirib ki, F.Ələkbərli işi məhkəmədə uduzduğu üçün onu təhdid edib, müxtəlif formada hədələyərək puldan imtina etməyə məcbur etmək istəyib. Son görüşdə F.Ələkbərli tərəfindən təhqirə məruz qaldığı üçün silaha əl atdığını deyən Ə.Şəmiyev könüllü şəkildə polisə təslim olub.
Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) və 228.1-ci (qanunsuz odlu silah saxlama) maddələri ilə ittiham verilib.


Oxşar xəbərlər

Vəzifəli şəxs məhkəmə zalında həbs edildi
Azərbaycanda vəkil məhkəmə zalında həbs EDİLDİ
Sevgilisini öldürən Günelə hökm oxundu - 10 il cəza verildi
AXCP üzvünə hökm oxundu –Məhkəmə
Tovuz sakini həmkəndlisini güllələdi
Tofiq Yaqubluya hökm oxundu
10 yaşlı Nərminin qətlində təqsirləndirilənlə bağlı YENİ QƏRAR
Sabiq hakim 100 min manatlıq dələduzluqda ittiham edilir
Hamilə arvadını amansızlıqla qətlə yetirən şəxsin məhkəməsi başladı
Sabiq hakim Lətif Nəbiyev yarım milyon manatı niyə alıb? – Təfərrüat
“Hövsanlı Mayıl”ı qətlə yetirən şəxsin məhkəməsi başlayır
Məhkəmə Əli Kərimlinin şikayətini təmin etmədi
Deputatın qardaşı oğluna hökm oxundu
Məhkəmə müğənniyə bəraət verdi
Sabiq icra başçısının oğlunu öldürən ömürlük məhkumun şikayətinə baxıldı
Azərbaycanda partiya sədri məhkəmədə qandallandı
Bərdədə ana-bacısını öldürən şəxslə bağlı – Yeni xəbər
Metro terroruna görə ömürlük cəza alan şəxs ƏFV EDİLDİ
Tanınmış vəkil məhkəmə zalında həbs edildi
Sabiq icra başçsının oğlunu öldürən ömürlük məhkumun cəzası azaldıldı
Bakıda qadına sataşanı öldürüb, ayaqlarını sındıran şəxslərə cəza kəsildi- 35 il
Tatlısəsi güllələyənlərə 9 il sonra hökm oxundu
Bakıda keçmiş icra məmuru rüşvət aldı - cəzası bilindi
Ağdaşda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
Baş prokurorun həbsdə olan sabiq müavinindən XƏBƏR VAR
Prezident Daşqın Səfərovu yüksək vəzifəyə təyin etdi
Azyaşlı oğlunun gözü qabağında arvadını öldürən şəxsin məhkəməsi başlayır
Məhkəmə hakimi vəfat etdi
Həbs olunan məmurlar: “Yatıb çıxanlar" da var, hökm gözləyənlər də... - İLGİNC ARAŞDIRMA
Prokuror hökumət əleyhinə çağırışlar edən Elvin İsayevə cəza istədi