Bakıda qanunsuz işləyən kafe aşkarlandı
19-04-2021, 12:54
31

Bakıda qanunsuz işləyən kafe aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, ev 26 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qafarov Fazil Murad oğluna məxsus “Cənnət Gəncə” kafesində yoxlama keçirib.
AQTA-dan verilən məlumata görə, yoxlama zamanı müəssisənin texniki normativ hüquqi aktların tələblərinə əməl olunmadan fəaliyyət göstərdiyi, temperatur rejimi və mal qonşuluğu prinsipinin gözlənilmədiyi məlum olub.
Eyni zamanda müəssisədə üzərində etiket məlumatları qeyd olunmayan süd məhsulları və tərəvəz konservləri, hazırlanma tarixi qeyd edilməyən soyuq qəlyanaltılar, təkrar istifadəsinə icazə verilməyən müxtəlif qida məhsulları, baytarlıq-sanitariya ekspertizasından keçməyən heyvan və quş ətləri aşkar edilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

Oxşar xəbərlər

Bu apteklə bağlı  akt tərtib edildi
Çörək sexində nöqsanlar aşkarlandı
Bərdədə antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı
Abşeronda kolbasa və sosiska sexinin fəaliyyəti dayandırıldı
Süd və saçaqlı pendir hazırlanan müəssisələrdə xoşagəlməz mənzərə - FOTOLAR
Sabirabadda qanunsuz işləyən kafe bağlanıb
Abşeronda qanunsuz fəaliyyət göstərən bal emalı sahəsi aşkarlandı - FOTO
Daha bir mağazada nöqsanlar aşkarlandı
“Oba” market malların istehsal tarixlərini dəyişirmiş – AQTA rəsmən açıqladı
AQTA 155 obyektdə pozuntular aşkarladı
"McDonalds"da nöqsanlar AŞKARLANDI
Qanunsuz işləyən qənnadı müəssisəsi aşkarlandı
"Taksim Kebap"da nöqsanlar aşkarlandı - SİYAHI
“Manqalüstü” restoranı və ”Qala” kafesi cərimələndi - SİYAHI
"Başkent" restoranı cərimələndi - SİYAHI
"Mado"da nöqsanlar AŞKARLANDI - FOTO
“Pak dad” restoranından nöqsan aşkarlandı - SİYAHI
"Şirvanşah” restoranın rəhbəri inzibati məsuliyyətə cəlb olundu
“Mixək” çay evi və “Şaurma” kafesi cərimələndi - SİYAHI
Məşhur restoranlar cərimələndi
“Xal-xal” və "999" kafeləri CƏRİMƏLƏNDİ
"50 qəpik" kafesi CƏRİMƏLƏNDİ
Bakıda məşhur restoranlar cərimələndi - TAM SİYAHI
“Sərin” restoranı cərimələndi
“Black Star Burger Baku” qaydaları pozdu
Qaydaları pozan kafe və restoranlar cərimələndi - SİYAHI
Tanınmış restoranlar cərimələndi - SİYAHI
Daha 27 kafe və restoran cərimləndi
“Buta" kafesi və “Sevinc” restoranı CƏRİMƏLƏNDİ - FOTO
“Qədim Qəbələ” restoranı cərimələndi