“Sadə xalqın üzərinə bu qədər getmək olmaz”
6-06-2020, 17:00
173

“Sadə xalqın üzərinə bu qədər getmək olmaz”

“Yoluxmaların tezliyi və sayı son günlər yüksək olduğuna görə həftəsonları yenidən vətəndaşların küçəyə çıxması, nəqliyyat vasitələrinin hərəkəti və iş rejimi məhdudlaşdırılacaq, mağazalar bağlanacaq”. 
Bu iki günlük qadağa virusun yayılmasının qarşısını alacaqmı? 
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının əməkdaşı, tibb elmləri doktoru Nuran Abdullayev Oxu.Az-a açıqlamasında bildirib ki, əslində, mübarizənin birinci mərhələsində rəsmi olaraq müvafiq qurumlara və şəxslərə müraciət edib:
“İkinci mərhələyə keçməzdən öncə hansı məqamlara diqqət edilməli olduğu barədə məlumatları diqqətlərinə çatdırmışdım. Təkcə ona görə yox ki, məndə bu virusla nümunəvi mübarizə aparan 83 milyonluq bir cəmiyyətin təcrübəsi var, bundan da daha önəmli və mənim həmişə üstün tutduğum çox vacib elmi təcrübələri əsas gətirmişdim.
Artıq elm sübut edib ki, bütün sosial məsafənin qorunmasına hesablanan tədbirlər virusun  yayılma tezliyini azaldır, amma qarşısını tam ala bilmir. Hətta elm onu da sübut edib ki, cəmiyyətin müəyyən sahələrində bunu tətbiq edib və digər sahələrində etməmək və ya qısamüddətli etmək virusun yayılmasına çox az təsir edir.
Belə tədbirlər bir ümumilik təşkil etməlidir. Məsələn, elm sübut edib ki, təkcə məktəbləri bağlı saxlayıb başqa istiqamətlərdə qoyulan tələblərin yumşaldılması heç də yoluxmanın yayılmasının qarşısını almır və bu halda təxminən yoluxmanın 64 faizi davam edir”.
O bildirib ki, inkişaf etmiş ölkələrdə bütün belə tədbirlərin hamısı eyni vaxtda cəmiyyətin bütün sahələrində virusla mübarizənin birinci mərhələsində tətbiq edilib:
“Bununla yanaşı, birinci mərhələdə olunmalı digər məsələlər də var idi. Bunlardan önəmlisi maarifləndirmə aparmaqdır ki, bu da bu gün bir daha görünür ki düzgün aparılmayıb. İndi ikinci mərhələdə də çox vacib məqamlar var. Onlardan da biri izolyasiya və karantin qaydalarını dəyişdirməkdir.
Əgər indi izolyasiya qaydalarına əməl olunmazsa, iki ay sonra bundan da pis nəticələr görəcəyik. Mən işimlə əlaqədar olaraq dünyanın bir çox yerlərində olmuşam və həddindən çox fərqli millətlər tanımışam. Amma bizim millət kimi ürəyi təmizini, saf, bacarıqlı və ağıllı olan bir millət görməmişəm. Ancaq bu qədər əziyyətə qatlananını da görməmişəm. Bizim millət öz dövlətini baş tacı edib, o yıxılanda onu yenidən qurmaq üçün gecələri yatmayıb, meydanlarda olub.
Nəticədə bugünkü yeni Azərbaycan qurulub. İndi biz qalxıb həmin bu milləti günahlandırırıq. Baxın, millətin bu virus məsələsinə məsuliyyətsiz yanaşdığını deyənlərdən və elə bu məsələni ictimailəşdirən biri də mən idim.
Bu gün yaşanacaqları iki ay əvvəlcədən görürdüm. Amma mənim üçün bu virus məsələsinə laqeyd yanaşan üç qrup millət nümayəndəsi var. Birincisi, həqiqətən, kifayət qədər təhsili olmayanlardır ki, bunlara zaman ayrılıb izah olunarsa, başa düşüb əməl edə bilərlər.
İkinci qrup isə, hansı ki, çoxluq təşkil edir, birbaşa özlərinin və ailələrinin bu pandemiyaya görə yaranan maddi problemlərini virusa yoluxmaqdan üstün tutan millət nümayəndələridir. Bu təbəqə virusun təhlükəsini çox gözəl anlaya bilər, amma ehtiyacdan və psixoloji halından dolayı görməzlikdən gəlir.
Üçüncü təbəqə isə yerdə qalan iki qrupa baxaraq əməl etməyən insanlar və ya “Maddi vəziyyətim yaxşıdır, mən əməl etməsəm də olar” deyə düşünən təbəqədir. Bunlar heç nə öyrənmək istəmir və müəyyən yalan fərziyyələri cəmiyyətdə yayırlar”.
“Mənim isə bu günə qədər olan müraciətlərim birinci və ikinci qrupların əməl etməmələrinə dair olub ki, heç olmasa, onlara nəyin bahasına olur-olsun, tələblərə əməl etmək öyrədilsin. İkinci qrupdan olan insanlara isə deyəcək bir sözüm yoxdur, çünki onların problemi həll olunmadan maarifləndirmə prosesini aparmağın mənası yoxdur.
Bu milləti razı salıb virusla ciddi mübarizəyə başlamaq vacibdir. Unutmamaq lazımdır ki, virus bir dəqiqə də dayanmadan yayılır, bu məsələdə gecikmək uduzmağa bərabərdir”, - deyə həkim qeyd edib.

Oxşar xəbərlər

Virusla bağlı kritik məqam: - “Azərbaycanda ilk dalğa hələ bitməyib”
Rəşid Mahmudov: “Koronavirus oyuncaq deyil, ona qalib gəlməyin bir yolu var...”
“Operativ Qərargah tam tərkibdə istefaya getməlidir” – Sərt mövqe
"Xüsusi karantin rejimi hələ bir müddət də davam etməlidir" - Deputat
Gömrük-sərhəd buraxılış məntəqələrində kompleks tədbirlər həyata keçirilir - Şahin Ələsgərov
«MuğanBank» ASC-də qalıq borcları balalayır!!!
Azərbaycanda toylar yeni qaydalara uyğun keçirilə bilər
"Bu gün bir sıra dövlətlər virusla mübarizədə Azərbaycan modelini öz ölkələrində tətbiq etməyə çalışırlar"
“Elə vəziyyət yaranar ki, səhiyyə sistemi də bu yükü daşıya bilməz” - Nəticə çıxarmalıyıq!
Karantin rejimi sentyabrın 1-dən ləğv edilir? (VİDEO)
Əhalinin dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunması həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsidir
Gənc həkimlərin yarıdan çoxu imtahandan kəsildi
Rayonlara gediş-gəliş bərpa edilir? - AÇIQLAMA
Kamal Abdulla təqaüd proqramını müzakirə etdi
Gənc həkimlərin yarıdan çoxu imtahandan kəsildi
Karantin olmasaydı milyonlarla adam ölərdi... - ARAŞDIRMA
Sərt karantin günlərində azadlığa buraxılmış şəxslər evlərinə necə gedəcək? - AÇIQLAMA
Xeyriyyəçiliklə bağlı qanun layihəsi hazırlanacaq - Deputatdan açıqlama
“Yoluxmaların artması artıq ikinci dalğa deməkdir” – ADİL QEYBULLA
İki aylıq fasilədən sonra Almaniya Bundesliqası başlayır - OYUNLAR
“Hərarətim 38,7 dərəcəyə yüksələndə təlaşlanmağa başladım”
BNA və şəxsən Hikmət Babayev xalqdan üzr istəməlidir – Deputatdan sərt açıqlama
Çingiz Abdullayev: Şair və yazıçıları söyənlər AYB-dən çıxarılacaq
Milli Məclisin iclası iyulin 5-ə qədər təxirə salındı - Parlamentdə koronavirus təhlükəsi...
Meymunlar arasında da sosial məsafə virusdan qoruyur - ARAŞDIRMA
Bu qan qrupundan olanlar virusu daha ağır keçirir
Hərbi Polisin sabiq rəisindən Aydın Mirzəzadəyə sərt cavab:"Millət vəkilisiniz, Orduda baş verənlərə niyə susursuz"
Karantin sərtləşdirilsin, yoxsa? - Məşhurlar son günlərin ən vacib sualına cavab verir
Lukaşenkonun gizlin sirrləri üzə çıxdı - Ruhi xəstəxanada müalicə alıb
AFFA Gənclər Liqasının bərpa tarixini açıqladı