Vergi borcu olan şirkətlə 5 milyonluq müqavilə imzalandı - “Azərsu”dan qanundankənar əməliyyat
19-04-2021, 17:11
67

Vergi borcu olan şirkətlə 5 milyonluq müqavilə imzalandı - “Azərsu”dan qanundankənar əməliyyat

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Touchess” MMC ilə maliyyə dəyəri  4 963 461 AZN olan müqavilə bağlayıb. 
Gündəlik Bakı xəbər verir ki, müqavilədə İnformasiya-Kommunikasiya Texnologiyaları sahəsində və Ceyranbatan Su Təchizatı İdarəsinin ultrasüzgəcli sutəmizləyici qurğular kompleksinin Scada sisteminin fasiləsiz və dayanıqlı fəaliyyətini təmin etmək məqsədi ilə avadanlıq və mal-materialların satın alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Touchess” MMC 7 may 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 9, mənzil 001-də yerləşir. Şirkətin qanuni təmsilçisi Məmmədov Səbuhi Əmirxan oğludur.
Araşdırmalarımız zamanı məlum olub ki, “Touchess” MMC yaranmasından 1 il keçdikdən sonra iriməbləğli tenderin qalibi olub. Şirkət ötən il “Bakı Telefon Rabitəsi” MMC ilə maliyyə dəyəri 943 912 AZN olan satınalma müqaviləsi bağlayıb. Müqavilədə GPON layihəsinin davam etdirilməsini və mövcud şəbəkənin baxım işlərinin görülməsini təmin etmək məqsədilə tələb olunan mal materialların satın alınması nəzərdə tutulub.
Ötən il həmçinin “Azərpoçt” MMC “Touchess” MMC-də 25 ədəd üçtəkərli velosiped alıb. Buna görə şirkətə 10 768 AZN ödənilib. Beləliklə, bir ədəd velosiped “Azərpoçt”a 430 AZN-ə başa gəlib.
Şirkətin rəsmi veb səhifəsində qeyd edilib ki, “Touches” MMC-nin əsas fəaliyyəti rabitə, eletronika və digər avadanlıqlarının təchizatıdır.
MMC-nin qanuni təmsilçisi Səbuhi Məmmədova gəlincə, o, həm də Auditorlar Palatasının üzvü və "PSG Tax Consulting" MMC-nin rəhbəridir. 
Araşdırmalarımız zamanı o da aydın olub ki, “Touches” MMC-nin 4026.25 AZN vergi borcu var. “Dövlət satınalamları haqqında” Qanun vergi borcu olan şirkətin tenderdə iştirakını qadağan edir. /Hit.az/

Oxşar xəbərlər

BNA 2.8 milyonluq “zapçast” alır
Nazirlik 48 min manata bayraq aldı
Sahil Babayev 1000 manata portret alır
"Bakı Metropoliteni” 207 minə mismar alır – İki tanınmamış şirkətlə tender müqaviləsi
Abşeronda qanunsuz tender – Vergi borcu olan şirkətlə milyonluq müqavilə bağlanıb
İsmayıllı İcra Hakimiyyətinin sevimli şirkəti - Tender oyunları...
BNA rəhbərinin 3 milyonluq şübhəli tenderi: Dövlətin pulu dəniz...
Qoşqar Təhməzovun 50 minlik piarı - İLGİNC FAKT
“Qaçqınkom” 42 minə zibilqabı alır
Qaçqınların və Məcburi Köçkünlərın İşləri üzrə Dövlət Komitəsi 42 minə zibilqabı alır
Eldar Əzizov quzunu qurda tapşırdı - Meriyadan yarım milyonluq tender
Məktəbləri bərbad vəziyyətə qoyan şəxslə “abadlıq müqaviləsi” - Yasamalda 1 milyonluq şübhəli tenderlər
İcra hakimiyyətindən yarım milyonluq müəmmalı tender: Eyni şəxsin iki şirkəti...
Neftçalada Hacı Qurban RÜZGARI... - Milyonlar belə yeyilir...
Nazirlik 154 minə iki maşın alacaq - Tender
Kəmaləddin Qafarov şübhəli tenderləri necə udur? - VİDEO
Əhməd Əhmədzadənin 2 manatlıq şirkətlə sövdələşməsi - Şübhəli tenderlər
İcra Hakimiyyətlərinin sevimli Abıyevi: Bir manatlıq “böyük” şirkət...
İsmayıllı icra başçısından “parlaq” tender – Faktlar
Əhməd Əhmədzadənin tender oyunları – 30 milyonluq müqavilə
Sahil Babayevin “Avalon”u – Yaxud dövlət qurumunun iri məbləğli şübhəli tenderləri
“Qaçqınkom”un 3.8 milyonluq ŞÜBHƏLİ TENDERİ...
Azərbaycanda İpəkqurdu toxumu zavodu tikilir – Nazirlik 30 minlik müqavilə imzalayıb
Ağstafada tender maxinasiyaları - İcra Hakimiyyəti izi necə itirməyə çalışır?
Eldar Əzizovun yarım milyonluq layihəsi – Şübhəli tenderin izi ilə
Dövlət Vergi Xidmətindən ABSURD QƏRAR - milyonluq vergi borcu olan şirkəti 12,8 milyonluq tenderin qalibi etdi
Səfər Mehdiyevin ŞÜBHƏLİ TƏRƏFDAŞI
“Qaçqınkom” 10 manatlıq şirkətə niyə etibar edir? - Rövşən Rzayevin tender oyunları
Goranboy icra hakimiyyəti ilə 10 manatlıq şirkət arasında yüzminlik müqavilə
Nazirin işdən qovduğu şəxs 73 minlik TENDER UDDU