Xızıda “Qrad” mərmisi aşkarlandı - FOTOLAR
18-04-2021, 11:11
36

Xızıda “Qrad” mərmisi aşkarlandı - FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xızı rayonu, Giləzi qəsəbəsinin yaxınlığında açıq sahədə sursat aşkar olunması barədə məlumat daxil olub.
Daxil olmuş məlumat əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu 17 aprel 2021-ci il tarixində əraziyə cəlb olunub.
Pirotexniklər polis əməkdaşları ilə birgə ərazidə zəruri təhlükəsizlik tədbirləri həyata keçirdikdən sonra aşkar olunmuş sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, 1 ədəd “Qrad" BM-21 mərmisidir.
Sursat pirotexniklər tərəfindən götürülüb Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mərkəzi məhvetmə ərazisinə daşınaraq, müvafiq qaydada zərərsizləşdirilib.
Təkrar baxış zamanı sursatın tapıldığı ərazidə digər şübhəli əşya aşkar edilməyib.
Qeyd edək ki, aşkar olunan mərminin 27 avqust 2017-ci il tarixində Müdafiə Nazirliyinə məxsus N saylı hərbi hissənin silah-sursat anbarında baş vermiş partlayışla müşayiət olunan yanğın zamanı əraziyə düşdüyü ehtimal olunur.
Xızıda “Qrad” mərmisi aşkarlandı -FOTOLAR

Xızıda “Qrad” mərmisi aşkarlandı -FOTOLAR

Xızıda “Qrad” mərmisi aşkarlandı -FOTOLAR

Oxşar xəbərlər

Sumqayıtda top mərmisi tapıldı
Bakıda top mərmisi aşkar edildi
ANAMA son üç gündə 102 mina zərərsizləşdirib
Suqovuşan təmizlənir…
Cəbhəboyu ərazilərdə yüzlərlə mina və partlamamış hərbi sursat tapıldı
Cəbhəyanı ərazilərdə partlamamış hərbi sursat, minalar zərərsizləşdirilib
Müharibədən sonra 117 km-dən çox yol minalardan təmizlənib
Ağstafada 4 ədəd aviabomba tapıldı - Foto
Naftalanda silah-sursat tapıldı
Şuşada daha bir əməliyyat keçirildi
Cəbhəboyu ərazilərdən son xəbər
Bakıda 18 mərtəbəli binada yanğın oldu
Qarabağda 117 km-dən çox yol minalardan təmizlənib
Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı
Gəncədə iki top mərmisi tapıldı
Bakıda mərmi aşkarlanıb - Foto
"Bandotdel" əməliyyat keçirdi - SAXLANILANLAR VAR
Ermənilər Qarabağdan Ermənistana silah-sursatla qaçırlar
Ermənistan ordusunun 10 rayonumuzun kəndlərinə atdığı partlamamış mərmilər zərərsizləşdirilib
Bakıda yanğın oldu, ölən var
ANAMA və DİN-dən təcili əməliyyat - FOTO
Ramana qəsəbəsində yanğın
Dəniz kənarından 2 ədəd mina tapıldı
Bakı sakini saxlanıldı: Marixuana, “Kalaşnikov“, sursat... - Video
Ağdamda düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı - FOTO
Bakıda dəmirəritmə sexində partlayış - VİDEO
Bakıda bina yanır
Düşmənlə təmas xəttində raket və mərmi qalıqları aşkarlanıb
Bakıda neft quyusunda yanğın oldu - VİDEO
Xocavənddə ermənilərin “İqla” zenit-raket kompleksi aşkarlandı