Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin qəti siyasi iradəsi ilə ölkəmizdə korrupsiyaya qarşı ciddi mübarizə aparılır, dövlət başçısının tövsiyə və tapşırıqlarına uyğun olaraq ictimai həyatın bütün sahələrində, o cümlədən məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi, korrupsiyaya şərait yaradan halların qarşısının alınması üzrə ardıcıl tədbirlər görülür.
Məhkəmə-Hüquq Şurasından Milli.Az-a verilən məlumata görə, bu məqsədlə son dövrlər həyata keçirilən institusional və qanunvericilik tədbirləri, hakimlərin təminatının əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, infrastrukturun müasirləşdirilməsi, hakim ştatlarının 3 dəfəyə yaxın, o cümlədən sonuncu dəfə dövlət başçısının 03.04.2019-cu il tarixli Fərmanı ilə 200 vahid artırılması məhkəmə fəaliyyətinin səmərəliliyinə əsaslı təsir göstərib. Ötən ay hakimlərin təyinatı ilə bağlı 60-dan çox mühüm qərarların qəbulu, o cümlədən dövlət başçısının Sərəncamları ilə Ali Məhkəmənin sədr müavini və kollegiya sədrləri, apellyasiya instansiyası məhkəmələrinin 11 kollegiya sədri, 16 məhkəmə sədrlərinin təyin edilməsi, bəzi hakimlərin iş yerinin intizam qaydasında dəyişdirilməsi, habelə Ali Məhkəmənin 5 hakiminin aşağı işə keçirilməsi və 20-dək yeni nəsl gənc hakimin ali və apellyasiya məhkəmələrinə irəli çəkilməsi mühüm əhəmiyyət kəsb edib.
Mətbuatda xəbər verildiyi kimi ötən ay ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə qarşıda duran vəzifələrə dair Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi və Ali Məhkəmənin sədri Ramiz Rzayevin iştirakı ilə videokonfrans formatında müşavirə keçirilib. Ölkənin bütün məhkəmə sədri və müavinləri, kollegiya sədrlərinin iştirakı ilə keçirilən müşavirədə qanunun aliliyinin və qərarların ədalətliliyinin təmin edilməsi ilə bağlı dövlət başçısının tövsiyələri diqqətə çatdırılmaqla, qanun pozuntularına ciddi reaksiya verilməsi, neqativ hallara qarşı barışmaz münasibət göstərilməsinin vacibliyi, hakim adına və nüfuzuna xələl gətirən halların qarşısının alınması üzrə qəti tədbirlər vurğulanıb.
Qeyd edilən məsələlərin hər bir hakimin və məhkəmə işçisinin nəzərinə çatdırılması məqsədilə bu ərəfədə Məhkəmə-Hüquq Şurasının, Ədliyyə Nazirliyinin məsul şəxsləri və apellyasiya məhkəmələrinin rəhbərliyinin iştirakı ilə bütün məhkəmələrdə hakimlər və məhkəmə aparatı əməkdaşları ilə birgə müşavirələr keçirilib. Məhkəmə sistemində şəffaflığın təmin edilməsi, süründürməçilik, sui-istifadə hallarının, qeyri-prosessual münasibətlərin yolverilməzliyi, bununla bağlı qarşıda duran vəzifələr diqqətə çatdırılıb, yol verilən nöqsanlar və onların səbəbi müzakirə edilib.
"Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" dövlət başçısının 03.04.2019-cu il tarixli Fərmanına uyğun olaraq 60-dan çox məhkəmədə keçirilən monitorinqlər zamanı insanların haqlı narazılığını doğuran 150-dən artıq halın aşkar edilərək hakim və məhkəmə sədrlərinin diqqətinə çatdırılması, daha kobud pozuntularla bağlı isə intizam icraatlarının başlanıldığı vurğulanıb. Ötən il 48 hakimin intizam məsuliyyətinə cəlb edilməsi, 2 nəfərin səlahiyyətlərinə xitam verilməsi, 7 nəfərin işdən azad olunması, 2 hakim barədə isə materialların korrupsiya əməllərinə görə istintaqa verilməsi və artıq onlardan birinin, həmçinin vasitəçilik etmiş məhkəmə aparatı işçisi və vəkilin cinayət məsuliyyətinə cəlb olunmaqla, məhkum edildiyi qeyd olunub.
Vətəndaşların haqlı narazılığına səbəb olan, məhkəmə sisteminə ictimai etimadı azaldan və ədalət mühakiməsinin nüfuzuna xələl gətirən hallara yol verən hakimlər barədə ən sərt tədbirlərin görüləcəyi hər bir hakimin diqqətinə çatdırılıb.
Dövlət başçısının tövsiyələrinə uyğun olaraq Şura tərəfindən cari ildə qəbul edilmiş hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması Qaydalarının tətbiqinin hakimlərin məsuliyyət hissinin artırılmasında, sistem xarakteri daşıyan nöqsanların aşkar edilməsində daha işlək mexanizmlər yaratdığı vurğulanıb.
Məhkəmə sistemində hüquq pozuntularının qarşısının alınması və onlara qarşı dözülməz münasibətin təşviqi üzrə tədbirlər davam etdirilir.
Milli.Az
48 hakim intizam məsuliyyətinə cəlb edilib, 2 hakim isə korrupsiya əməllərinə görə istintaqa verilib
03
iyun
22:31

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Penitensiar xidmətin 40 əməkdaşı ədliyyə orqanlarından xaric edilib
Sabahdan məhkəmələrin fəaliyyəti tam bərpa olunur
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi müəyyənləşib - FƏRMAN
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi müəyyənləşib - FƏRMAN
Azərbaycanda 5 hakim və 2 məhkəmə sədri haqda korrupsiyaya görə intizam icraatı başlanıldı
Azərbaycanda pensiya və müavinətləri "yeyən" MƏMUR TUTULDU
Baş Prokurorluq: KİVDF-də qanunsuzluqlarla bağlı 4 maddə ilə cinayət başlanıb
Ramiz Mehdiyevin yerinə sədr seçiləcək
"Hakim partiya kadr islahatlarından kənarda qalmayıb” – YAP katibi aydınlıq gətirdi
DGK-dan həbs olunan şöbə rəisi ilə bağlı RƏSMİ AÇIQLAMA
Deputatdan Kamran Əliyevin baş prokuror təyin edilməsinə MÜNASİBƏT
Rüşvətxor və korrupsionerlərin “qara günləri” başlayır
Korrupsiyaya yol vermiş şirkət rəhbəri həbs edildi
Azərbaycanda külli miqdarda rüşvət alan orkestrin bədii rəhbəri həbs edildi
“Məhkəmə hakimiyyəti düzəlməsə, aparılan bütün islahatların əhəmiyyəti olmayacaq”
İcra başçısı əhalinin siyahıyaalınmasıyla bağlı iclas keçirdi
Azərbaycanda məhkəmə proseslərinin əksəriyyəti yenidən təxirə salındı
Baş Prokurorluqda videokonfrans rejimində geniş əməliyyat müşavirəsi keçirilib
Daha bir şirkət rəhbərinin korrupsiya əməlləri İFŞA EDİLDİ
"Sərt cəza tədbirləri görüləcək”
Neçə icra başçısının başı ağrıyacaq
DTX generalı belə saxlayıb - VİDEO
Sabiq icra başçısının oğlunu öldürən ömürlük məhkumun şikayətinə baxıldı
Prezident Baş prokuror vəzifəsinə Kamran Əliyevin namizədliyini irəli sürdü - FOTO
Azərbaycanda vəkil məhkəmə zalında həbs EDİLDİ
Bakıda məktəb direktoruna cinayət işi açıldı - Korrupsiya
Prezident yeni dövlət qurumu yaratdı
Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatdı
Kürdəmir icra başçısı Ceyhun Cəfərovun aldığı rüşvətlər açıqlandı
Əhalinin dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunması həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsidir
- "Aİ Ukraynaya sülhməramlılar göndərəcək" - Orban
- Yaponiya bu malların Rusiyaya ixracına qadağa qoydu
- 31 evdən 36 min manatlıq oğurluq etdilər
- 2023-cü ildə ən çox qoyulan adlar – Siyahı
- Ermənistanda Təhlükəsizlik Akademiyasının binası YANIR
- "Fazil Mustafaya qarşı terror aktının istintaqının ilkin izləri İrana dəlalət edir" - RƏSMİ AÇIQLAMA
- İsmayıllıda aptekdə nöqsanlar aşkarlandı
- Gəlin keçmiş sevgililərinin hamısını toyuna dəvət etdi - Fotolar
- Deputat Hindistan parlamentinin iclasında əxlaqsız video izlədi - FOTO/VİDEO
- Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
- DƏHŞƏT! Hərbçi nişanlısının yanında öldü - Azərbaycanda FACİƏ (FOTO)
- Vatikan Papa Fransiskin vəziyyəti ilə bağlı açıqlama verdi
- "İkinci qoldan sonra inamı itirdik" - Canni De Byazi
- 5 Pakistan vətəndaşı Azərbaycan sərhədini pozmağa CƏHD ETDİ
- "Taçsız prenses"lə bağlı yeni QƏRAR
- ABŞ-ın Suriyadakı ikinci bazası atəşə tutulub
- Neft ucuzlaşdı
- Zelenski 3 şəhərdə hərbi administrasiyaların yaradılmasına göstəriş verdi
- NATO ölkələri Kalininqrad vilayəti ilə sərhəddə təlimlər keçirəcək
- Almanlar saat əqrəblərinin irəli və geri çəkilməsinin əleyhinədirlər
- Min bir dərdə dərman - Razyananın bilmədiyimiz faydaları...
- İnsanlara bu sözlərlə təsəlli ETMƏYİN
- Qız musiqinin səsinə etiraz edən atasını öldürdü
- Çantasını yoxladığı üçün gömrükçünü döydü