Mikayıl Cabbarov Erkan Özoralla görüşüb
15-04-2021, 18:37
58

Mikayıl Cabbarov Erkan Özoralla görüşüb

Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanan Preferensial Ticarət Sazişi ikitərəfli ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcək.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bunu nazir Mikayıl Cabbarov Azərbaycanda diplomatik fəaliyyətini başa çatdıran Türkiyə səfiri Erkan Özoralla görüşü zamanı deyib.
Nazir bildirib ki, Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərinin sayı artır, uğurlu investisiya əməkdaşlığı həyata keçirilir. Azərbaycanın qeyri-neft sektoruna investisiya yatıran ölkələr sırasında Türkiyə 1-ci yerdədir.
İqtisadiyyat naziri işğaldan azad olunan ərazilərin bərpa edilməsində, quruculuq işlərinin həyata keçirilməsində Türkiyə şirkətlərinin iştirak imkanlarının geniş olduğunu diqqətə çatdırıb.
Öz növbəsində, E. Özoral ölkələrin qarşılıqlı dostluq və qardaşlıq münasibətlərini, strateji müttəfiqliyini vurğulayıb, Azərbaycanın Vətən Müharibəsi apardığı və tarixi Zəfər qazandığı müddətdə Azərbaycanda səfir olmasından qürur duyduğunu ifadə edib, diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Oxşar xəbərlər

Sahibə Qafarova Türkiyə səfiri ilə görüşdü
Azərbaycan və Türkiyə arasında daha bir sənəd imzalandı
Türkiyə Azərbaycanda hərbi baza quracaq? - AÇIQLAMA
Prezident Türkiyə səfirini “Dostluq” ordeni ilə təltif etdi
Baş Nazir Əli Əsədov Türkiyə səfirliyinə getdi - Foto
“Bu, bölgədə sülh üçün atılan ən böyük addımdır” - Çavuşoğlu
Ərdoğan Azərbaycanla Türkiyə arasında sazişi təsdiqlədi
Prezident İlham Əliyev Türkiyə səfirini qəbul etdi
Nazir: "Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 2,3 mlrd. dollara çatıb"
Bu saziş Azərbaycanda türk mallarını UCUZLAŞDIRACAQ
Erkan Özoral sabah Azərbaycanı tərk edəcək
Nazir dövlət şirkətlərinin işini tənqid etdi
Türkiyə Azərbaycana humanitar yardım göndərdi
İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı oldu
Mikayıl Cabbarov Dünya Bankının regional direktoru ilə görüşdü
ŞAD XƏBƏR: Martın 1-dən kəskin ucuzlaşma olacaq
“Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır!” tədbiri keçirildi
"Ötən il rekord həddə aksiz daxilolmaları əldə edilib" - Mikayıl Cabbarov
Ərdoğanın Bakı səfərinə saatlar qalmış ilginc gəlişmə: Səfir niyə yola salındı?
Əli Əsədov Türkiyənin ticarət naziri ilə görüşdü
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşdü
Qətər Azərbaycana yeni səfir göndərib
Çavuşoğlu ilə Ceyhun Bayramov bu məsələləri müzakirə edəcəklər
“Azərbaycanın Zəfər Günü şəhidlərin əmanətidir“ - Türkiyə XİN
Mikayıl Cabbarov: “Faşizmə “yox” deyək“
Prezident Mikayıl Cabbarova daha bir vəzifə verdi - SƏRƏNCAM
Vilayət Eyvazov Pakistan səfirini qəbul etdi
Mikayıl Cabbarov peyvənd olundu
Ceyhun Bayramovla Çavuşoğlu telefonla danışdı
"Türkiyə Azərbaycana 11 milyard dollar pul qoyub"