Dövlətin sosial siyasətini sabotaj edən nazir... - İTTİHAM
20-04-2021, 11:32
40

Dövlətin sosial siyasətini sabotaj edən nazir... - İTTİHAM

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bütövlükdə idarəetmə sisteminin ən qanqrena vermiş qurumu olduğunu söyləmək lazımdır.
Bu nazirliyin demontajı və yenidən qurulması həyata keçirilməsə, kimin rəhbər gətirilməsinin, kimin təyin olunmasının əhəmiyyəti qalmır.
Anaxeber.info bildirir ki, Sahil Babayev ƏƏSMN tarixində bəlkə də ən marionet və bacarıqsız nazirdir. Onun bu gün etdiklərini sabah üçün özünə bir quyu qazması kimi də səciyyələndirmək olar.
Əgər bu sahənin mütəxəssislərindən olmuş, DSMF sistemində xeyli müddət vəzifə tutmuş Səlim Müslümov həbsə göndərilirsə, Sahil Babayevin də bu çirkabın içindən sonda kristal çıxacağı gözlənilmir.
Bu mənada nazirin əlillik dərəcələrinin, pensiyaların ləğvində, qazilərin, şəhid ailələrinin narazılığını qazanmasında özünə hansı pisliyi etdiyi göz qabağındadır. S.Babayevin gələcəkdə sosial təminat sisteminin növbəti qurbanlarından biri olacağı istisna edilmir.
Çünki bu sahənin böyük rüşvət ocağı olması, heç bir vəchlə çibanın içindən təmizlənməməsi, S.Babayevin insanları boğaza yığan qərarları proqnoz edilən finalın çox uzaqda olmadığına əsas verir.
Ümumiyyətlə, Nazirlər Kabinetində əhalinin ən çox şikayət etdiyi, müharibə əlillərinin xüsusən hiddətinə səbəbkar olan nazir Sahil Babayevdir. S.Babayev qədər bu dərəcədə nifrət qazanmış ikinci vəzifəli şəxs yoxdur.
Zaman-zaman səhiyyə, fövqəladə hallar, ekologiya, kənd təsərrüfatı və s. nazirlərdən narazılıqlara rast gəlmək olur. Amma elə gün yoxdur ki, mətbuatda və sosial şəbəkələrdə Sahil Babayev “yad olunmasın”.
Onun real islahatlar həyata keçirməməsi, rüşvətxor kadrların yerlərdə hələ də vəzifələrdə qalması ucbatından ən gənc nazirin barəsində yaradılmış islahatçı məmur imici qısa zamanda sabun köpüyünə çevrildi.
Onun nazir təyin olunması ilə bu üç il ərzində sosial müavinətlərin, əlillik dərəcələrinin təyin edilməsi, pensiya və digər problemlər daha da ağırlaşdı.
Faktiki, sosial təminat əhali üçün əlçatan olmadı, elektronlaşmaya gedilməklə guya şəffaflıq yaradılacağı adı altında yoxsul, işsiz vətəndaşlar bu dəstəkdən kənarda qaldı, pensiya və əlillik dərəcələrinin təyinatı prosesi insanlar üçün əsəb, işgəncəyə çevrildi.
Misal üçün, əvvəllər əlilliyə dair tibbi rəyi yerli həkim-ekspert komissiyaları verirdisə, bu ildən, yoxlamadan keçmək istəyənləri Bakıda yerləşən Milli Oftolmologiya Mərkəzindəki Həkim Ekspertiza Komissiyasına göndərirlər. Sanki bu Mərkəzdən başqa digər tibb ocaqlarında fəaliyyət göstərən həkimlərin hamısı rüşvətxor imiş.
Pandemiya şəraitində rayonlardan Bakıya gəlmək əzablı bir işdir, xərcdir, hamının həmin Mərkəzdə yoxlamadan keçməsi üçün aylar lazımdır və bu müddətdə pensiyalar da ödənilmir.
Tutaq ki, biri əlilliyinin təsdiq edilməsi üçün 5 ay növbədə dayanır və nəhayət, yoxlama zamanı onun əlilliyi təsdiqlənir.
Ancaq gözlədiyi 5 ay ərzində kəsilən pensiyası ona qaytarılmır. Bu, hansı qanuna uyğundur? ƏƏSMN vətəndaşların hüquqlarını tapdalamaqla prosesin adını islahatlar qoyursa, belə islahata nə deyəsən.
Ona görə də əksəriyyətin qəzəbinə tuş gəlmiş, sosial mediada barəsində saysız-hesabsız tənqidlər yazılan S.Babayev, sadəcə, bu sahəyə bəla nazir gəlib.
Bəs S.Babayevin bəh-bəhlə təqdim etdiyi 90 min saxta əlilliyin ləğvinə görə neçə məmur məsuliyyətə cəlb edilib? 90 min nəfərə indiyədək nə qədər qeyri-qanuni ödəniş edilib?
Bu ödənişin aqibəti necə olacaq: büdcəyə qaytarılma mexanizmi varmı? Kimin cibindən bu vəsaitləi çıxarıb büdcəyə qaytaracaqlar?
Həmçinin əlillik dərəcələrinin təyinatında nazirlik absurd bir yanaşma ortaya qoyub. Gah bir ayağı amputasiya edilən şəxsi əmək qabiliyyətli vətəndaş kimi qiymətləndirir, gah Qarabağ qazilərinə dərəcələrin verilməsində haqsızlığa yol verir, məsələn, 1-ci dərəcəli qaziyə 2-ci dərəcə təyin edir, gah şəhid ailələrini narazı salır.
Bu, Ordusu müharibədən qalib çıxan, neçə-neçə qəhrəman qazini dövlətdən küsdürən ölkənin nazirinin fəaliyyətidir. S.Babayev islahat buna deyirdi? Bu yöndə onlarla əsgər atasının, qazinin, şəhid ailəsinin video çıxışlarını təqdim edə bilərik.
Nazir kütləvi şəkildə narazılıq yaratmaqla, az qala bir batalyonluq ehtiyacı olan təbəqəni hakimiyyətin üstünə qaldırmaqla, yanlış qərarlarla, ƏSSMN sistemini korrupsiyadan təmizləyə bilməməklə həm də özü üçün böyük bir tələ qurur - Səlim Müslümovun düşdüyü qəza kimi...
Bu narazılıqlarla bağlı ən yaxşı fikirləri ekspert Cümşüd Nuriyev nazirin menyusuna ünvanlamışdı. Onun sözlərinə görə, Sahil Babayev nazirliyi özünün qardaşı, bacanaqları, qohum-əqrəbası və dostları ilə doldurub.
“Başda nazir olmaqla, burada oturanlar təcrübəsi olmayan qeyri-peşəkarlardan ibarətdir. Nazirlikdə həddən çox özbaşınalığa yol verirlər. Ağıllarına nə gəldi, onu da edirlər. Əliliyi kəsilənlərdən biri Ağsuda yaşayan qohumumdur. Anadangəlmə raxid olan Zülfüqarova Məleykə Ağaməmməd qızı 37 ildir ki, pensiya alırdı. Ancaq 37 ildən sonra ƏƏSMN-nin işçiləri onun guya sağlam olduğunu kəşf ediblər”.
C.Nuriyev bildirib ki, dünyanın əksər ölkələrində belə bir nazirlik fəaliyyət göstərmir. Pensiya yığımı Dövlət Sosial Müdafiə Fondunda cəmləşməlidir. Onun fikrincə, qalan işlər isə Səhiyyə Nazirliyinə verilməlidir, ƏƏSMN-nin yaratdığı “Dost mərkəzləri” də başdan ayağa qanunları tapdalayan quruma çevrilib.
“15 ildən çox dövlət qulluğunda çalışsam da, 263 manat təqaüd alıram. Biabırçılıqdır. Mənimlə bərabər seçilən başqa deputata isə tamam fərqli münasibət göstərilib. İnsanlara münasibətdə yaradılan bu özbaşınalıq qurumda diskriminasiyanın mövcud olmasından xəbər verir.
ƏƏSMN hazırda Azərbaycan xalqını dövlətin əleyhinə qaldırmaqla məşğuldur. 90 min adam 90 min taledir. Nə ixtiyarınız var ki, həkimlərin verdiyi sənədləri qeyri-qanuni hesab edirsiniz?
Sahil Babayev nazirliyi özünün qardaşı, bacanaqları, qohum-əqrəbası və dostları ilə doldurub. Baş verən olayla bağlı olaraq ona cinayət işi qaldırılmalıdır. Sənin nə ixtiyarın var ki, insanların pensiyasını, yardımını kəsirsən? Bu nazirlikdəki özbaşınalığa son qoyulmalıdır”.
C.Nuriyevin bu kəskin mövqeyi, eləcə də başqa ölkələrdə belə bir nazirlik olmadığını deməsi lap əvvəldə söylədiklərimizi təsdiqləyir – ƏƏSMN demontaj olunmalıdır. Ona görə izləyicilərə çoxsaylı video şikayətlərdən yalnız bir neçəsini təqdim etməklə göstərə bilərik ki, S.Babayevin fəaliyyəti əvvəlki nazirlərdən nə ilə seçilir.
Anaxeber.info








Oxşar xəbərlər

Sahil Babayevin nazirliyində şəhid ailələrinin mənzil problemi ilə kim məşğul olur? - İTTİHAM
Nazirlik, yoxsa Sahil Babayevin “qohum-əqrəba”  kantoru ?- Nazirin həyat yoldaşına məxsus  şirkət ölkəyə nə idxal edir ?
SAHİL BABAYEVİN XALQIN BAŞINA AÇDIĞI OYUNLAR ... Əmək və əhalinin sosial müdafiəsi nazirliyi hansı qanunlarla idarə olunur bilinmir?
Xalqı süründürmək nazirliyi: Sahil Babayev kabusa çevrilib - Müdhiş detallar
Sahil Babayevdən yeni TƏYİNAT
Sahil Babayevlə işçilərin davası: anasına əlillik pensiya ayırıb?
Sahil Babayevi kim(lər) DEVİRMƏK İSTƏYİR? - İLGİNC İDDİA
Nazir Siyavuş Novruzovun qardaşının vəzifəsini KİÇİLTDİ
Sahil Babayevin komandası ölkədə narazılıq yaradır - Nazirin fəaliyyəti yarıtmazdır
Nazir Sahil Babayev keçmiş məhkumlara ayrılan pulu niyə gecikdirir?-Bəlkə, sələmə verir ?
DSMF 1000-dək şəxsə pensiya, müavinət və təqaüd təyinatı apardı
Şəhid ailələrinə ödənişlər edildi
Keçmiş nazirin “sağ əli” də həbs olundu
"Məzun evi"nin direktoru Rza Əhmədov haqda ilginc məlumatlar yayıldı - Heybət İmanova arxalanaraq var-dövlət sahibinə çevrilib
Sahil Babayevin işçilərindən Qazaxda ÖZBAŞINALIQ - GİLEY
Gələn il pensiyalar artacaq - RƏSMİ AÇIQLAMA
ƏƏSMN, Nizami RİH və ƏMDX-nın kollektiv mənzil korrupsiyası... - GİLEY
Sahil Babayevin TƏHLÜKƏLİ sosial təminat siyasəti - Mənzillər atasının iş yoldaşlarına, əlillik dərəcəsi anasına
Sahil Babayevdən şəhid ailələrinə 15 manatlıq həqarət: mərci, konserv, sabun… – Foto
Sahil Babayevin Əmək Müfəttişliyinə rəhbər gətirmək istədiyi Vəli Quliyev kimdir? - İLGİNC
Sahil Babayevdə xəstəlik aşkarlandı - FOTO
Səlim Müslümov əlillərin sayını necə artırıb? – Dövlətə milyonlarla ziyan vuran maxinasiyanın izi ilə...
Səlim Müslümovun adamı yarım milyonluq tenderi uddu - Sahil Babayev onu niyə işdən çıxarmışdı?
DSMF hələ də qanunları tapdalayır... - GİLEY
Səlim Müslümovla Əjdər Olun şok talançılığı – Sensasiya
Pensiyaların veriləcəyi tarix açıqlandı
Sahil Babayev qazi və şəhid ailələrinə saxta xidməti boynuna alıb - Prezidentdən 15 yanvara kimi vaxt istəyib
Əlillərin müavinətlərinin kəsilməsi, uğursuz kadr siyasəti və…
Sahil Babayevdən anlaşılmaz qərar... - NARAZILIQ!
Mülki şəhidlərin ailələrinə sosial ödənişlər təyin olundu