Ermənilər 400-dən çox abidəmizi dağıdıb - XİN bəyanat yaydı
18-04-2021, 11:07
38

Ermənilər 400-dən çox abidəmizi dağıdıb - XİN bəyanat yaydı

Azərbaycan Xarici İşlər Nazirliyi 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb.
XİN-dən daxil olan bəyantda deyilir:
- Bu gün Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur.
Bu gün ilə əlaqədar olaraq Azərbaycan, azad edilmiş ərazilərdəki mədəni irsinin Ermənistan tərəfindən məhv edilməsi ilə bağlı ciddi narahatlığını bir daha diqqətə çatdırır.
Ərazilərimizin işğalı dövründə demək olar ki, bütün tarixi, mədəni və dini abidələr tamamilə məhv edilmişdir. Bu günə qədər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi azad edilmiş ərazilərdə 400-dən çox abidənin dağıdıldığını müəyyən etmişdir. Bu ərazilərdəki abidələrin ümumi sayı 3000-ə qədərdir.
Azərbaycana məxsus mədəni və dini mülkiyyət talan edilmiş, təhqir edilmiş, dəyişdirilmiş və qanunsuz olaraq Ermənistana daşınmışdır. Azad edilmiş ərazilərdə 100.000-dən çox mədəniyyət nümunəsinin olduğu 22 muzey və muzey filialı məhv edilmişdir.
Kəlbəcər rayonunda yerləşən XIII əsrə aid Xudavəng monastırının mədəniyyət nümunələri və qədim əlyazmalar, habelə Ağdam rayonunun Şahbulaq qalası yaxınlığında qanunsuz arxeoloji qazıntılar zamanı tapılan qiymətli mədəniyyət nümunələri Ermənistana qanunsuz olaraq daşınmışdır. Bununla yanaşı, Xocavənd rayonunun Azıx kəndindəki Azıx mağarasında qanunsuz qazıntılar aparılmşdır.
Bütün bu hərəkətlər, beynəlxalq humanitar hüququn, o cümlədən YUNESKO-nun 1954-cü il Haaqa Konvensiyası və onun iki protokolu, eləcə də 1970-ci il Konvensiyası kimi tənzimləmə sənədlərinin kobud şəkildə pozulmasıdır.
Təəssüflər olsun ki, mədəni irsimizin qəsdən məhv edilməsi, mənimsənilməsi, dəyişdirilməsi və mədəni sərvətlərimizin qanunsuz olaraq ölkə ərazisindən çıxarılması da daxil olmaqla, müharibə cinayətlərini araşdırmaq üçün müvafiq beynəlxalq təşkilatlara etdiyimiz müraciətlər 30 illik işğal boyunca nəzərə alınmamışdır. Hazırda bu baxımdan göstərilən marağı alqışlayırıq.
Azərbaycan Respublikası ərazisində yerləşən mədəni irs, mənşəyindən, dünyəvi və dini xarakter daşımasındsn asılı olmayaraq, Azərbaycanın dəyər verdiyi və qoruduğu Azərbaycan xalqının mədəni müxtəlifliyini əks etdirir.
Azərbaycan mədəni irsinə vurulmuş misli görünməmiş zərərin müstəqil bir missiya tərəfindən tam qiymətləndirilməsini təmin etmək Azərbaycan Hökuməti üçün prioritet məsələdir və Azərbaycan bu baxımdan YUNESKO ilə sıx əməkdaşlıq edir.

Oxşar xəbərlər

Dünya miqyaslı mədəniyyət tarixinə Ermənistandan böyük zərbə
İşğaldan azad edilən ərazilərdə 87 yeni abidə aşkarlandı
İşğaldan azad olunan ərazilərə vurulan zərər müəyyənləşdirilir
Azıx mağarası erməni vandalizminin qurbanına çevrilib
"Azad olunmuş ərazilərimizdə dini və mədəni irsimiz də məhv edilib" - Prezidentin köməkçisi
Xarici jurnalistlər Qarabağa gedib
Ermənistan Xudavəngin eksponatlarıyla sərgi keçirir - Nazirlikdən bəyanat
İrəvan qalasındakı bütün tarixi abidələr məhv edilib
“Hər şey məhv olub” – İlham Əliyev
Samir Nuriyevin sədrliyi ilə qərargah yaradıldı
İşğaldan azad olunan ərazilərdə bərpa işləri hansı şəhərdən başlayacaq? - AÇIQLAMA
Prezident Administrasiyasında Qarabağa dair iclas keçirildi - Qərargah yaradıldı
Azad olunmuş ərazilərdə abidələrin bərpasına nə vaxt baxılacaq?
Məscidlərdə donuz saxlanılması faktı beynəlxalq mediada
Şuşa bütün regionun mədəni paytaxtına çevrilə bilər - Prezident
Ombudsman erməni təcavüzü ilə bağlı dünya ictimaiyyətinə video-müraciət etdi
"Beynəlxalq və yerli ekspertlər Şuşanın tarixi mərkəzinə səfər edəcək" - Anar Kərimov
Ermənistan Azərbaycan kitabxanalarına 20 milyon dollar zərər vurub
Ermənistanın talançılığı ilə bağlı istintaq qrupu yaradılıb
Azərbaycan Sakit Okean Alyansının forumuna qatılıb
Qarabağda xristian abidələri də təmir olunacaq - RƏSMİ
Mədəniyyət Nazirliyi Şuşa şəhərilə bağlı hərəkətə keçdi
Monitorinqin nəticələri açıqlandı
"Avropa Şurası səssiz qalma, gəl gör buranı!" - İlham Əliyev
"Münaqişə dövründə dəfələrlə UNESCO-ya müraciət etmişdik ki..." - Dövlət başçısı
XİN: Ermənistanın Şuşada məscid "təmir" edərək guya ki, dini dəyərlərə hörmət nümayiş etdirmək cəhdi riyakarlıqdır
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yaydı - Ermənistana XƏBƏRDARLIQ
Hərbçilərin görüntüləri ilə bağlı cinayət işi açıldı
Prezidentin Şuşa ilə bağlı tapşırığı…
Şuşanın tarixi mərkəzi UNESCO-nun irs siyahısına salınır