Toyların keçirilməsinə bu şərtlər daxilində icazə verilə bilər - AÇIQLAMA
20-04-2021, 12:05
40

Toyların keçirilməsinə bu şərtlər daxilində icazə verilə bilər - AÇIQLAMA

Koronavirus pandemiyası dövründə cəmiyyəti maraqlandıran ən böyük suallardan biri toyların keçirilməsinə nə zaman icazə veriləcəyi ilə bağlıdır. Bəllidir ki, koronavirus kütləvi tədbirlərdə sürətlə yayıldığı üçün indiki şəraitdə ənənəvi toyların keçirilməsi təhlükəlidir. Lakin bəzi vətəndaşlar bu təhlükəni heçə sayaraq icazəsiz məclislər keçirir və bir çox hallarda toy polis bölməsində başa çatır. Cəmiyyətdə toyların müəyyən şərtlər daxilində keçirilməsi ilə bağlı müxtəlif təkliflər səsləndirilir.
Milli Məclisin deputatı Afət Həsənova da Trend-ə açıqlamasında toyların keçirilməsinə müəyyən şərtlər daxilində icazə verilməsini məqsədəuyğun hesab edir:
“Bu məsələ bu gün çox aktualdır. Bununla bağlı görüşlərimizdə də əhali tərəfindən çoxlu suallar verilir. Baxmayaraq ki pandemiya dalğavari şəkildə davam edir, gah artır, gah azalır, fikrimcə, müəyyən şərtlər daxilində toyların keçirilməsinə icazə verilə bilər.
Bu şərtlər Operativ Qərargah tərəfindən konkret işlənib hazırlansa, təqdim olunsa, insanlar da həmin tələblər daxilində övladlarına toy edə bilərlər. Bu şərtlər nədən ibarət ola bilər? Əvvəlki kimi çoxsaylı, yəni 300-500 nəfərlik toyların keçirilməsi bu gün məqsədəuyğun deyil. İkincisi hesab edirəm ki, qarşıdan yayın gəlməsini nəzərə alaraq toyların açıq havada keçirilməsi daha məqbul olar. Həm Bakıda, həm də rayonlarda açıq toy mərasimlərinin keçirilməsinə imkan var. Yəni belə şəraitdə, müəyyən olunmuş vaxt çərçivəsində toyların keçirilməsi mümkün ola bilər.
İllərlə bu toy arzusu ilə yaşayan valideynlər, ailələr var və biz onları toylardan məhrum edə bilmərik. Bəziləri təklif edir ki, toy mərasimlərini ailə içində qeyd etsinlər və s. Ancaq elə şəkildə qapalı məkanda yoluxma ehtimalı daha çoxdur, nəinki açıq havada. Və yaxud da ki, 500-600 nəfərlik zalda 100-150 nəfərlik, masaları aralı qoymaqla, masa ətrafında insanların ara məsafəsini təmin edilməklə toylar keçirmək mümkün ola bilər. Hətta mən deyərdim ki, rəqs edən insanların da sayını müəyyən etmək olar və bunun da əsas səbəbi insanlar arasında kontaktı minimuma endirməkdir. Belə olduğu halda şadlıq sarayları da açıla bilər ki, bu da öz növbəsində bir çox insanların iş yerlərinin bərpasına, maddi durumlarının yaxşılaşmasına səbəb olar”.
Deputat həmçinin vətəndaşları diqqətli olmağa, karantin qaydalarına ciddi riayət etməyə, vaksinasiya prosesində aktiv iştirak etməyə çağırıb: “Virusun yayılmasının qarşısının alınmasında ən böyük məsuliyyət bizlərin üzərinə düşür. Hər kəs qaydalara riayət etməlidir, vaksinasiya prosesində aktiv iştirak etməlidir. Əgər hər kəs bunlara əməl etsə, inanıram ki, tez bir zamanda biz bu virusa qalib gələ və rahat şəkildə toylarımızı keçirə bilərik”.

Oxşar xəbərlər

Türkiyədə toyların keçirilməsinə icazə verildi
Toyların keçirilməsinə icazə verilə bilər - 150-200 nəfərlik
Toylarla bağlı Operativ Qərargahdan AÇIQLAMA - 80 nəfər qonaqla...
Toyların bu tarixdən keçirilməsinə icazə verilə bilər - AÇIQLAMA
Azərbaycanda toylar belə keçiriləcək - Açıq hava, 80 qonaq...
“Toylar başlasın” tələbinə Adil Qeybulladan CAVAB: - “Buna icazə verilsə...”
Şadlıq evlərində bu aylar üçün yer yoxdur - Azərbaycanda TOYLARA İCAZƏ
Yas və toyların bərpası ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycanda toylar yeni qaydalara uyğun keçirilə bilər
Azərbaycanda toyların keçirilməsinə 3-4 il qadağa qoyula bilər
"Qapalı şəraitdə toy etmək olar" - ŞƏRTLƏR AÇIQLANDI
"Toylara dərhal icazə verilməlidir, yoxsa..." - Həkim detalları açıqladı
Toylar bu şərtlə KEÇİRİLƏ BİLƏR - AÇIQLAMA
"Əgər pandemiya aylar, illər çəkəcəksə..." - Deputatdan toylarla bağlı AÇIQLAMA
Yaxın vaxtlarda toyların keçirilməsinə icazə verilə bilər? - AÇIQLAMA
“Toylara icazə verilməlidir, bunu ləngitməyin adı yoxdur” - Deputat
“Şadlıq evlərində toy eləmək daha mümkün deyil”
Rayonlara qrup turlarının təşkilinə icazə verilirmi? - AÇIQLAMA
Azərbaycanın bu bölgəsində toylara icazə verildi - VİDEO
Toyların başlaması ilə bağlı mühüm açıqlama: Şadlıq saraylarında son durum
DİN-dən toylarla bağlı mühüm AÇIQLAMA
Bu il ümumiyyətlə toy olmayacaq? – Şadlıq saraylarında son vəziyyət
Bu il ümumiyyətlə toy olmayacaq? - Şadlıq saraylarında son vəziyyət - ARAŞDIRMA
Toyların keçirilməsinə icazə veriləcək? - Açıqlama
Toylara hansı şərtlərlə icazə veriləcək? - AÇIQLAMA
Toylara icazə verilə bilər: “Qonaqların sayının az olması əsas şərtdir”
Toylar bərpa edilə bilər? - Prezidentin köməkçisindən cavab
Toy etmək istəyənlərin diqqətinə: Bu tarixdən etibarən... - AÇIQLAMA
"Toylarda maska taxılması mümkün deyil, yeməyi qulaqlarına yeyəcəklər?” - Deputat
Deputatdan toylarla bağlı AÇIQLAMA