Azərbaycanda sərt karantin gəlir, əgər... -Əhaliyə MÜRACİƏT EDİLDİ
20-04-2021, 10:15
32

Azərbaycanda sərt karantin gəlir, əgər... -Əhaliyə MÜRACİƏT EDİLDİ

"Hazırda bütün dünyada koronavirus infeksiyasına yoluxma və ölüm halları günü-gündən artır. Bu da insanların qaydalara ciddi yanaşmamaları və vaksinasiya prosesində fəal iştirak etməmələri ilə bağlıdır”.
Report.az xəbər verir ki, bunu Bakı Sağlamlıq Mərkəzinin İnfeksiyaya nəzarət bölməsinin rəhbəri Ləman Qalimova bildirib.
O qeyd edib ki, son zamanlar Türkiyədə yoluxma və ölüm halları sürətlə artır. Həkim xatırladıb ki, qardaş ölkədə gündəlik yoluxma 60 mindən, ölüm halları isə 300-dən çoxdur: "Bu səbəbdən bəzi ərazilərdə sərt karantin rejiminin tətbiqinə başlanılıb. Əgər Azərbaycanda da yoluxma və ölüm sayında artım müşahidə olunsa, karantin qaydalarının sərtləşdirilməsi qaçılmaz ola bilər. Ona görə də vətəndaşlara müraciət edirəm ki, hər kəs vaksinasiya olunsun, qoyulan qaydalara ciddi yanaşılsın, qoruyucu maskalardan mütəmadi istifadə edilsin. Əgər hər hansı xəstəliyin peyvəndi mövcuddursa, bu sevindirici haldır. Hazırda Ramazan ayıdır. Yaxşı olardı ki, insanlar iftar süfrələrini öz evlərində yalnız ailə üzvlərinin iştirakı ilə açsınlar. Qaydalara ciddi riayət edilərsə, yoluxma sayında azalma olar və sərt karantin rejiminə keçidə ehtiyac qalmaz”.
Qeyd edək ki, son günlər Azərbaycanda COVID-19-a yoluxma və ölüm hallarında artım qeydə alınır. Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı statistikaya əsasən, indiyədək ölkədə 301 661 nəfər virusa yoluxub. Onlardan 265 539 nəfər sağalıb. Virusdan ümumi ölüm halı isə 4 169 nəfər təşkil edib. Hazırda 31 953 aktiv COVID-19 xəstəsi var.
Yanvarın 18-dən indiyə qədər Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 1 337 380, birinci mərhələ üzrə peyvənd olunanların sayı 889 232, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı isə 448 148 nəfər təşkil edir.

Oxşar xəbərlər

Karantin rejimi yenidən sərtləşdirilə bilər - YOLUXMA ARTIR...
Azərbaycan yenidən sərt karantin rejiminə qayıdır - Açıqlama
Karantin buna görə uzadıldı - Baş infeksionistdən açıqlama
Azərbaycanda “COVID-19”dan gündəlik ölüm sayı niyə bu qədər çoxdur?
Sərt karantin hansı nəticələri verəcək?
Nazirlər Kabineti rəsmisi həyəcan təbili çalır: “Yoluxma yenidən artır”
“Novruz bayramı ərəfəsində qısamüddətli sərt karantin tətbiq edilə bilər” - Deputat
Ramazanda karantin sərtləşdiriləcək? - RƏSMİ
Yoluxma yenidən arta bilər - Səhiyyə Nazirliyi
“Koronavirusa yoluxma indiki sayın 2-3 qatına qədər arta bilər“ - TƏBİB rəsmisi
Trampdan koronavirusla bağlı şad xəbər: “Yoluxma halları azalır”
“Daha sərt karantin rejiminin tətbiqi aktuallaşır” - deputat
Toyların bu tarixdən keçirilməsinə icazə verilə bilər - AÇIQLAMA
Gələn həftədən karantin yenidən sərtləşdiriləcək - AÇIQLAMA
Avropa sərt karantinə qayıdır – Bəs Azərbaycan necə?
“Yoluxmaların artması gözlənilən idi” - Baş həkim
Rayonlara gediş-gəliş təkrar bağlana bilər? - Açıqlama
Kafe və restoranların fəaliyyəti bu şərtlə bərpa oluna bilər - AÇIQLAMA
"Yaşlı şəxslər arasında koronavirusa yoluxma artıb" - Həkim
“Rəqəmlər bu sürətlə artmağa davam edərsə...” - ÜST təmsilçisindən XƏBƏRDARLIQ
Azərbaycanda bu tarixdə iri ticarət mərkəzləri və “Mall”ar açılacaq – AÇIQLAMA
Aprelin 1-dən karantin sərtləşdirilir? - "Mütləq sərt tədbirlərə gedilməlidir"
Ölkədə ən çox yoluxma yenə Bakıdadır
Yoluxma və ölüm halları sürətlə artacaq - Azərbaycanı gözləyən təhlükə - VİDEO
ÜST-dən COVID-19-la bağlı açıqlama: Ardıcıl altı həftədir azalma var
“İki-üç aydan sonra Azərbaycanda koronavirus yoxa çıxa bilər“ - Tanınmış həkim
Azərbaycanda həkim COVID-19-dan vəfat edib
Əgər 10 gün sonra ölənlərin sayında azalma olmasa...- Tanınmış həkim
Dünyada koronavirusa yoluxanların sayı 26 milyonu keçdi - STATİSTİKA
Çində 7 aydan sonra koronavirusdan ilk ölüm qeydə alındı