Vergidən yayınan “Eurocilima” MMC insanları necə aldadır? — Yüksək pul alırlar, amma "kombi" yenə işləmir...
15-04-2021, 19:23
57

Vergidən yayınan “Eurocilima” MMC insanları necə aldadır? — Yüksək pul alırlar, amma "kombi" yenə işləmir...

Bakıda "kombi" tipli istilik sistemlərinin təmiri servisini göstərən “Eurocilima” MMC şirkəti dələduzluqla məşğul olur.

Demokra.az xəbər verir ki, sözügedən şirkətlə bağlı son vaxtlar ayrı-ayrı vətəndaşlar tərəfindən şikayətlər edilir.

Əvvəlcə şirkət vətəndaşlara çağırış əsasında əməkdaşlarını göndərərək, evlərdə istilik sistemlərini təmir etdirir, daha sonra isə vətəndaşlara qəbz təqdim etmədən yüksək məbləğdə pul tələb edir.

“Eurocilima” MMC-nin yüksək xidmət haqqı müqabilində göstərdiyi xidmətlərdən narazı qalan bir neçə vətəndaş redaksiyamıza şikayət ünvanlayıb.

Şikayətçilərin sözlərinə görə, “Eurocilima” MMC-nin ustaları 2-3 saatlıq xidmətə görə vətəndaşlardan 100-110 manat vəsait tələb edir. Üstəlik də şirkətin ustalarının evlərdə baxış keçirdiyi kombi avadanlıqları 24 saat keçməmiş yararsız vəziyyətə düşür.

Şirkət əməkdaşlarının “təmir etdikləri” istilik sistemləri bir neçə saatdan sonra sıradan çıxırsa, onlar aldıqları vəsaiti geri qaytarmamaq üçün bunun günahını vətəndaşın üzərinə yıxmağa çalışırlar.

Şikayətçilərin sözlərinə görə, “Eurocilima” MMC-nin qeyri-peşəkar ustaları tərəfindən onlara maddi zərər vurulub.

Vətəndaşlar deyir ki, “Eurocilima” MMC-nin ustalarının göstərdiyi bahalı xidmətin müqabilində onlardan alınan vəsaitin qəbzi belə təqdim edilmir.
Təkcə bu fakt sübut edir ki, “Eurocilima” MMC-nin fəaliyyəti şəffaf deyil və bu şirkət vergidən yayınır.

Vətəndaşlar göstərilən xidmətdən narazı qalmaları barədə “Eurocilima” MMC-nin Fuad adlı təmsilçisinə və şirkətin "*5252" "qaynar xətt"inə bildiriblər.

Şikayətçilər ya onlardan alınan vəsaitin geri qaytarılmasını, yaxud da istilik sisteminin normal təmir edilməsini tələb edirlər.

Eyni zamanda vətəndaşlar “Eurocilima” MMC-nin dələduzluq fəaliyyətinin araşdırılması üçün Daxili İşlər Nazirliyinə və digər müvafiq qurumlara şikayət ünvanlayıblar.

Oxşar xəbərlər

"Bir binanın yarısında istilik var, yarısında yox" - Sakinlərdən narazılıq
“Azəristiliktəchizat” ASC necə narazılıq yaradır...
Azərbaycanda bu xidmət dayandırılır
“Bizə 18 manata imza atdırıb, 40-50 manatlıq iş gördürürdülər” - GİLEY
"Naməlum şəxslər söküb apardılar, dedilər ki,..." - Mingəçevir sakini şikayətçidir
Əhmədzadənin kadırları bir gündə milyonluq müqavilələr bağladı – Tender əməliyyatı
Xətaidə istilik xəttində sızıntı baş verdi - Evləri su basdı
Məcburi köçkünlərlə bağlı 55 milyonluq TENDER
Əhməd Əhmədzadənin tender oyunları – 30 milyonluq müqavilə
Gömrükdəki özbaşınalığı məhkəmə də təsbit edir, amma... - Səfər Mehdiyevin işçiləri İNAD EDİR
ULDUZ TAXI (*5000) sürücüləri aldadır?
"Azəriqaz" yeni ilə belə girdi... - Yenə də şikayətlər...
““Olympus Park”dan şikayət etdik deyə kirayə pulumuzu kəsdilər”
“Kontakt Home” güzəşt etmək fikrində deyil- Kreditlər ödənməlidir
"Bizi korona yox, "Azəriqaz" yıxacaq..." - GİLEY
"Azərtranss” MMC indi də Tovuzdan boylandı... - İLGİNC MƏQAM
Bəzi ərazilərdə istilik mövsümü niyə gecikir? - AKTUAL
“Cənnət Park” MTK-dan cəhənnəm əzabı... - GİLEY
Bakıda bu tarixdən istilik sistemləri işə salınır - Rəsmi açıqlama
Abşeronda qanunsuz tender – Vergi borcu olan şirkətlə milyonluq müqavilə bağlanıb
Qazaxda tenderlərin "çempionu" yenə qalib çıxdı - "AZƏRTRANSS" MMC-nin Qazaxda milyonluq tenderləri ...
Vətəndaşlara yenə saxta mesaj göndərilir - Xəbərdarlıq
SMS icazə müddəti bitən vətəndaşlara bu halda güzəşt edilir - RƏSMİ
"Cənnət" MTK-dan ŞİKAYƏT OLUNDU... - "...məni pulumu verib aldığım mənzilə buraxmırlar"
Qobustanda sürüşmə: 40-dan çox evə ziyan dəydi
DİN-dən sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ
“Allah üzünüzü heç ağ eləməsin, ay “Azəriqaz” – Narazılıq getdikcə artır
İcra başçısı rayonu sökür - Qarşıdurma
Müğənnilərimizdən 200 min dollar mənimsəyən şirkətlə bağlı daha bir qalmaqal - VİDEO
Zərdabı xımır-xımır XIRID EDİR... - İTTİHAM