Nəcməddin Sadıkov niyə həbs edilmədi?
20-04-2021, 10:17
27

Nəcməddin Sadıkov niyə həbs edilmədi?

General-leytenant Rövşən Əkbərovun həbsindən sonra onun “məslək yoldaşı”, MN-in sabiq qərargah rəisi Nəcməddin Sadıkovun da qandallanacağı proqnozlaşdırılırdı. Amma hələ də baş qərargahın sabiq rəisi azadlıqdadır. 44 günlük Vətən müharibəsinin qızğın çağında Rövşən Əkbərovla Nəcməddin Sadıkovun vəzifələrindən uzaqlaşdırılması da təsadüfi deyildi.
Əvvəldən də bilinirdi ki, hər iki general Rusiya ilə gizli-aşkar əlaqələrə malikdir. Vəzifələrindən Azərbaycan üçün olduqca önəmli bir dönəmdə qovulmalarında bu məqamın xüsusi yer aldığı da istisna edilmirdi. Nəhayətdə Rövşən Əkbərov həbs olundu. Artıq həbsinin 1-ci ayı yekunlaşıb. Yaxın 3 ay ərzində də o, istintaq altında olacaq. Vəzifəcə ondan daha yuxarı pillədə dayanmış, illərlə Azərbaycan Ordusunda baş verən neqativlərdə adı hallanan Nəcməddin Sadıkov isə hələ də azadlıqdadır. Aydındır ki, dövlətin əlində Nəcməddin Sadıkovu bir ömür həbsdə saxlayacaq dosye var. Bununla belə, Sadıkovun immuniteti davam edir. Baş Qərargah rəisi müharibə dönəmində vəzifəsindən kənarlaşdırılsa da, rəsmən elan olunmayıb. Nəcməddin Sadıkov və onun ətrafı haqqında, bacısı oğlu Ramil Əsgərov barədə müharibədən əvvəl də çox mənfi imic formalaşmışdı. İddialar var ki, Rövşən Əkbərovla başlayan proses davam edəcək və burada əsas hədəfin sabiq Baş Qərargah rəhbəri Nəcməddin Sadıkov olacağı da istisna olunmur.
Hüquqşünas Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Rövşən Əkbərov kimi Azərbaycan Ordusunda əli qana batan çox sayda yüksək rütbəlilər var: “Nəcməddin Sadıkov və onun kimilər vaxtında həbs edilsəydi, Azərbaycan torpaqları 30 il işğal altında qalmazdı. Təsəvvür edin ki, bu adamlar ola-ola, hər bir addımımız düşmənin əlinin içində ola-ola, biz qalib gəldik. Biz bunu bacardıq. Bu gün Nəcməddin Sadıkov azadlıqdadır və öz işini görür. Bu adamlar Azərbaycan Ordusunu içindən dağıdanlar, ”yeyənlərdir". Nəcməddin Sadıkov və Rövşən Əkbərov bir mərkəzdən idarə olunan adamlardır".
Hüquqşünas deyir ki, Azərbaycan Ordusu 44 günlük müharibədə öz gücünü düşmənə göstərib, amma Sadıkovun ordumuza yerləşdirdiyi kadrlar bu gün də iş başındadır: “Bu adamlar olmasaydı, Azərbaycan Ordusu illər öncə torpaqlarımızı düşməndən təmizləyərdi, gedib Zəngəzurda oturardı. Bu gün ordunu korrupsiyalaşmış ”sadıkovçu"lardan təmizləmək lazımdır. Azərbaycan Ordusunda olan “5-ci kolon” tam olaraq təsbit olunmaqla uzaqlaşdırılmalı, hər biri istintaqa cəlb edilməklə ən ağır cəzaya çatdırılmalıdır. Bu adamların əli minlərlə əsgərimizin qanına batıb. Əlbəttə ki, Sadıkovun da barəsində dosye var, ilk imkandaca həmin dosye ittiham aktına çevriləcək".

Oxşar xəbərlər

Nəcməddin Sadıkov Dubayda belə istirahət edir - VİDEO
Biri Dubayda kef çəkir, o biri türmədə təsbeh çəkir...
Nəcməddin Sadıkovla bağlı müəmmalı faktlar ORTAYA ÇIXDI - FOTO
Nəcməddin Sadıkov Moskvada əməliyyat olundu
Nəcməddin Sadıkovun vəzifəsini kim icra edir?
İzləri Qarabağ müharibəsində itən 2 generalın sirri - Sadıkovla Əkbərov haradadır?
Nəcməddin Sadıkov VƏZİFƏSİNDƏN AZAD EDİLDİ
“Kəlbəcərin işğal edilməsinin başında o adam dayanıb” - İTTİHAM
“Nəcməddin Sadıkov villalarının birində ev dustağıdır”
Nazir Nəcməddin Sadıqovun general olan bacısı oğlunu İŞDƏN ÇIXARDI
Kərəm Mustafayev Nəcməddin Sadıkovun yerinə gətirilir - İDDİA
Nəcməddin Sadıkovun həbsinə hazırlıq gedir - O da qətldə ittiham olunur
Rövşən Əkbərov bu xalq artistləri ilə tez-tez görüşürmüş - İLGİNC
“Ölkədən necə çıxa bilməsi ilə bağlı...” - Deputat Nəcməddin Sadıqovdan DANIŞDI
Rövşən Əkbərovun yerinə bu general TƏYİN OLUNDU - FOTO
Nəcməddin Sadıqovun keçmiş yavəri niyə işdən çıxarılıb?
“Bu hadisədə sui-qəsd elementləri var” - Pilotun ölümündə Sadıkovun “əli” var?
Nəcməddin Sadıkov hara yoxa çıxıb? - Video
Generallar Rövşən Əkbərov və Xəqani Cəbrayılov ehtiyata buraxıldı
“Rail Rzayev Sadıkovun iştirakıyla öldürüldü” - Sensasiyalı iddialar
Nəcməddin Sadıkovun yerinə Kərəm Mustafayev gətirilir?
Rövşən Əkbərov həbs edildi
Nəcməddin Sadıkov ordudan NECƏ QOVULUB?.. - ŞOK İDDİA
Nəcməddin Sadıkovun qızı Emin Ağalarovla nişanlandı - Fotolar
Təltif edilməyən generallar - SİYAHI
Rövşən Əkbərov döyüşə qatılmaqdan imtina edib? - Maraqlı məqamlar açıqlandı
Səfər Əbiyevin gizlətdiyi milyonlar - Onlar niyə “hərbi sirr” kimi qorunur?
Səfər Əbiyevin komandası istintaq olunur - Özü isə...
Üç generalın istefaya göndərilməsinin SİRRİ
Kimlər general rütbəsinə təqdim olunub? - Nazirin bacanağı, rəisin bacısı oğlu... - SİYAHI