Hansı deputatlar oruc tutur?
17-04-2021, 15:26
45

Hansı deputatlar oruc tutur?

Deputatlar xalqımızı Ramazan ayının gəlişi münasibətilə təbrik edib.
Ramazan ayının fəzilətlərindən danışan deputatlar Cavanşir Paşazadə və Zahid Oruc oruc tutub tutmadıqları ilə bağlı sualları da cavablandırıb.
Deputat Cavanşir Paşazadə ölkəmizin dünyəvi olduğunu və oruc tutmayanların da normal qarşılandığını vurğulayıb:
“Bütün Azərbaycan xalqını mübarək Ramazan ayını gəlişi münasibətilə təbrik edirəm. Bu bizim torpaqlarımız azad olunduqdan sonraki ilk orucluqumuzdur. Allah xeyir eləsin. Oruc tutmaq hər bir müsəlmanın borcudur. Mən də oruc tuturam. Əhalimizin böyük hissəsi İslam dininə etiqad etsə də, biz modern bir ölkəyik. Tutmayanların olması da normal haldır.  Hər kəsi  bir daha təbrik edirəm”.
Deputat Zahid Oruc iş həyatında aktif olan insanların oruc tutanda bəzi çətinliklər yaşadığını bildirib:
“Öncəliklə müqəddəs ayın başlaması münasibəti ilə bütün insanları təbrik edirəm. Oruc tutmaq insanın üzərində bir neçə fundamental tələbləri qoyur. İlk növbədə müfaviq tələbləri özündə icra etməlisən. Buraya göz orucu, qulaq orucu, dil və əl orucu da daxildir. Bu prinsiplərə həm də təkcə Ramazanda deyil, hər zaman əməl etmək lazımdır. İkincisi isə, şübhəsiz ki, bu qidalanma rejimində fərqli bir vəziyyəti meydana gətirir. Bu hal bəzən fəal çalışma həyatında olan insanların fəaliyyəti ilə uzlaşmır”. 
Depuatat, özü oruc tutmasa belə, tez-tez möminlər üçün iftar süfrəsi açdığını söyləyib:
“Sadaladığım səbəblərdən ötrü ötən illər ərzində gerçək oruc tutmamışam. Məlum prinsiplər içərisində yaşayan, xalqına xidmətini məhsul tələblər çerçəvəsində gerçəkləşdirən insan kimi fəaliyyət aparmağa çalışıram. Hazırda oruc tutmuram, lakin ailə üzvlərim arasında tutanlar var. Hər bir insanın fikrinə hörmətlə yanaşırıq. Bəzən iftar mərasimlərində oluruq, bir sıra hallarda özümüz xalqımıza iftar süfrəsi açırıq. Düşünürəm ki, Ramazan dünyada sülhə, qarşılıqlı anlayışa, tikəni bölməyə vəsilə olan önəmli bir tarixi ənənəmizdir. Müşahidələr göstərir ki, ölkəmizdə oruc tutanların sayı kifayət qədər çoxdur”. 
Deputat Aqil Abbas yaşı ilə bağlı oruc tuta bilmədiyini söyləyib :
“Öncəki illərdə tuturdum lakin hazırda yaşım və səhhətim buna  meyilli deyil. Allah bu gözəl ayda edilən duaları, tutulan orucları qəbul etsin. Allah qazilərimizə tez zamanda şəfa versin. Diləyirəm ki, azad edilmiş ərazilərimizdəki dağıntıları tez zamanda bərpa edək”.
Deputat Ceyhun Məmmədov  vətəndaşlara bu ayda pandemiya qaydalarına riayət etməyi və imkansız insanlara kömək əli uzatmağı tövsiyə edib:
“Bildiyiniz kimi Ramazan ayı dinimizdə müqəddəs hesab olunur. Azərbaycanda da hər zaman dövlətimiz milli-mənəvi dəyərlərimizə böyük hörmətlə yanaşıb. İnsanlarımız oruc tutur, ibadət edirlər. Artıq iki ildir ki, bu ay pandemiyaya təsadüf edir. Ramazan ayının ənənələrindən biri də məscidlərdə kütləvi namazların qılınmasıdır. Amma pandemiya şəraitinə görə  bunu edə bilmirik. Xalıqımıza ibadətlərini evdə etmələri tövsiyə olunur. Kütləvi iftar mərasimlərindən mümkün qədər uzaq olmalıyıq.  Əlavə savab qazanmaq istəyən vətəndaşlar isə xeyir işi görə bilərlər. İmkansız insanlara kömək olmaq bu ayın fəzilətlərindəndir. Vətəndaşlarımıza buradan demək istəyirəm ki, pandemiya qaydalarına əməl etsinlər. Əgər biz tezliklə vəziyyətin sonlanmasını istəyiriksə, ilk növbədə özümüzü və yaxınlarımızı qorumalıyıq. Sonda, xalqımızı təbrik edirəm və bütün duaların qəbul olmasını arzu edirəm!”/Modern.az

Oxşar xəbərlər

Oruc tutmaq koronavirusa qarşı ümmuniteti zəiflədir? - Həkimdən açıqlama
Pandemiya şəraitində oruc tutmağın QAYDALARI
Kamran Həsənli Zahid Oruca: “Sən kimsən ki, Türkiyə ordusuna qarşı çıxırsan?” - Video
Oruc tutmaq koronavirusa yoluxmaq ehtimalını artırır?
Operativ Qərargahın bu tələbi narazılıq yaradıb: “İnsanlar bezib“
Əlillik kağızı ala bilməyən qazi - NARAZILIQ!
Azərbaycanda Ramazan ayı bu vaxt başlayacaq
Ramazanda bu əməllər orucu batil etmir - CAVABLAR
Tağıyevin nəvəsi Azərbaycanı təbrik etdi
“Hərbi Qənimətlər Parkı and yeridir” - Zahid Oruc
İnsanların bu il Aşura gününü evlərində keçirməyi məqsədəuyğundur - İlahiyyatçı
Oruc tutanlar bu cür qidalanmalıdır
Ukrayna səfiri Azərbaycan xalqını təbrik etdi
Ramazan ayı başlayır: Bu gecə niyyət gecəsidir
Prezidentə yeni media layihəsi TƏQDİM EDİLİB
Mehriban Əliyeva Türkiyə xalqını təbrik etdi
Ramazan ayı ilə bağlı fətva veriləcək
İrəvan artıq anlamalıdır: Qarabağ, “artsax” yox - Mixaylov
ABŞ səfiri Azərbaycan xalqını təbrik etdi
Mehriban Əliyeva Ağdamın işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib
“Şəhidlərimizin qanı yerdə qalmadı” - Allahşükür Paşazadə
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
“Bizi çox qaynar payız gözləyir” – Aslan İsmayılov
Mehriban Əliyeva şagird və tələbələri belə TƏBRİK ETDİ
“Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir”
I Vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Türkiyə MN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib
“Müraciətlər həddən artıq çoxdur, yeniliklər gözlənilir” - Əfv Komissiyasının üzvü
Ramazanın ikinci gününün duası - İmsak və iftar vaxtı