Sabiq nazirlərdən daha biri həbs oluna bilər... - Sırada Ziya Məmmədov var
21-04-2021, 10:42
51

Sabiq nazirlərdən daha biri həbs oluna bilər... - Sırada Ziya Məmmədov var

Yaxın günlərdə Azərbaycanda daha bir sabiq nazirin həbsi reallaşa bilər. Bu barədə JAMAZ.İNFO-ya etibarlı mənbələrdən məlumat daxil olub.

Həmin məlumata görə, Səlim Müslümovdan sonra həbsi gözlənilən keçmiş nazir Ziya Məmmədov ola bilər. İddialara görə, Ziya Məmmədovla bağlı Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində ilkin araşdırmalar başlayıb və əldə olunan sübutlara əsasən cinayət işi açılacaq.

Mənbə qeyd edir ki, Ziya Məmmədovun həbsi üçün hazırlıqların başlanmasının təkcə korrupsiya ilə bağlılığı yoxdur. Həmçinin işin içində siyasi motivlərin olduğu da iddia olunur. Lakin mənbə həmin siyasi motivlərin konkret nədən ibarət olması barədə heç nə deməyib.

Qeyd edək ki, sabiq nəqliyyat naziri Ziya Məmmədovun adı bir sıra məsələlərdə hallanır. Xüsusən onun AMEA-da çalışan qardaşı Elton Məmmədovun bəzi işlərə qarışdığına dair məlumatlar var. Bu yaxınlarda onun öz ərizəsi ilə işdən çıxmaq istəyində olmasına dair məlumat da əsassız deyil. JAMAZ.İNFO-ya çatan bilgilərdə bildirilir ki, Elton Məmmədov hakimiyyətin maraqlarına zidd olan bəzi fəaliyyətlərdə əli olub. Onun işdən çıxması barədə ərizə yazması da məhz bu fəaliyyətinə görədir.

Xatırladaq ki, Ziya Məmmədovun qarddaşının adı həmçinin bir müddət əvvəl həbs olunmuş general Rövşən Əkbərovun da işində keçirdi. Elton Məmmədov bununla bağlı açıqlama verərək bildirmişdi ki, generalla münasibətləri olub, lakin onun əməllərindən xəbərsizmiş.

Oxşar xəbərlər

Elton Məmmədov bağlanan milyonluq şirkətdən DANIŞDI
Ziya Məmmədovun qardaşı oğluyla bağlı qərar verildi
Ramiz Mehdiyev Ziya Məmmədovun qardaşına yeni vəzifə verdi
Ziya Məmmədovun “FERMERLİYİ”: - “Neçə il nazir olub, indi guya mal-qara saxlayır, qoyun otarır...”
Alimpaşa Məmmədovdan keçmiş şefinə SƏDAQƏT... - İLGİNC İDDİA
Elton Məmmədov dövlətdən oğurladığı milyonları necə qorumağa çalışır? - Ramiz Mehdiyevin “qara kassir”i
Ramiz Mehdiyevin kürəkəninin qardaşı həbs olunub? - İDDİA
200-dən çox dəmiryolçudan ŞOK MÜRACİƏT: “Ziya Məmmədov katibəsini öldürüb, filan yerdə basdırıb” – AÇIQLAMA (VİDEO)
Ramiz Mehdiyev Elton Məmmədovu kimlərə elçi salıb? - GİZLİ PLAN
"Təhsildə mövqeyimi möhkəmləndirmişəm ki, irəli gedirəm” - Elton Məmmədov
Ziya Məmmədovun qardaşı oğluna ağır cəza
Oliqarxların mülklərini satışa çıxarmasının sirri açıldı: Ölkədən qaçmaq istəyilər
Sərvətlərini satmaq keçmiş məmurları xilas edəcəkmi?
Ziya Məmmədov da təftiş olunur: İstintaqa çağrıldı... - HƏBS OLUNACAQMI?
Səlim Müslümovun həbsinin yaratdığı qorxu - Sərvətlərini satmaq keçmiş məmurları xilas edəcəkmi?
SABİQ DEPUTATIN 13 MİLYONLİUQ ŞİRKƏTİ LƏĞV OLUNDU... - Ziya Məmmədov istintaqa çağırıldıqdan sonra...
Növbədə Ziya Məmmədovdur?
Ziya Məmmədovun qardaşı Elton Məmmədovun şirkəti fəaliyyətini dayandırır
Ziya Məmmədovun  “qoçu”ları getdi, BNA-nın qoçuları gəldi
Ziya Məmmədovun gəlininin təmtəraqla açdığı modalar evi bağlandı - FOTO
Kişi müəllim arvadına dəhşət yaşatdı — Ağdaşda ŞOK OLAY
Hərbi Prokurorluq Hadruta ilk daxil olan komandir Ziya Kazımovun işini nəzarətə götürdü
Ürəyi zəif olanlar baxmasın! Ziya Məmmədovun  daha bir sarayı - Video
Ziya Məmmədovla bağlı aclıq aksiyası başladı: Ucar sakini ölkə rəhbərliyinə müraciət etdi
Ramiz Mehdiyev yavaş-yavaş kapitulyasiya edir... - Daha bir bağını satışa çıxardı
Alimpaşa Məmmədovun həbsi gözlənilir... - İDDİA
AMEA-dan daha bir şübhə dolu TENDER... - İLGİNC
Fazil Məmmədov mülklərini satışa çıxartdı - İDDİA
Nazirlərin “sarsılmaz” “QUDALIQ MODELİ” - “Araşdırmaq lazımdır, bəlkə...”
Ziya Məmmədovun qardaşının məşhur şirkəti bu şirkətlə birləşdi - FOTO