Maşın bazarında vəziyyət: Hansı avtomobillər bahalaşacaq?
22-04-2021, 20:28
38

Maşın bazarında vəziyyət: Hansı avtomobillər bahalaşacaq?

“Yeni avtomobillərin bazarında 5 faizə qədər qiymət fərqi müşahidə oluna bilər”. 
Bu barədə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı məlumat verib.
O bildirib ki, burada söhbət yeni modifikasiyalardan, dizayn və interyer dəyişiklərindən, avtomobilin imkanlarının genişləndirilməsindən gedir:
“Bu meyarları nəzərə almaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə bazara təklif olunan qiymətlərdə qeyd edilən qiymət fərqi ola bilər. İkinci əl avtomobil bazarında isə hazırda qiymət artımına səbəb yoxdur. Doğrudur, qiymətlərin artdığı ilə bağlı fikirlər mövcuddur. Lakin alqı-satqı əməliyyatlarında bu proses demək olar ki, müşahidə olunmur”.
Ekspertin fikrincə, pandemiya avtomobilləşmə prosesində insanlarda stimul yaradıb, ictimai nəqliyyatın hərəkətinə qadağaların tətbiq edilməsi vətəndaşlarda avtomobilə olan marağı bir qədər də artırıb. Tələbatın artmasına baxmayaraq bütün vətəndaşların imkanları tam şəkildə buna adekvat olmaya bilər. Bu cəhətdən pandemiya Azərbaycanda ikinci əl avtomobil bazarındakı qiymətlərə o qədər də təsir göstərmədi. Post-pandemiyada isə qiymətlərin necə olacağı ilə bağlı proqnoz vermək hələ tezdir. Prosesin necə irəliləyəcəyi və necə bitəcəyi bəlli deyil”.
Ramil Osmanlı qeyd edib ki, illər keçdikcə Azərbaycanda avtomobil parkının yenilənməsi prosesi gedir, lakin bu prosesin qarşısını bəzi inzibati qərarlar alır:
“2013-2014-cü illərdə Azərbaycana il ərzində 100 minə yaxın nəqliyyat vasitəsi idxal olunurdusa, burada minik avtomobillərinin xüsusi çəkisi 80 faizdən çox idi. Hazırda isə bu rəqəmlər son 1-2 ildə təqribən 40-45 min ətrafında dəyişir və minik avtomobillərinin payı ən yaxşı halda 75 faizə yaxın olur. Azərbaycanda yeni avtomobillərin, təqribən 10 il ərzində istismarda olan nəqliyyat vasitələrinin ümumi avtomobil parkındakı payının ən yaxşı halda 20-25 faizə bərabər olacağı gözlənilir”.

Oxşar xəbərlər

Bakıda bu mənzillərin qiyməti ucuzlaşdı
Bakıda evlər bahalaşıb - SƏBƏBLƏR
Bakının ev bazarı nə zaman dirçələcək? - Ekspert zaman verdi
Ərzaq və kənd təsərrüfatı məhsulları bahalaşacaq - Gözlənti
Şadlıq evlərində növbə var - Toylar başlayır?
Ev alqı-satqısı bazarında CİDDİ BÖHRAN VAR
Maşın bazarında qiymətlər artıb - VİDEO
Hava meyvələrin görkəmini dəyişir: Karantin də bahalaşdırır
Kirayə mənzil qiymətləri artacaq - SƏBƏB
Nazirlikdən süni qiymət artıran sahibkarlara XƏBƏRDARLIQ
Dizel mühərrikli avtomobillərin qiyməti ucuzlaşdı
"Azərsun”, “Veysəloğlu” kimi monopolist şirkətlər qiymətləri hər gün artırırlar - Bəs bu duruma hökümət niyə səssiz qalır?..
Azərbaycanda bu avtomobillər BAHALAŞACAQ
Maşın bazarı 1 illik aradan sonra açıldı: Yeni qiymətlər- Video
Məsələ benzinin bahalaşmasında deyil, əsl BÖHRAN BURDADIR! - NƏ BAŞ VERİR?
Maşın bazarında nə olacaq?  - “Çıxış yolu qalmır”
İctimai nəqliyyatda gediş haqqı bahalaşacaq?
“Yeni bahalaşma dalğası gəlir” - NƏ BAŞ VERİR?
İnam Kərimov HARA BAXIR: "Ölkəni texniki sort Pakistan, İran kartofu bürüyüb" - Alverçilər "at oynadır"
Əsassız qiymət artımına qarşı nəzarət gücləndirilir - Diqqət!
Ən ucuz kirayə mənzillər Bakının hansı ərazisindədir? - VİDEO
“Azərsun” sabotajla məşğuldur? - Qiymətlər hər gün bir az da artır...
Növbəti bahalaşma!Çörək bu qiymətə olacaq – SON DƏQİQƏ AÇIQLAMASI
“Taksi qalmaqalı”nın SÜRPRİZ NƏTİCƏSİ: - Şirkətlər qiyməti niyə qaldırır?
Kafe və restoranlarda qiymətlər niyə bahalaşıb? - AÇIQLAMA
Səfər Mehdiyevin gömrük hikkəsi ölkəni maşın qəbirstanlığına çevirib... - İLGİNC FAKTLAR...
Bu sahədə qiymətlər kəskin artdı: 350 manatdan 800 manata...
Azərbaycanda çörək və un bahalaşacaqmı? - Rusiyada güclü qiymət artımı var
Bayram günləri taksilərin qiyməti artdı?
SON DƏQİQƏ: Azərbaycanda benzin və dizelin qiyməti dəyişdi - RƏSMİ