Babayevin "islahatlarının" daha bir qurbanı... - Prezidentə müraciət olundu
20-04-2021, 10:28
36

Babayevin "islahatlarının" daha bir qurbanı... - Prezidentə müraciət olundu

 Laçın rayon qeydiyyatında olan Zərdab rayon Qaravəlli kəndində yaşayan Yusifova Gülnar Azər qızı tərəfindən ölkə rəhbərliyinə şikayət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Cənab Prezident yazaraq bir daha bildirmək istəyirəm ki,xəstə övladlarım 2007-ci il təvəllüdlü Yusifov Asif Etiraf oğlunun və 2010-cu il təvəllüdlü Yusifov Fərid Etiraf oğlunun haqqı olan əlilliyi TSEK tərəfindən səbəbsiz olaraq 2020-ci ilin iyul ayından etibarən ləğv edilmişdir.Həmin ilin avqust ayında Psixi Sağlamlıq Mərkəzindən aldığımız sənədləri yenidən TSEK-ə təqdim etdik.Lakin sorğuya imtina cavabı gəldi və səbəb olaraq bildirdilər ki,uşaqların epilepsiya tutmaları Forma_88-də göstərilməmişdir.Biz də onların tələb etdiyi sənədləri Uşaq Nevroloji Xəstəxanasından əldə edərək TSEK-ə təqdim etdik.Bu dəfə də imtina cavabı gəldi və səbəb kimi göstərdilər ki,10 gün müddətinə stasionar müalicəyə ehtiyac vardır.
Mən xəstə övladlarımla birgə 12 mart 2021-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində oldum.Sonra isə Dövlət Tibbi Sosial Ekspertiziya komissiyasına getdim.Onlar 10 günlük stasionar müalicənin Forma_88-də göstərilməyi üçün Uşaq Nevroloji Xəstəxanasının həkimləri ilə əlaqə saxladılar.Oradan TSEK-ə bildirildi ki,"uşaqların psixi problemləri səbəbilə biz stasionar müalicə deyil,ev şəraitində ambulator müalicə yazmışıq.Səbəb isə,bizim Xəstəxanamızda o cür xəstələrin qalması üçün şəraitin olmamasıdır.Çünki məsələn o,uşaqlar özlərinə xəsarət yetirsə və ya hündürlükdən özlərini aşağı atsalar biz cavabdehlik daşımalıyıq".
Sonra əlavə olaraq TSEK məndən 2021-ci ilin rəyini istədilər və mən Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən Əsəb-Ruhi Dispanserindən onların istədikləri sənədləri əldə edərək yenidən TSEK-ə təqdim etdik.
Cənab Prezident nəzərinizə çatdırmaq istəyirəm ki,hazırda xəstə övladlarıma əlillik təyin edilib sosial müavinət verilməsi üçün iş TSEK-dədir.Lakin onlar yenidən əsassız bəhanələr edərək imtina cavabı verəcəklərindən çox qorxuram.Nə üçün övladlarımın haqqı olan əlilliyi bərpa etmirlər?Niyə hüquqlarımızı müdafiə edən Müvəkkil yoxdur?Axı hər iki övladım xəstədir və xüsusən də yaşca böyük olan övladım daha ağır xəstədir.Onlar heç biri özlərini idarə edə bilmirlər.Tez-tez hişun itməsi,dilin qatlanması,dişin kilidlənməsi,gözlərin bir nöqtəyə dikilməsi halları ilə müşahidə olunan və 15-20 dəqiqə arası davam edən 4-5 dəfə təkrarlanan epileptiv tutmalar kifayət deyilmi?Həmçinin əqli inkişafın olduqca aşağı səviyyədə olması da göz önündədir.Yuxarıda qeyd etdiyim bu xəstəliklər övladım Yusifov Asif Etiraf oğlunda daha çox müşahidə olunur.Əgər ona dərəcə ilə əlillik təyin olunsaydı, ədalətli yanaşma ilə ona mütləq 1-ci dərəcə düşərdi.Dediklərimi sübut etmək üçün obiyektiv araşdırma aparmağınız kifayətdir.
Sizdən bir ana kimi çox xahiş edirəm,xəstə övladımın əlilliklə təmin olunması üçün bizə köməklik göstərəsiniz!Həqiqətən də maddi durumumuz çox aşağıdır.Hər ay uşaqlar müayinə və müalicə olunmalıdır.Lakin pulsuzluq səbəbindən heç nə edə bilmirik.TSEK-də oturan daş qəlbli o,məmurlar özləri yüksək məbləğdə maaş alırlar,bahalı maşınları,böyük mənzilləri var,qarınları toxdur deyə acdan xəbərsizdirlər.
Ümid edirəm ki,Siz mənə yardım edəcəksiniz!Öncədən Sizə öz minnətdarlığımı bildirirəm!"




Oxşar xəbərlər

“Deyirlər, get, müalicə ol…” - GİLEY
DSMF-nin işi-gücü narazılıq yaratmaqdır... - GİLEY
Gəncədə əlilin başına kimlər oyun açır? - GİLEY
Sahil Babayevin yaratdığı problemlər... - İşi bacarmayanda belə olur...
Əlilliyi olan uşağa müavinət NİYƏ VERİLMİR? - GİLEY
11 saylı cəzaçəkmə müəssisəsində ÖZBAŞINALIQ - GİLEY
"3 azyaşlı uşaqla pensiya ilə dolanıram...” - GİLEY
Əlilliyin elektron müəyyən edilməsi qaydası, yoxsa “elektron dələduzluq” ? - NARAZILIQ!
"50 manat pul üçün imtina cavabı gəlib" - GİLEY
DSMF-nin absurd bəhanələri davam edir... - GİLEY
Müharibə əlilinin haqqı tapdanıb... - MÜRACİƏT
Deputat Sahil Babayevin işçilərindən Əli Əsədova şikayət etdi - "Əlillik almada süni maneələr yaradılır"
Əlillik “oğru qanunu” ilə qiymətləndiril(m)ir - İTTİHAM
Ağdam təhsilində yoxlama aparsanız... - GİLEY
Keçmiş bələdiyyə sədri şoran torpaqlara qanunsuz subsidiya yazaraq 19700 manat pulu necə mənimsəyib?-ŞOK SƏNƏD…
Sahil Babayevin işçilərindən ŞOK QƏRAR - FOTO
Keçmiş bələdiyyə sədri İTTİHAM OLUNUR - SƏNƏD
Anadangəlmə xəstəyə əlillik dərəcəsi niyə verilməyib? – ƏƏSMN-dən qəribə qərar
Qızına qarşı əxlaqsızlıq edən ata həbs edildi
Qarabağ əlili haqqını tələb edir... - GİLEY
Sahil Babayevin 190 manatlıq oyunbazlığı... - Kürdəmirdə total NARAZILIQ...
ƏƏSMN nədən pensiya hüququ ilə bağlı yalnız İMTİNA CAVABI VERİR... - NARAZILIQ!
Yardımlı səhiyyəsində də durum BƏRBADDIR... - "Neçə-neçə rayon sakini baş həkimin bu tələsinə düşüb"
DQ-nin sürücüsünü bank borcuna görə girov götürdülər və... - Prezidentə MÜRACİƏT
Sahil Babayevin idarəsindən yeni şikayətlər... SERİYASI...
Göyçayın icra başçısından biabırçı addım - Yaralı qaziyə 7 manatlıq üzqırxan verib yola salır...
Bakıda ana və körpəsini maşın vurdu, körpə öldü
“Bu şikəst ayağımla məni gəzdirir, problemi bir-birinin üstünə atırlar” - GİLEY
Ermənilər Şuşada məğlub olan komandiri axtarır
Daha bir Qarabağ Qazisi ŞİKAYƏTÇİ DÜŞÜB - Nazirə müraciət olundu