5 aydır axtarılan əsgərin şəhid xəbəri gəldi - FOTO
20-04-2021, 10:36
37

5 aydır axtarılan əsgərin şəhid xəbəri gəldi - FOTO

Beş aydır itkin düşən Hacıqabul rayonunun Muğan qəsəbəsindən olan Vətən müharibəsi iştirakçısı Kərimli Qalası Müslüm oğlunun şəhid xəbəri gəlib. 
Bu barədə müvafiq İcra Hakimiyyətinin qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyindən məlumat verilib. Bildirilib ki, Q.Kərimlinin şəhid olması ilə bağlı ailə üzvlərinə məlumat verilib və onlar nəşin gətirilməsi üçün sabah Füzuli rayonuna gedəcəklər:
“Qalası ailə üzvləri ilə sonuncu dəfə noyabrın 2-də əlaqə saxlayıb. O vaxtdan ondan xəbər almaq mümkün olmayıb. Qalası Kərimlinin Daşaltı istiqamətində minaya düşdüyü ehtimal olunur”. 
İcra nümayəndəliyindən həmçinin deyilib ki, şəhid əsgər mərhum anasının yanında dəfn olunacaq: “Qalası anasını kiçik yaşlarında itirib. Dostları ilə danışanda onlara vəsiyyət edib ki, əgər mən ölsəm anamın yanında dəfn edin. Ona görə də, vəsiyyətinə uyğun olaraq anasının yanında dəfn olunacaq”.
Xatırladaq ki, Q.Kərimli 8 yanvar 2000-ci ildə anadan olub. Vətən müharibəsində, Şuşanın azadlığı uğrunda döyüşlərdə fəal iştirak edib. Torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən “Cəsur döyüşçü” medalı ilə təltif edilib. 

Oxşar xəbərlər

Daha bir itkin düşən əsgərimizin şəhid xəbəri gəldi - FOTO
Şəhid polkovnik-leytenant Fəxri Xiyabanda dəfn olunacaq
İtkin düşən daha bir əsgərin şəhid xəbəri gəldi
Şəhid əsgərimiz dəfn olundu
Azərbaycan Ordusunun şəhid olan əsgəri Şabranda dəfn olundu
Şəhid polkovnik-leytenant dəfn edildi - FOTO
Bütün kəndin həsrətlə yolunu gözlədiyi Orucun ŞƏHİD XƏBƏRİ GƏLDİ
Vətən müharibəsində şəhid olan əsgər bu gün dəfn edildi
İtkin düşən daha bir əsgərimizin şəhid xəbəri gəldi
165 gündən sonra nəşi tapılan şəhid Ordubadda dəfn edildi - VİDEO
İtkin hesab edilən Nurlanın da şəhid xəbəri gəldi - FOTO
Şəhid hərbi qulluqçumuz dəfn edildi
Şəhid statusu verilmiş mülki şəxslərin ailə üzvləri təhsil haqqı ödəməyəcək
İtkin düşən daha bir hərbçimizin şəhid xəbəri gəldi - FOTO
İtkin düşən XTQ gizirinin şəhid xəbəri gəldi
Vətən Müharibəsində ağır yaralanan hərbçimiz şəhid oldu
Azərbaycan Ordusunun əsgəri minaya düşüb şəhid oldu - FOTO
Şəhidimiz Goranboyda dəfn olundu - YENİLƏNİB
Uşaq evində böyüyən şəhid dəfn olundu - Foto
Şəhid atası vəfat etdi
Salyanda şəhid dəfn olundu (FOTO)
Ağır yaralanan əsgər bu gün şəhid oldu
Şəhid zabitimizin nəşi tapıldı
Kəşfiyyatçımızın 88 gün sonra şəhid xəbəri gəldi - FOTO
Çoban Xanışın şəhid nəvələri - Foto
Ordumuzun minaya düşən əsgəri şəhid oldu
Ramiz Mehdiyevin kadrından "Mehdiyev ərkanı..." - Belələri vaxtında cəzalandırılmalı idi...
Vəfat edən xalq artisti sabah dəfn olunacaq
Şəhid ailələrinə ödənişlər edildi
25 yaşlı hərbçimizin şəhid xəbəri gəldi