Atası Kəlbəcərdə ölən oğluna şəhid statusu istəyir
19-04-2021, 21:35
32

Atası Kəlbəcərdə ölən oğluna şəhid statusu istəyir

Bu ilin yanvarın 28-də Kəlbəcərdə həlak olan Fəthulla Siracovun atası Qasım Siracov oğluna şəhidlik statusu verilməməsindən narazıdır.
Bu barədə “Qafqazinfo”ya müraciət edən Q.Siracov bildirib ki, 2001-ci il təvəllüdlü oğlunun ötən ilin oktyabrında xidməti başa çatsa da, müharibəyə görə tərxis edilməyib:
“Fəthulla hərbi xidmətini Murovdağda edib. Sentyabrın 27-də döyüşlər başladığından müharibəyə qatılıb. O, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib. Müharibə bitdikdən sonra ay yarım Çaykənddə olublar. Bu ilin yanvarın 11-də Kəlbəcərdə Pora dağı istiqamətində xidmətə göndərilib. Yanvarın 28-də vəfat edib. Bizə gələn birinci bildirişdə vəfat səbəbi olaraq ağciyər-ürək çatışmazlığı diaqnozu qeyd edilib. Daha sonra ölüm şəhadətnaməsində dəqiqləşdirilməmiş bakterial pnevmaniya diaqnozu yazılıb.
Biz Şabran rayonu Gəndov kəndində yaşayırıq. Oğlumu təmtəraqla, orkestrlə, iki bayraqla gətirib dəfn etdilər. Dəfndə şəhid deyib yad elədilər. Ancaq bayrağı mənə verərkən dedilər ki, bayrağı əsgərin atasına təqdim edirik. Mən də o gün özümdə deyildim. Sonradan videogörüntülərə baxanda bunun şahidi olduq. Şəhidin atasına veririk demədilər. Onun ölüm bildirişində yazılıb ki, yanvarın 28-də Kəlbəcər rayonu Pora dağında döyüş mövqeyində düşmənlə bilavasitə təmas xətti vəziyyətində döyüş tapşırığını yerinə yetirərkən və xidməti vəzifəsini icra edərkən vəfat edib. Şəhidlik üçün həlak oldu yazılmalıymış. Buna görə də ona şəhid statusu ala bilmirəm.
1 il 9 ay övladım xidmətdə olub. Ona qoyulmuş diaqnoza inanmıram. Xidmətdə olduğu müddətdə bir dəfə də olsun hospitala düşməyib. Əsgər olmamışdan qabaq da xəstələnməyib. Əsgərliyə gedəndə də komissiyadan keçib. Xəstə olsaydı, əsgərliyə aparmazdılar. 3 bacının bir qardaşı idi. Evin kiçik uşağı idi. Biz gözləyirdik ki, oğlum hərbi xidmətdən qayıdıb bacardığı bir işlə məşğul olub ailəsinə baxacaq. Mənim 61 yaşım var. İşləyə bilmirəm. İndi də hər yerə müraciət edirəm ki, oğlumun haqqını bərpa edək”.
Q.Siracov eyni zamanda əlavə edib ki, bu gün mövcud problemlə bağlı Şabran rayonu icra hakimiyyəti başçısının qəbulunda da olub: “İcra başçısı bildirdi ki, oğluma şəhid statusu verilməsiylə bağlı aidiyyatı orqanlarla danışıqlar aparacaq. Başçı məsələnin müsbət istiqamətdə həll ediləcəyini vurğuladı”.
Qeyd edək ki, “Qafqazinfo” Q.Siracovun müraciətiylə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinə sorğu göndərib.

Oxşar xəbərlər

Şəhid hərbçimiz Samuxda dəfn olundu - FOTO
Müharibə iştirakçıları bu medallarla da təltif ediləcək - SİYAHI
Hərbi qulluqçular bu medallarla da təltif olunacaqlar - SİYAHI
Göygöldə Şəhidin statusu ailəsindən xəbərsiz ləğv edilib - NARAZILIQ!
Şəhidin atası vəfat etdi
Şəhid əsgərimiz dəfn olundu
“Vətən uğrunda” medalı ilə təltif edilən 18 yaşlı şəhid Bayraqdarov
Şəhidin öz istəyi ilə oğluna Hüseyn adı verildi
Şəhid atası vəfat etdi
Keşmiş baş nazir xəstəxanalıq oldu
“Qarabağ” ordenli şəhid polkovnik-leytenant Mehman Şirvanov - VİDEO
Vətən Müharibəsində ilk bayraq ucaldan şəhidimiz - Video
Şəhid  Elvin İsmayılov
Şəhid kapitan Nəcməddin Savalanovun doğum günüdür
Azərbaycan Ordusunun şəhid olan əsgəri Şabranda dəfn olundu
ATV Şuşa, Laçın və Kəlbəcərdə yayım üçün MTRŞ-yə müraciət etdi
Daha bir şəhid oğluna atasının adı qoyuldu - Video
Şuşada QƏZA - Bir hərbçi həlak oldu, ikisi yaralandı
Bütün kəndin həsrətlə yolunu gözlədiyi Orucun ŞƏHİD XƏBƏRİ GƏLDİ
Koronavirusa yoluxmuş əfsanəvi Larri Kinq vəfat etdi
Vətən müharibəsi qazisi şəhid oldu
General Hikmət Mirzəyevin bu günə qədər aldığı orden və medallar - SİYAHI
Vətən Müharibəsində ağır yaralanan hərbçimiz şəhid oldu
Tərxis olunmasına bir neçə gün qalmış şəhid olan əsgər - VİDEO
Ölümündən sonra dörd medalla təltif olunan qəhrəman döyüşçü - Video
Şəhid atası ölüm ayağındadır - Ailə kömək gözləyir
"Tovuz rayon İcra Hakimiyyəti bizi eşitmir" - Şəhid ailəsindən NARAZILIQ
Şəhid hərbi qulluqçumuz dəfn edildi
19 yaşlı qəhrəman: Qəsəbənin 30 ildən sonra ilk şəhidi (VİDEO)
Birlikdə böyüyüb, birlikdə döyüşən əmioğlular: Biri şəhid, digəri qazi