"AFB Bank"ın depozit və kredit portfeli kəskin azalıb - RƏQƏMLƏR
20-04-2021, 15:44
76

"AFB Bank"ın depozit və kredit portfeli kəskin azalıb - RƏQƏMLƏR

“AFB Bank” 2021-ci ilin birini rübünə olan hesabatını açıqlayıb. Hesabata görə bankın depozit portfeli kiçilib, 75%-dən çox müştərisi bankda olan əmanətlərini geri götürüb. Bundan başqa bankın kredit portfelində də ciddi azalmalar müşahidə olunub.
Bankın açıqladığı hesabatda bildirilir ki, “AFB Bank”ın cəmi aktivləri 2020-ci ilin 1-ci rübü ilə müqayisədə 313 milyon 595 min manat azalaraq  263 milyon 863 min manata düşüb. Bunun əsas səbəbi bankın müştərilərinə verdiyi xalis kreditlərinin 270 milyon 709 min manat azalmasıdır.  Bundan başqa bankın cəmi öhdəliklərində də azalmalar olub. Belə ki, bankın öhdəliklər cəmi  1 il ərzində 311 milyon 995 manat və ya 6,3% azalaraq 182 milyon 273 min manata enib. Öhdəliklər cəminin azalmasında bankın hüquqi şəxslərinin ciddi payı var. Belə ki, bankda depozitlərin həcmi 1 il ərzində 287 milyon 796 min manat azalaraq 93 milyon 571 min manata düşüb. Azalmanın əsas səbəbkarları hüquqi şəxslər olub ki, bu da kiçilmənin 80,6%-ni təşkil edir. Fiziki şəxslərin əmanətləri isə 1 il ərzində 25% azalıb.
Bankın bölüşdürülməmiş mənfəəti 1 milyon 450 min manat azaldığına görə “AFB Bank”ın cəmi kapitalı 81 milyon 490 min manatadək kiçilib.
Faiz gəliri 2 milyon manat, faiz xərcləri isə 30 min manat azalan bankın xalis faiz gəliri 1 milyon 971 azalaraq 4 milyon 793 min manata düşüb. Qeyri-faiz gəliri 502 min manat, qeyri-faiz xərcləri isə 810 min manat azalan bankın əməliyyat mənfəəti 1 milyon 663 min manat kiçilərək 2 milyon 996 min manata enib.
Mənfəət vergisini verməyən bankın xalis mənfəəti 1 milyon 872 min manat artaraq 4 milyon 425 min manata yüksəlib. Buna baxmayaraq bankın məcmu kapitalı 2020-ci ilin anoloji dövrü ilə müqayisədə 1 milyon 648 min manat azalaraq 80 milyon 234 min manata enib. 
Valyuta.az

Oxşar xəbərlər

“AFB Bank” 3 dəfədən çox kiçilib - RƏQƏMLƏR
“UniBank”ın xalis mənfəəti 54%-dən çox azaldı - RƏQƏMLƏR
"Bank BTB"-də vəziyyət hələ də kritikdir - I rübün göstəriciləri
Beynəlxalq Bankın mənfəəti 57%-dən çox AZALDI
"Bank BTB”-dən 9 milyondan çox zərər - HESABAT
“UniBank”ın mənfəəti 64 faiz azalıb - RƏQƏMLƏR
“Muğan Bank”ın lisenziyası ləğv olunacaq? - GƏLİŞMƏ
“Bank of Baku”nın xalis mənfəəti 48%-dən çox azaldı
“Azər Türk Bank” kritik həddə - RƏQƏMLƏR
"Azərbaycan Sənaye Bankı" zərər hesabatını gizlədir? - FOTOFAKT
"Günay Bank" ötən ili 81% azalma ilə başa vurdu - RƏQƏMLƏR
"Muğan Bank"ın bağlanmasına sayılı günlər - 40 milyonu tapa biləcəklərmi?
Ramiz Mehdiyevin bankı İFLAS ƏRƏFƏSİNDƏ - mənfəəti 2 dəfədən çox azalıb
“Bank of Baku”nun xalis mənfəəti azalıb, əməliyyat mənfəəti artıb - RƏQƏMLƏR
“Bank VTb Azərbaycan” 2020-ci ili zərərlə başa vurdu - RƏQƏMLƏR
Əhməd Vəliyev iflas ərəfəsində: “İmperiya” çökür
"AccessBank" bağlanır?
Bir ildə 39 milyonluq xalis zərər: Yelo Bankda nə baş verir?
«Günaybank» iflas həddinə yaxınlaşır - 4 QAT AZALMA
Əhməd Vəliyevin qızının bankı ağır vəziyyətdə - ARAŞDIRMA
“Günay Bank” BAĞLANMA YOLUNDA... - BÖHRAN
Müştərilər “Bank Respublika”dan əmanətlərini geri çəkdilər - NƏ BAŞ VERİR?
"Access Bank" yığılmış zərəri ilə nə edəcək? - Səhmdarlar kömək edəcəkmi?
Adını dəyişmək də “Yelo Bank”a kömək etmədi – BÖYÜK ZƏRƏR İÇİNDƏDİR
Rüfət Aslanlının bankı kritik durumda
Azərbaycanın bank sektoru aktivlərini 8% artırıb
Bazarın ən zəif riteyl bankı məlum oldu - KRİTİK DURUM
Ramiz Mehdiyevin bankı bağlanır?
Azərbaycanda bu bank 15 milyon manat cərimə edildi
Banklara inam azalır: Depozitlərdə sürətli eniş - VİDEO