İtkin düşmüş daha 2 hərbi qulluqçunun nəşi TAPILIB
20-04-2021, 18:20
34

İtkin düşmüş daha 2 hərbi qulluqçunun nəşi TAPILIB

Son günlər Silahlı Qüvvələrin hərbi qulluqçuları Cəfərov Təbriz İlqar oğlunun və Kərimli Qalası Müslüm oğlunun itkin düşmələri faktının araşdırılması ilə əlaqədar sonuncu dəfə onlarla birlikdə döyüşdə olmuş hərbi qulluqçuların müəyyən olunaraq şahid qismində dindirilməsi və Respublika Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən ifadələrinin yerində yoxlanılması zamanı Tərtər rayonunun Talış kəndi yaxınlığında T.Cəfərova, Şuşa rayonunun Daşaltı kəndinin yaxınlığında isə Q.Kərimliyə məxsus olması güman edilən meyitlər tapılıb.
Bu barədə Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki,  DNT analiz nümunələrinin götürülərək müvafiq ekspertizaların keçirilməsi yolu ilə meyitlərin Təbriz Cəfərova və Qalası Kərimliyə məxsus olması müəyyən olunub və şəhidlərimizin nəşi yaxınlarına təhvil verilib.
Məlumatda qeyd olunub ki, itkin düşmüş 24 nəfər hərbi qulluqçunun olduqları yerlərin müəyyən olunması məqsədilə axtarış qrupları tərəfindən hazırda Tərtər, Füzuli, Cəbrayıl, Xocavənd və Xocalı rayonlarının ərazilərində, həmçinin Şuşa şəhəri ətrafında müvafiq axtarış işləri aparılır, Murov dağı silsiləsində isə əlverişli təbii şərait imkan verənədək təxirə salınıb. O cümlədən həmin hərbi qulluqçularımızın əsir götürülmələri və yaxud meyitlərinin qarşı tərəfdə olmaları ehtimalları ətrafında da istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir və nəticəsi barədə ictimaiyyətə vaxtaşırı məlumat veriləcək.
Qeyd edək ki, Qalası Kərimlinin nəşinin tapılması barədə bu gün səhər saatlarında məlumat verilib.

Oxşar xəbərlər

100-dən çox hərbçimiz itkin düşüb
İtkin düşən 7 meyitin qalıqları Azərbaycana təhvil VERİLDİ
Daha bir hərbçimizin şəhid xəbəri gəldi
İtkin düşən hərbçimizin nəşi tapıldı
İtkin düşən daha bir hərbçimizin şəhid xəbəri gəldi - FOTO
İtkin düşmüş hesab olunan hərbçilərlə bağlı - AÇIQLAMA
Düşmənin 1600-a yaxın hərbçisi hələ də “itkindir” - Ümumi itkinin sayı 8 mini keçir
Azərbaycan şəhidlərinin tam siyahısı açıqlandı – Rəsmi
Daha 31 erməni hərbçinin meyiti Ermənistana təhvil verilib
Bu gün saat 12-də şəhidlərin xatirəsi anılacaq
Şəhid zabitimizin nəşi tapıldı
Vətən Müahribəsi şəhidlərinin yeni siyahısını AÇIQLANDI
Azərbaycan xalqı Şəhidlər xiyabanını ziyarət edir
Qanı ilə tarix yazan daha bir hərbçimizin nəşi torpağa tapşırıldı
İtkin əsgərlərimiz belə axtarılır - VİDEO
Şəhid olmuş hərbi qulluqçuların ailələrinə pensiya necə təyin edilir? - RƏSMİ
Azərbaycanda və Ermənistanda əsirlikdə olanların sayı AÇIQLANDI
Əsgər valideynləri Ermənistanda nazirlik binasına daxil olublar
Dəhşət: İtkin düşmüş 66 nəfərin hamısı ölü tapıldı
İtkin düşən daha bir əsgərimizin nəşi tapıldı
Laçında erməni meyitləri aşkarlandı
5 aydır axtarılan əsgərin şəhid xəbəri gəldi - FOTO
Arutunyan itkin hərbçilərin qohumlarını sakitləşdirdi
Şəhidimiz dəfn olundu
Ermənistanın təcavüzü nəticəsində həlak olmuş şəxslər şəhid hesab olunur
O da Vətən müharibəsində itkin düşüb... - Foto
Azərbaycan şəhidlərinin sayını açıqladı -
Daha bir itkin düşən əsgərimizin şəhid xəbəri gəldi - FOTO
Azərbaycanlı əsirlərə verilən işgəncələrə dair faktlar açıqlandı
Şəhid polkovnik-leytenant Fəxri Xiyabanda dəfn olunacaq