Rafael Cəbrayılovla bağlı Baş prokurora müraciət oluna bilər
21-04-2021, 13:55
37

Rafael Cəbrayılovla bağlı Baş prokurora müraciət oluna bilər

Keçmiş deputat Rafael Cəbrayılovun həbsindən iki həftədən artıq vaxt ötsə də, “qurbanları” hələ zərərçəkən kimi istintaqa cəlb olunmayıb.
Bu barədə Gündəlik Bakı-ya Rafael Cəbrayılovun borclu olduğu şəxslər bildirib.
Keçmiş deputat aprelin əvvəlində həbs edilib. Baş Prokurorluğun yaydığı məlumatda qeyd edilib ki, Rafael Cəbrayılovun öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmaqla ibtidai istintaqı aparılıb.
Aparılan ibtidai istintaq zamanı Rafael Cəbrayılovun həmin vəzifədə olarkən qardaşı Cəbrayılov Rauf Kamil oğlu tərəfindən Bakı şəhər sakininə satılan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın əldə edilməsində köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş vətəndaşa bu barədə yalandan vəd edərək, həmin adla sözügedən vətəndaşdan 240 min manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etməsinə və bununla da vətəndaşa külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən qanunsuz hərəkətləri ilə Rafael Cəbrayılovun deputatların fəaliyyətinin tənzimlənməsi sahəsində qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən vəzifələrini yerinə yetirməli olduğu halda öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməsinə dair əldə edilmiş kifayət qədər sübutlarla əsaslar müəyyən olunduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda Rafael Cəbrayılovun törətmiş olduğu cinayət əməllərinin tam dairəsinin, o cümlədən vətəndaşlara vurduğu ziyanın məbləğinin müəyyənləşdirilməklə zərərin ödətdirilməsi istiqamətində intensiv istintaq aparılır.
Rafael Cəbrayılovun 8 nəfərə toplam olaraq 1 milyon 550 min dollar borcu var. Onun borclu olduğu şəxslər aşağıdakılardır:
Təranə Fətəliyeva - 300 000 dollar 
Məlahət Qurbanova - 580 000 dollar 
Xatirə Nəcəfova - 200 000 dollar 
Yusif Orucov - 200 000 dollar
Aynur Kazımova - 100 000 dollar 
Şəfa Məmmədova - 80 000 dollar, 
Bəşir Məmmədov - 60 000 dollar 
Allahverdi Səfərəliyev - 30 000 dollar.
Bu şəxslər dəfələrlə Rafael Cəbrayılovdan pullarını geri istəsələr də, keçmiş deputat müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınıb. Onlardan Təranə Fətəliyeva məhkəməyə müraciət edib. Məhkəmənin bütün instansiyaları onun xeyrinə qərar çıxarıb. Lakin Rafael Cəbrayılov məhkəmə qərarını icra etməyib. Nəhayət, keçmiş deputatın “qurbanları” Baş prokuror Kamran Əliyevə müraciət ediblər. Bundan sonra baş verənlərin araşdırılmasına başlanılıb. /Hit.az/
İndi Rafael Cəbrayılovun borclu olduğu şəxslər zərərçəkən kimi istintaqa cəlb olunacaqlarını gözləyirlər. Hətta bununla bağlı yenidən Baş prokurora müraciət etmək barədə də düşünürlər. “Rafael Cəbrayılovun həbsindən artıq 20 günə yaxın vaxt ötüb. Amma hələ də bizi istintaqa çağırmayıblar. Narahatıq ki, yenə də iş uzanar. Ona görə də düşünürük ki, Baş prokuror Kamran Əliyevə yenidən müraciət edək”, - deyə Rafael Cəbrayılovun borclu olduğu şəxslər bildirib.

Oxşar xəbərlər

Rafael Cəbrayılov həbs olundu – Rəsmi
Məhkəmə Rafael Cəbrayılovun iddiasını rədd etdi: Yalan məlumat verib
Rafael Cəbrayılov 1000 manat cərimələndi - Növbəti mərhələ həbsdir
Rafael Cəbrayılovun işi çətinləşir -  Keçmiş deputatın "qurbanları" Kamran Əliyevə müraciət edir
Rafael Cəbrayılovun arxasında Oqtay Əsədov DAYANIR... - İDDİA
Ali Məhkəmə mandatını girov qoyan deputatla bağlı QƏRAR VERDİ
Rafael Cəbrayılovun daha bir borcu üzə çıxdı – Keçmiş deputatın mənzil fırıldağı
Sabiq deputatın ölkədən çıxışına “stop“ qoyulur - TƏFƏRRÜATLAR
Mandatını girov qoyan keçmiş deputatın “yeriməyən” İSTİNTAQI: - Rafael Cəbrayılovu kim və necə himayə edir?
Rafael Cəbrayılovun deputat toxunulmazlığı götürüldü - RƏSMİ
"Rafael Cəbrayılov işi"ndə açar fiqur - Oqtay Əsədovu keçmiş deputata bağlayan biznes
ŞOK! Milyonluq biznes planında AÇAR FİQUR İFŞA EDİLDİ-“Şefim OQTAY ƏSƏDOVDUR”
Cəbrayılovun borc qalmaqalına Qaralovdan - Reaksiya
Rafael Cəbrayılov necə “toxunulmaz” oldu? - ŞOK DETALLAR
Baş prokurordan Rafael Cəbrayılova bağlı AÇIQLAMA: "Araşdırmalara başlayacağıq"
Sabiq deputat Rəfael Cəbrayılovu hansı cəza gözləyir?
“Rafael Cəbrayılov işi” "DALAN"DA... - Zərərçəkənlər istintaqın ləngliyindən narazıdırlar
Rafael Cəbrayılov indi də Oqtay Əsədovun üzünə durur: - “Nə almışamsa, aparıb ona vermişəm”
Spiker Rafael Cəbrayılovla bağlı tapşırıq verdi
Azərbaycanda vəzifəli şəxs rüşvətə görə HƏBS EDİLDİ
General–mayor Xəqani Cəbrayılov saxlanılıb? - AÇIQLAMA
Bina tikmək üçün ağacları kəsən şirkətlərlə bağlı Baş Prokurorluq hərəkətə keçdi
DSMF-nin 7 vəzifəli şəxsi hakim qarşısında
İki milyondan çox pul mənimsəyən direktorun işi məhkəmədə
Rafael Cəbrayılovun növbəti fırıldağı: - Sonuncu mandatı da girovluqda imiş
Milyondan çox borcu olan deputatdan İLGİNC ADDIM - Telefonunun nömrəsini satır
"Cənnət Bağı"nın rəhbərinə cinayət işi açıldı
Vüqar Səfərlinin evlərinə, bağlarına, avtomobillərinə HƏBS QOYULDU
3,2 milyon manat mənimsəyən xanım direktor HƏBS EDİLDİ
Daha bir vəzifəli şəxsin işi məhkəməyə göndərildi