İlham Əliyev yarımstansiyaların açılışında - FOTO (Yenilənib)
19-04-2021, 11:56
43

İlham Əliyev yarımstansiyaların açılışında - FOTO (Yenilənib)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Bakının Suraxanı rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 220/110/10 kilovoltluq “Hövsan” yarımstansiyasının açılışında iştirak edib.
Dövlətimizin başçısına yenidən qurulan “Hövsan” yarımstansiyası barədə məlumat verilib.
Bildirilib ki, 45 il əvvəl tikilən “Hövsan” yarımstansiyası müasir səviyyədə yenidən qurulub, buradakı avadanlıqlar yeniləri ilə əvəz olunub. Yarımstansiya “Şimal” Elektrik Stansiyasında istehsal olunan elektrik enerjisinin ötürülmə keyfiyyətinin artırılmasında, “Abşeron”, “Böyükşor”, “Suraxanı”, “Ramana”, “Əhmədli”, “Qala”, “Zığ” yarımstansiyaları ilə əlaqələnməklə Bakı və Abşeron yarımadasının, xüsusən də Suraxanı, Günəşli, Əhmədli ərazilərinin elektrik enerji təchizatında mühüm rol oynayır.
Prezident İlham Əliyev “Hövsan” yarımstansiyasını işə salıb.
Dövlətimizin başçısına yenidənqurulan 110/35/6 kilovoltluq “Maştağa” yarımstansiyası barədə də məlumat verilib. Bu yarımstansiya da tam yenidən qurularaq etibarlılığı və dayanıqlılığı artırılıb, istehlakçıların fasiləsiz və keyfiyyətli enerji ilə təchiz edilməsi təmin olunub. Bu yarımstansiya Sabunçu və Xəzər rayonlarının, xüsusən də Maştağa, Buzovna, Bilgəh, Nardaran qəsəbələrini, ümumilikdə 150 min nəfərə yaxın sakini elektrik enerjisi ilə təchiz edəcək.
Prezident İlham Əliyev məsafədən idarə olunan SCADA dispetçer idarəetmə sistemi vasitəsilə “Maştağa” yarımstansiyasını da işə salıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Bakının Suraxanı rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 220/110/10 kilovoltluq “Hövsan” yarımstansiyasının açılışında iştirak edib.
Dövlətimizin başçısı, həmçinin məsafədən idarə olunan SCADA Dispetçer sistemi vasitəsilə 110/35/6 kilovoltluq “Maştağa” yarımstansiyasının yenidənqurmadan sonra açılışını edib.

Oxşar xəbərlər

Prezident “Hövsan” və “Maştağa” yarımstansiyalarının açılışını etdi
Qəzadan sonra yenidən qurulan “Azərbaycan” İES-dən son görüntüləri
Hadrut qəsəbəsinə elektrik enerjisi verildi
Prezident İlham Əliyev “Qobu” elektrik yarımstansiyasının tikintisi ilə tanış olub
“Qobu” ES Bakı və Abşeronun “Mingəçevir” İES-dən asılılığını aşağı salacaq”
Prezident və birinci xanım “Suraxanı” gəmi-muzeyinin açılışında iştirak etdilər
Prezident və xanımı yeni xəstəxananın açılışında
Şuşaya yüksəkgərginlikli elektrik xətti çəkilir - Video
İlham Əliyev müsahibə verdi
İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışını etdi
İlham Əliyev Bakıda məktəb açılışında iştirak edib - Foto
Prezident Aqarunovun adını daşıyan məktəbin açılışında iştirak edib
Prezident Əmircanda parkda yaradılan şəraitlə tanış olub
Prezident İlham Əliyev Bakıda yerüstü piyada keçidinin açılışında iştirak edib - YENİLƏNİB
Prezident Şağanda pansionatın açılışında iştirak etdi - FOTOLAR
İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışını etdi - Yenilənib
İlham Əliyev və Mehriban Əliyeva yataqxana binasının açılışında iştirak etdilər
Prezident və xanımı Pirsaat Baba ziyarətgahında-FOTO
İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib
İlham Əliyev Daxili Qoşunların hərbi hissəsinin açılışında iştirak etdi - FOTOLAR
“Azərenerji” 2018-ci il “zülmətinin” bir daha təkrarlanmaması üçün modern sistem
İlham Əliyev 4 saylı DOST mərkəzinin açılışında - FOTOLAR (YENİLƏNİB)
İlham Əliyev və Mehriban Əliyeva Bakıda açılışda
İlham Əliyev Ərdoğana zəng etdi
Prezident iki məktəbdə yaradılan şəraitlə tanış olub
Mehdiabada elektrik enerjisinin verilişində fasilə olacaq
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 3 saylı DOST mərkəzinin açılışında iştirak ediblər
Prezident İlham Əliyev və Mehriban Əliyeva ADA Universitetinin iki yeni korpusunun açılışında iştirak ediblər - Yenilənib
İlham Əliyev Ərdoğana zəng etdi
Laçındakı su elektrik stansiyası yenidən qurulur - VİDEO