İTV əməkdaşı koronavirusdan 3 ailə üzvünü itirib - VİDEO
21-04-2021, 13:16
32

İTV əməkdaşı koronavirusdan 3 ailə üzvünü itirib - VİDEO

İctimai Televiziyanın operatoru Zaur Hüseynov koronavirus infeksiyası nəticəsində üç yaxınını –anasını, bacısını və bacısının həyat yoldaşını itirib. 
“Qafqazinfo” xəbər verir ki, Z. Hüseynovun sözlərinə görə, ailənin yoluxmasına səbəb bacısının COVID-19 xəstəsi ilə maskasız görüşməsidir: “Bacım blokda koronavirus xəstəsi ilə görüşüb. Həmin adam da maskasız olub, bacım da maska taxmayıb. Onunla da virusa yoluxub. Təcili tibbi yardım avtomobilində xəstəxanaya çata-çatda vəfat etdi... Bacımın həyat yoldaşı da astma xəstəsi idi, o da rəhmətə getdi. Biz bacımın ölməsini anamdan gizlədirdik, heç kim də ürək eləmirdi deməyə. Axır mən gedib anamı gətirdim və dedim ki, bacım artıq bizimlə yoxdur...”
Z. Hüseynovun sözlərinə görə, 14 gün keçəndən sonra anası da öskürməyə başlayıb. 
“Dedik birdən sən də koronavirusa yoluxarsan. Tez özəl klinikada analiz verdik, koronavirus çıxdı, başladıq müalicəyə. Bir gün axşam gördüm ki, nəsə yaxşı nəfəs almır. Həmin gün gedib KT elətdirdik, məlum oldu ki, ciyərlərinin 50-60 faizi tutulub. Mən də yoluxmuşdum, məndə tutulma 5-10 faiz idi. Anamın saturasiyasını ölçdük, gördük 45-dir. Qandurulducu iynə vurdum, halı bir az düzəldi. Süni tənəffüs aparatına qoşdular. Aparatda 8 gün qaldı, çıxmadı...”
Z. Hüseynov şükür edir ki, onun yaxınları istifadə edə bilməsə də, artıq bu virusun vaksini tapılıb: “Mənim rəhmətə gedən bacım çox arzulayırdı ki, vaksin çıxsın, tez gedib vurdursun. Birinci növbədə maska kömək olur, maska taxmaq mütləqdir. Biz dua edirik ki, bu bəla dünyadan keçsin”.

Oxşar xəbərlər

Rəmişin həyat yoldaşı hamını aldadıb – Fotofakt
Bakıda bir ailə koronavirusdan vəfat etdi
"Son dəqiqələrində anamın yanında ola bilmədim" - Bəhram Bağırzadə
"Koronavirus testi vermişəm, rəsmi cavabı indiyə qədər gəlməyib" - GİLEY
Tanınmış tarzən, xanımı və qızı Covid-19-dan vəfat etdi
Türkiyədə dəhşətli partlayış: 8 koronavirus xəstəsi öldü
Daha bir koronavirus xəstəsi ictimai yerdə saxlanıldı
Şəkidə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıldı - FOTO
Xanımından Rəmişin ölümü ilə bağlı şok açıqlama: korona xəstəsi deyildi, amma adını korona qoydular...
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 2 878-ə çatıb
Küçədə saxlanılan 23 koronavirus xəstəsi evinə qaytarıldı
Manaf Ağayev və xanımı koronavirusa yoluxub
“Siyəzənneft” işçiləri ixtisara salır? - NARAZILIQ!
Həftəsonu 12 koronavirus xəstəsi küçədə saxlanılıb
Türkiyədə son sutkada 95 nəfər koronavirusdan öldü
Saatlıda koronavirus xəstəsinə tibbi yardım göstərilmir - GİLEY
Göyçayda koronavirus xəstəsi küçədə saxlanıldı
Bakıda aktiv koronavirus xəstələri ictimai yerlərdə saxlanıldı
Küçəyə çıxan 9 koronavirus xəstəsi SAXLANILDI
Koronavirus xəstəsi sükan arxasında tutuldu
“Bacımın toyunda atam öz əlləri ilə yorğan sırıdı“ - Əməkdar artist
Mingəçevirdə koronavirus xəstəsi evini tərk etdi
Ötən gün daha 33 koronavirus xəstəsi saxlanılıb
DİN: 8 koronavirus xəstəsi saxlanıldı
İctimai yerlərdə daha 38 COVID-19 xəstəsi aşkarlanıb
Xəstəxanadan qaçan koronavirus xəstəsi öldü
Əməkdar artistin ailəsində koronavirus xofu
Xalq artisti onları mikrob adlandırdı: “Bu tənqidləri sifarişlə yazırlar...”
Şaxta baba 118 nəfəri koronavirusa yoluxdurdu
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 2 400-ə çatır