Bu sürücülər 400 manat cərimələnəcək
4-06-2020, 20:00
176

Bu sürücülər 400 manat cərimələnəcək

“Hərəkətinə icazə verilməyən nəqliyyat vasitələrinin müəyyənləşməsi xüsusi qaydada aparılacaq”.

Bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində çıxışı zamanı deyib.

O bildirib ki, polis əməkdaşları karantin qaydalarının yumşaldılmasından asılı olmayaraq, gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdiriblər:

“İyunun 6-sı saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi yenidən sərtləşdiriləcək. Bu müddət ərzində yalnız fəaliyyətinə icazə verilmiş qurumların işçilərinin hərəkətinə icazə veriləcək. Ola bilsin ki, nəqliyyat vasitələri ilə yola çıxan şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məsələsi xüsusi texniki vasitələrin köməyi ilə müəyyən olunacaq. Bu əvvəlki qaydada SMS vasitəsi və ya “icazegov.az” portalında kiminsə adının olması ilə bağlı olmayacaq. Çox məhdud sayda şəxslərin nəqliyyat vasitəsilə hərəkətinə icazə veriləcək.

Həmin nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları xüsusi qaydada qeydiyyata alınacaq və yalnız onlar inzibati qaydada cərimə olunmayacaq. İyunun 6-dan 8-dək qeyd olunan saata qədər nəqliyyat vasitəsi ilə hərəkətinə icazə verilməyən digər şəxslər xüsusi texniki avadanlıqlar vasitəsilə aşkar ediləcək. Vətəndaşlar fikirləşməsin ki, ərazidə polis yoxdur və bizi cərimələyən olmayacaq. Öncədən bu barədə vətəndaşlara xəbərdarlıq edirik.

Karantin rejiminə əməl etməyən şəxslər barəsində iyunun 2-dən qəbul edilən qərara əsasən, qoruyucu vasitələrdən istifadə etməyən sərnişin və sürücülər qanunvericiliyin normalarına uyğun şəkildə məsuliyyətə cəlb olunacaqlar. Müvafiq olaraq, qoruyucu vasitələrdən istifadə etməməklə qayda pozuntusuna ilk dəfə yol verən fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 200 manat cərimə olunacaqlar. Eyni xətanın il ərzində təkrar olunması müşahidə olunarsa, fiziki şəxslər 100, vəzifəli şəxslər 200, hüquqi şəxslər isə 400 manat cərimə olunacaqlar. Bu cərimələrlə yanaşı, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin müvafiq bəndində karantin qaydalarının pozulmasına görə, 1 aya qədər inzibati həbs cəzası da var. Bu günə qədər 50-yə yaxın şəxs bir aya qədər inzibati həbs cəzası alıb”. //Oxu.az//

Oxşar xəbərlər

Bu gecə Bakıda və bir sıra ərazilərdə postlar qurulacaq - DYP
Axtarışda olan şəxs karantin postunda saxlanıldı
Yol Polisi Bakı, Sumqayıt və Abşerondan rayonlara gedənlərə xəbərdarlıq edib
Postlardan keçə bilmək üçün icazə kağızı bəs etməyəcək – Şərtlər
İcazəsi olanlar işə velosipedlə gedə bilərlər - RƏSMİ
Sabahdan Bakının girişindəki postlar yığışdırılır - Rəsmi açıqlama
Siyəzəndə karantin rejimini pozanlar cərimələnib
Fəaliyyətinə icazə verilən şəxslər bu halda avtomobillərindən istifadə edə bilməz
"KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir" - İbrahim Məmmədov
Sərt karantin günlərində apteklər hansı hallarda fəaliyyət göstərə biləcək?
Bakı qeydiyyatında olan şəxslər rayondan necə gələ biləcək? - AÇIQLAMA
Karantin qaydalarını pozan 12 sürücü həbs olundu
Polisdən “plyonka” xəbərdarlığı: 3 gün sonra...
Rayonlara gediş-gəliş necə olacaq? - Rəsmi
Gəncədə karantin rejimini pozan sakinlərə protokol tərtib edilib
Kamran Əliyevdən avtomobillərin texniki baxışı ilə bağlı VACİB AÇIQLAMA
Bir avtomobillə bir neçə ailə üzvü gedirsə, hər biri üçün ayrılıqda icazə alınmalıdır - RƏSMİ
Evdən çıxmaq istəyənlərin 29 faizinə rədd cavabı verildi
SMS və icaze.e-gov.az portalı ilə icazə ləğv olunub
Baş Nazir sərt karantinlə bağlı qərarı təsdiqlədi
Dağlıq ərazilərdə karantin rejiminə nəzarət güclənib
20 minə yaxın avtomobil postlardan geri qaytarılıb
Bakıdan rayonlara gediş-gəlişə yalnız iki halda icazə veriləcək - RƏSMİ
2923 sürücü məsuliyyətə cəlb edilib
Sürücülərə 10 manat cərimə xəbərdarlığı
Ölkə ərazisində karantinə görə qurulan postlar ləğv edilir?
DYP 605 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edib
Karantin cərimələrini ödəməyənlərin əmlakına həbs qoyulacaq - RƏSMİ
Yol polisindən sürücüclərə XƏBƏRDARLIQ! karantin qaydalarını pozmayın
Avtomobilində dərman qutusu olmayan sürücüləri cərimə gözləyir - DYP