Sahibə Qafarova Qırğızıstan parlamentinin spikeri ilə görüşdü
15-04-2021, 18:29
63

Sahibə Qafarova Qırğızıstan parlamentinin spikeri ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının yaz sessiyasında iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərində səfərdədir. 
Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində aprelin 15-də Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşinin (parlamentinin) sədri Talant Mamıtovla görüşüb.
S.Qafarova qeyd edib ki, münasibətlərimizin möhkəmlənməsində dövlət başçılarımızın görüşləri və qarşılıqlı səfərləri xüsusi rol oynayır.
Bildirib ki, ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərin hüquqi bazasını təşkil edir.  
Görüşdə məlumat verilib ki, bu gün Azərbaycanda müxtəlif siyasi və iqtisadi islahatlar uğurla həyata keçirilir.
“Böyük transmilli layihələr, neft və qaz boru kəmərlərinin inşası ölkəmizin, o cümlədən, tərəfdaş dövlətlərin inkişafına mühüm imkanlar yaradır. Eyni zamanda, Böyük İpək Yolunun bərpası həm Azərbaycan, həm də bu strateji yolun üzərində yerləşən ölkələr üçün çox böyük əhəmiyyətə malikdir”. 
Spiker iki ölkənin qanunvericilik orqanında fəaliyyət göstərən dostluq qruplarının rolunu qeyd edib, beynəlxalq parlament təşkilatlarında uğurla həyata keçirilən əməkdaşlığın önəmini vurğulayıb. Bildirib ki, Joqorku Keneş Milli Məclisin Əməkdaşlıq Memorandumu imzaladığı parlamentlərdən biridir. 
S.Qafarova 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın BMT-nin qətnamələrini icra edərək öz torpaqlarını işğaldan azad etdiyini söyləyib. Hazırda münaqişənin geridə qaldığını və ölkəmiz üçün yeni bir mərhələnin - quruculuq və yenidənqurma dövrünün başladığını qeyd edib.
Talant Mamıtov ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini, bu münasibətlərin dərinləşməsi üçün yaxşı şərait olduğunu söyləyib. Bildirilib ki, parlamentlər səviyyəsində münasibətlərimizin inkişafı həyatın digər sahələrində əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət edir. Deputatlarımızın mütəmadi görüşləri, müxtəlif beynəlxalq platformalarda birgə iştirakı ümumi mənafelərə xidmət edir.
O, Azərbaycanın qlobal pandemiya - koronavirusa qarşı mübarizədə ölkəsinə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. Talant Mamıtov daha sonra Qırğızıstanda keçirilən referendumun nəticələri haqqında məlumat verərək, bu səsvermənin ölkəsinin gələcək inkişaf tarixində mühüm rol oynayacağını vurğulayıb.   
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
Sahibə Qafarova spiker kimi ilk rəsmi səfəri Türkiyəyə edəcək
Sahibə Qafarova Rusiyaya rəsmi səfər edib - FOTO
Deputatlarımız Rusiyaya gedir - SƏBƏB
Britaniyalı nazir Sahibə Qafarova ilə görüşdü
Sahibə Qafarova Türkiyə səfiri ilə görüşdü
Sahibə Qafarova italiyalı deputatlarla görüşdü
Sahibə Qafarova Rəcəb Tayyib Ərdoğanla görüşüb
"Ermənistan növbəti dəfə hərbi cinayət törədir" - Sahibə Qafarova
Sahibə Qafarova türkiyəli həmkarı ilə danışdı
Sahibə Qafarova Misir səfiri ilə görüşdü
Spiker Sahibə Qafarova daha bir vəzifəyə seçildi
Türkiyəli nazir Milli Məclisə gəldi
Sahibə Qafarova ilə Mustafa Şentop arasında telefon danışığı olub
Sahibə Qafarova Səudiyyə Ərəbistanı səfiri ilə görüşdü
Milli Məclis İlham Əliyev və Mehriban Əliyevaya təbrik ünvanladı
Naxçıvan Azərbaycanın bizə əmanətidir - Türkiyəli nazir
Milli Məclisin növbəti iclasının vaxtı AÇIQLANDI
Sahibə Qafarovadan Milli Məclisin otaqları ilə bağlı SƏRƏNCAM
Deputatlar sabah koronavirus testindən keçəcəklər
Sahibə Qafarova onu özünə köməkçi TƏYİN ETDİ
Şəhid və qazi ailələri diqqət mərkəzində olacaq - Spiker
Sahibə Qafarovaya ağır itki
Bəzi deputatlar və Aparatı əməkdaşları koronavirusa yoluxdu
“Milli Məclis AŞPA-ya etiraz məktubu göndərib”
Qarabağdakı son vəziyyət müzakirə olundu
Ceyhun Əli vəzifəsindən azad olundu
Spikerdən sərəncam – dörd şöbə birləşdirildi
Səfa Mirzəyev şöbə müdirlərini toplayır – Rəhbərliyə təqdim edəcək
Milli Məclisin deputatları yenidən tətilə çıxdılar