“Adamlar var ki, hər şeyini satışa çıxarıb“ - Xuraman Şuşalı
17-04-2021, 17:40
36

“Adamlar var ki, hər şeyini satışa çıxarıb“ - Xuraman Şuşalı

“Allah banklara insaf versin, faizləri dayandırsınlar. Hər şey çox çətindir. Dilim başıma bəladır, amma haqqı demək lazımdır”.
Bu sözləri müğənni Xuraman Şuşalı karantinlə bağlı danışarkən deyib.
Sənətçi bildirib ki, əhali "dolana bilmir" və sosial vəziyyət yaxşı deyil:
“Gedişat heç yaxşı deyil. Yaxın olduğum, ünsiyyətdə olduğum adamlar var ki bu günlərdə çox acınacaqlı vəziyyətdədirlər. Maddiyyat baxımından vəziyyətləri pisdir, borcları var. Allah banklara insaf versin, faizləri dayandırsınlar. Hər şey çox çətindir. Dilim başıma bəladır, amma haqqı demək lazımdır.
Bir yaxınım deyir ki, evdə yeməyə heç nə yoxdur. Vəziyyət çətindir, işlər bağlıdır. Bu nə vaxt düzələcək? Bunun qarşısnı alan olacaqmı? Bir çözüm yolu tapılmalıdır artıq. Allah özü bu müqəddəs aya xatir yoluna qoysun məsələləri. Üsyan etmirik, şükür edirik, amma doğurdan da çətin vəziyyətdir”.
Müğənni bəzi yaxınlarının borclarını ödəyə bilmək üçün evsiz-eşiksiz qalmağa belə razı olduğunu qeyd edib:
“Elə ailələrlə danışıram ki, bank faizlərinə görə evlərini də satışa qoyublar. Heç satışa çıxarılan evi də alan yoxdur. Adamlar var ki, hər şeyini satışa çıxarıb ki, eybi yox evsiz-eşiksiz yaşayaq, amma bu borclardan canımızı qurtaraq. Çünki banklar artıq borc götürənlərə zamin dayananların da maaş kartlarını dondurublar. Biz bəzən kiməsə kömək etmək istəyəndə fikirləşirik ki, evi-eşiyi var. Amma baxın, bu gün evi olanlar da pis vəzikyyətdədir, çünki satsalar belə alan yoxdur. Camaatda ev almağa pul da yoxdur. Mən özüm də evimi satışa qoymuşam aylar əvvəl. Fakt budur ki, insanlarda pul yoxdur”.

Oxşar xəbərlər

“9 ildir bununla mübarizə aparıram, amma alınmır” - Xuraman Şuşalı
“Soruşdum ki, oruc tutursan, dedi onsuz da acam...“ - Xuraman Şuşalı
Tanınmışlardan Nazpəri Dostəliyevaya dəstək: “Sözüm bitib, dilim quruyub“
“Allah onların bəlasını versin!” - Afət Fərmanqızı
Tanınmış meyxanaçı evini satır - Səbəb
“Bütün günü ağlayırıq, gözümüzün yaşı qurumayıb, toy vaxtıdır?!“ - Əməkdar artist
Xuraman çəkiliş zamanı yıxıldı - VİDEO
“Bayrağa sataşan Vətən xainidir“ - Xuraman Şuşalıdan AÇIQLAMA
Koronavirusdan sağalan müğənni: “Öz-özümü müalicə elədim“
Xuraman bu şəxsləri polisə verəcək
Məşhur müğənninin evi yandı - Video
“190 manatı versinlər, evimizi satası deyilik” - Maral Tahirqızı + Video
Əməkdar artistə 110 min dollarlıq avtomobil bağışlayıblar
Mətanət İsgəndərli çətin günlərindən danışdı: “Qorxumdan oğlumu evə qoymurdum, ürəyim partlayırdı, deyirdim ki, necə dözəcəm?”
“Görüm onu deyənlərin “duxu”çatar...” - Manaf Ağayev
Faiq Ağayev pulsuzluqdan qarajını satır
“İnsanları vətənindən didərgin, dövlətindən narazı salan bu cür adamlara vətən xaini demək olar...”
“Pulsuzluq məni əldən salıb“ - Brilliant Dadaşova
Sərt karantin gəlir: Başqa yol qalmayıb
“Nişanlı gənclərimiz toy edə bilmirlər“ - Niyaməddin Musayev
“Məktəbləri açmaqla insanları çaş-baş salıblar“ - “Uşaqlarımı dərsə buraxmıram“
“Yetiməm, təkəm, Allah məni başsız qoymasın“ - Video
“Demişdim ki, Ağdama sürünə-sürünə gedəcəm... ” - Arif Babayev
“Gecə-gündüz əlim göydədi, Allaha yalvarıram ki, müharibə olmasın...”
Azərbaycanda koronavirusun yeni dalğası: Qapanma olacaq?
Tanınmış azərbaycanlı müğənni koronavirusa yoluxdu (FOTO)
"Vilyam müəllim çıxdı, yerinə başqası gəldi... getdim qəbula, iş istədim..." - GİLEY
Pandemiyanın “evini yıxdığı” məşhurlar - Siyahı
Tanınmış müğənnimiz pulsuzluqdan klinikada işə düzəldi
Xərçəngdən əziyyət çəkən müğənni: “Dedim ki, xəstəliyimi qohumlarım bilməsin“