Mayın 8-də Türkiyə ilə birlikdə Şuşada parad keçirilsin!
21-04-2021, 11:25
28

Mayın 8-də Türkiyə ilə birlikdə Şuşada parad keçirilsin!

"Rusiya sülhməramlılarının bəzi sürprizlərinə səbr və təmkinlə, eyni zamanda adekvat addımlarla cavab verməliyik”.
Bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib. Millət vəkili qeyd edib ki, Xankəndində parad keçirmək onlarının tərəfsizliyi pozması aktıdır və bu, bizim gələcəkdə verəcəyimiz qərarlarda bir fakt olaraq diqqətə alınacaq:
"Burada atacağımız ən real addım 8 may tarixində Şuşada Türkiyə hərbi birləşmələri ilə birlikdə erməni faşizmi üzərində qələbə paradı keçirməkdir. Bu tarix Şuşanın ermənilər tərəfindən işğalı günüdür və keçirilən parad işğala son qoyulmasının bir nümayişi olacaq.
Bunun tarixi anologiyası da var. Bilindiyi kimi 1918-ci ilin oktyabr ayının 2-də Albay Cahid bəyin komandanlığı altında Azərbaycan ordusu Qafqaz İslam Ordusu ilə birlikdə məhz Şuşada erməni faşizmi üzərində qazanılan qələbəni qeyd etmək üçün möhtəşəm bir parad keçirib. Təcili olaraq Türkiyə ilə bu tədbirin hazırlıq planını tərtib etməliyik”.
Deputatın sözlərinə görə, Ramazan ayından sonra Türkiyə prezidenti Ərdoğanın Azərbaycan prezidenti ilə birlikdə Şuşaya səfəri gerçəkləşəcək və bu səfər zamanı da belə bir paradın keçirilmə variantını düşünmək olar:
"Bütün hallarda Rusiya sülhməramlılarının bölgədə öz funksiyasından uzaqlaşmasına qarşı rəsmi etirazımızı bildirməliyik”.
Qeyd edək ki, Xocalı aeroportunda Rusiya hərbçilərinin 9 May Qələbə günü paradına hazırlıq məşqləri başlanıb. Bu haqda Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Oxşar xəbərlər

Şuşada 8 may paradı
Azərbaycanda ilk hərbi parad nə vaxt olub?
Azərbaycanda Qələbə paradı keçiriləcək - VAXT AÇIQLANDI
Ərdoğan Bakıya gəlir - Qələbə paradında iştirak edəcək
“Azərbaycan özünə sığışdırmaz ki, Azadlıq meydanını erməni hərbi əsirlərlə çirkləndirsin” - GƏLİŞMƏ
Paradda qoşun növlərinə onlar rəhbərlik edib - ADLAR
“Mehridən Naxçıvana kommunikasiya xəttinin açılması müzakirə olunacaq“ - Hikmət Hacıyev
Şuşalı qız Milli Məclisdə çıxış etdi
İlham Əliyevdən Rəcəb Tayyib Ərdoğana MƏKTUB
Zakir Həsənov Zəfər paradında raport verdi
“Erməni yenə baş qaldırsa, dəmir yumruq onların belini qıracaq” - İlham Əliyev
Zəfər paradına kimlər buraxılacaq? - Hərbi ekspert
Ərdoğandan Qarabağla bağlı vacib TAPŞIRIQ (VİDEO)
Bu gün Zəfər paradı keçiriləcək - TƏFƏRRÜATLAR
Bakının işğaldan azad edilməsindən 102 il ötür
“Türkiyə hərbi bazası Şuşada yerləşdirilməlidir” - ADR sədri
9 Mayda Azərbaycanın payı: Faşizm necə davam edir? - TƏHLİL
“Hər an müharibə başalaya bilər”
Türk ordusu 30 kilometr irəlilədi: Hədəf məhv edildi
Bakıda möhtəşəm Zəfər paradı - CANLI YAYIM (YENİLƏNİR)
Sülhməramlıların gəlişi rus hərbi bazası demək deyil - Sülhün qarantı T
Rusiya bildiyini edir, ancaq buna mane ola bilməyəcək - Politoloq
Qələbə paradında bu hərbi texnikalar nümayiş olunacaq
“Qarabağa gəlirik, ermənilər təxribat törətsə...” - Türkiyəli generaldan ŞOK AÇIQLAMA
Müstəqillik tarixinin ilk Zəfər paradı: yeniliklər nələr olacaq? - FOTO
Saakaşvili Qarabağ müharibəsindən danışdı: “Rusiya Ermənistanı “suya qoyub” axıtdı” - Video
Hərbi ekspert: "Qarabağda hər hansı erməni bundan sonra...”
Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə videokofrans keçirdi - FOTO
Türkiyə əsgəri gələn ay Qarabağda olacaq – Açıqlama
İsa Qəmbər Zəfər paradından yazdı: “Milli iradənin və milli həmrəyliyin gücü...“