Məktəblini ehtiyatsızlıqdan güllələyib öldürən fermer danışdı - VİDEO
21-04-2021, 17:50
47

Məktəblini ehtiyatsızlıqdan güllələyib öldürən fermer danışdı - VİDEO

Bir həftə əvvəl - aprelin 15-də Abşeron rayonu, Məmmədli (Məhəmmədi) kəndində yaşayan 13 yaşlı Nəbiyev Nihad Nicat oğlunun ehtiyatsızlıqdan öldürülməsi xəbəri eşidənləri sarsıtdı. Yeri gəlmişkən hadisə aprelin 7-də baş verib, Nihad Nəbiyev hadisədən 8 gün sonra - aprelin 15-də 3 saylı şəhər klinik xəstəxanasında vəfat edib.
Gündəlik Bakı report-a istinadən xəbər verir ki, hadisədən sonra Nəbiyevlər ailəsi Tovuz rayonuna mərhum Nihad Nəbiyevin yasını keçirtmək üçün gediblər.
Qonşuların dediyinə görə, Nihad üçuşaqlı ailənin böyük oğludur. O, Abşeron rayonu, Məmmədli kənd tam orta məktəbin 6-cı sinif şagirdi imiş.
Hadisəni ehtiyatsızlıqdan törətmiş, hazırda polis nəzarətində olan mərhumun həmkəndlisi, 63 yaşlı Sücəddin Rzayev isə evdə idi. O, kamera qarşısında danışmaq istəməsə də, hadisə ilə bağlı detallı məlumat verdi.
Kiçik fermer təsərrüfatı olan Rzayevin sözlərinə görə, Məmmədli kəndində sahibsiz küçə itləri çoxdur: “Üzüm bağımıza ziyan vurmasınlar deyə ərazidə ov tüfəngi ilə atəş açdım. Daha sonra kolların arasından bir nəfərin yerə yıxıldığını gördüm. O, kolluqda gizlənib siqaret çəkirmiş. Yaxınlaşdım gördüm ki, bu, Nihaddır. O, yerdə idi...”
Hadisədən son dərəcə peşmançılıq keçirərək sarsılan S.Rzayev deyir Nihadın ailəsi ondan şikayətçi olmayıb: “Ailəsini tanıyıram, atası Nicat dostumdur. Uşaq gözlərimin qabağında böyüyüyüb... Sabah Nihadın yeddi mərasimidir. Tovuza başsağlığına gedəcəyəm”.
Qeyd edək ki, Abşeron Rayon Prokurorluğunun yaydığı məlumata görə, 1958-ci il təvəllüdlü Rzayev Sücəddin Abusət oğlunun özünə məxsus ov tüfəngi ilə kənd ərazisində sahibsiz itləri vurarkən ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşdən Nahid Nəbiyevin baş nahiyəsindən xəsarət almasına və aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr yaranıb. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Sücəddin Rzayev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

Faciə: İti güllələyərkən 13 yaşlı oğlanı öldürdü
Abşeronda yeniyetmə başından güllələndi
Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyib
Azərbaycanlı iş adamı özünü güllələdi - 3 qadın...
Azərbaycan vətəndaşı İstanbulda silahını təmizləyərkən ehtiyatsızlıqdan dünyasını dəyişdi
Tanınmış azərbaycanlı musiqiçini oğlu öldürüb (Yenilənib)
Tanınmış gitaraçını öldürən oğlu ilə bağlı QƏRAR VERİLDİ
"Oğluna deyib ki, tüfəngi gətir..." — Mikayıl məşhur gitara ifaçısının ÖLÜMÜNDƏN DANIŞDI
Abşeronda fəhlə torpaq uçqununun altında qaldı
Daha bir müəllim koronavirusdan öldü
Masallıda partlayışda xəsarət alan 5 nəfərin 2-si xəstəxanada öldü
Məktəblilərin intiharı: Sərt karantin qərarı verənlər bu haqda düşünəcəkmi?
Şəmkirdə 17 yaşlı gənc özünü güllələyərək ÖLDÜRDÜ
Keçmiş bələdiyyə sədri oğlu ilə dalaşan şagirdləri güllələdi - FOTO+VİDEO
BSU-nun professoru koronavirusdan vəfat edib
Tanınmış gitaraçı Nofəl Süleymanovu ölümü ilə bağlı oğlunun məhkəməsi başlayır
Bakıda 27 yaşlı müəllim özünü binadan atdı - Foto
Bakıda gənc qız yıxılıb öldü... - FOTO
Mərhum Nofəl Süleymanlının oğlu haqda qərar verildi
DİN Xırdalanda itkin düşən qadınla bağlı açıqlama verdi
Biləsuvarda 74 yaşlı qadın çayda boğulub
Ermənistanda müəmmalı ölüm hadisələri baş verdi
Dəhşət: 8 yaşlı uşaq 3 nəfəri öldürüb
Arvadının ölümünə dözməyən kişinin meyiti həyətdən tapıldı - Azərbaycanda
Bərdədə 86 yaşlı kişi özünü güllələdi
“Elinanın gündəliyində "ölümümə 52 gün qalıb” yazılmışdı" - Məktəb direktoru
Şagirdin hicabını yerə atdığı deyilən direktor valideyni polisə verdi
Tovuz sakini həmkəndlisini güllələdi
Vilayət Eyvazovdan YENİ TƏYİNAT
Tovuzda 8 yaşlı qızı maşın vurdu