Dilqəmlə Şahbazın psixikası pozulub? - Psixoloqdan açıqlama
17-04-2021, 15:24
44

Dilqəmlə Şahbazın psixikası pozulub? - Psixoloqdan açıqlama

Yeddi il erməni əsirliyində qalan Dilqəm Əsgərovla Şahbaz Quliyevin bir-birinin ünvanına kəskin ittihamlar səsləndirilməsi birmənalı qarşılanmayıb. Onları qınayanlarla yanaşı, Diqəmlə Şahbazın psixoloji problemlərdən əziyyət çəkdiyini iddia edənıər də var. Bu iddialar nə dərəcədə doğrudur?
Doğrudanmı, Dilqəmlə Şahbazın psixikası pozulub?
Psixoloq Vüsalə Rüstəm açıqlamasında bildiirb ki, Diqəm Əsgərovla Şahbaz Quliyev əsirlikdə olarkən ağlasığmaz işgəncələrə məruz qalıb. Onun sözlərinə görə, belə hal insan psixikasında dərin və qorxulu izlər buraxır. İnsan illərlə gecə yata bilmir, ümumiyyətlə normal həyata adaptasiya olunmaqda çətinlik çəkir:
"Belə insanlara uzun illər psixoloji dəstək lazım olur. Belə dəstək həm də onların ailə üzvləri tərəfindən olmalıdır. İşgəncəyə məruaz qalan insanın beyni tamamilə dəyışir. Şüuraltı ağrı və zədələrlərdən ibarət olur. Bəzən küçədə belə müşahidə etdiyi adi bir hadisə onu həmin hadisələri təkrar yaşamasına səbəb olur. Həmin vəziyyətə geri dönür, qışqırır, ağlayır və s. 
Baxdığımız müharibə filmlərində və reallıqda əsir götürülən insanların bir-birinə işgəncə verməsiylə bağlı təcrübə var. Onları buna məcbur edirlər. Xaraktercə zəif insanlar bir daha döyülməmək üçün şüursuz şəkildə müəyyən işlər görə bilir. Buna görə də insan uzaq yola zəif xarakterli adamlarla çıxmamalıdır. Dilqəmin açıqlaması ilə tanışam. İddia edir ki, Şahbaz onu "dubinka" ilə vurub. Bu üsuldan ermənilər həmişə istifadə ediblər. Onlar çox vaxt özümüzünkülərə bizim adamların əliylə işgəncə veriblər".
Vüsalə Rüstəmin sözlərinə görə, Şahbazın işgəncəyə dözməyərək Dilqəmi vurması, yaxud onun yerini söyləməsi mümkündür: "Əti kəsilən, dırnaqları çəkilən, "dubinka" ilə döyülən insan bunu edə bilər. Onların bir-birini ittihamı etməsi təəssüf doğurur. İndi şərtlər dəyişib. Üstəlik, bu söz-söhbətlər hər ikisinə, onların ailə üzvlərinə zərər verir. Hesab edirəm ki, qarşılıqlı ittihamlara son qoymaq lazımdır. Cəmiyyət bu adamlara münasibətdə daha həssas davranmalıdır. Ağır zədələr almış bu insanlara psixoloji cəhətdən dəstək olmaq lazımdır".

Oxşar xəbərlər

Dilqəmlə Şahbaz Azərbaycana QAYTARILIR
Dilqəmlə Şahbaz koronaya yoluxdu
Qızıl Xaç Komitəsi Dilqəmlə Şahbazın Şuşadan çıxarıldığını TƏSDİQLƏDİ
Şahbaz Quliyevin anası dünyasını dəyişdi
Şahbaz Quliyev 6 il sonra anası ilə görüşdü - VİDEO (YENİLƏNİB)
Dilqəmlə Şahbazın səhhəti pisləşdi
Dilqəm Şahbazı niyə “erməni dostu” adlandırdı? - Oğlu hər şeyi DANIŞDI
Dilqəm Əsgərov və Şahbaz Quliyev geri qaytarılır? - AÇIQLAMA
Dilqəm Əsgərov və Şahbaz Quliyevin saxlanıldığı Şuşa həbsxanasından görüntülər - VİDEO
Dilqəmlə Şahbaz təhlükəsizliyilə bağlı danışıqlar gedir
Ailəsi Dilqəm Əsgərovla görüşməyib - “Həkim nəzarətindədir“
Müharibə dövründə sarsıntı keçirən ailələrə psixoloji dəstək verilib
Ermənilərin Şahbaz və Dilqəmə qarşı növbəti təxribat cəhdi
Dilqəm və Şahbazın girovluqdan azad olunmasının detalları açıqlandı
BQXK-dan Dilqəm Əsgərovla Şahbaz Quliyevin qaytarılması məsələsi ilə bağlı - AÇIQLAMA
Şahbaz Quliyev də evinə qayıtdı - VİDEO
Rüstəm Muradov Bakıya gəldi
Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı RƏSMİ AÇIQLAMA
“Bu sevinci bizə yaşadan Prezidentimizə, ordumuza hədsiz minnətdaram” - Şahbaz Quliyevin bacısı
Samuxda partlayış - Yaralılar var
Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycana təhvil veriləcək (VİDEO)
Şuşadan aparılan Dilqəm Əsgərovun yeri açıqlandı
Dilqəm və Şahbazdan xəbər var: Şirakda saxlanılırlar
Almaniyada 14 Azərbaycan vətəndaşı hücuma məruz qalıb
Bağçadan ayrı düşən uşaqlar: - "Evdəki rahatlığa alışdıqdan sonra çətin olacaq"
Dilqəm Əsgərov və Şahbaz Quliyevdən XƏBƏR VAR
Dilqəmin yazdığı şeir Şuşa həbsxanasından tapıldı - VİDEO
Erməni əsirliyindən və girovluğundan azad edilənlər ailələrinə qovuşdular
Mehriban Ələkbərzadə xəstəxanaya yerləşdirilib: “Nəfəs ala bilmirəm”
Goranboy icra hakimiyyətindən BİABIRÇILIQ - Əsgər ailəsi NARAZILIQ EDİR