Xərçəngdən əməliyyat olunan Ağadadaş Ağayevin vəziyyəti necədir? - “Zəng etmişdi...“
23-04-2021, 11:22
156

Xərçəngdən əməliyyat olunan Ağadadaş Ağayevin vəziyyəti necədir? - “Zəng etmişdi...“

Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev Türkiyənin İstanbul şəhərində özəl klinikaların birinə yerləşdirilib. Xərçəng xəstəliyindən əziyyət çəkən Xalq artisti əməliyyat olunub.
Sənətçinin son durumu ilə bağlı Əməkdar artist Aybəniz Haşımova məlumat verib.
Yenisabah.az-a danışan Haşımova Ağadadaş Ağayevə görə çox sarsıntı keçirdiyini deyib:
“O gün sosial şəbəkədə qarşıma bir xəbər çıxdı: Ağadadaş Ağayev xəstədir deyə. Çox narahat oldum, mən də bir vətəndaşam, mənim də sevdiyim səslər var. Götürüb telefonuna zəng vurdum, amma açmadı. Daha çox narahat oldum. Bir az keçdi Ağadadaş müəllimin özündən mənə zəng gəldi. Siz inanın ki, telefonda onun səsini eşidib uşaq kimi ağladım, amma ona bildirmədim. Əgər o məni görsəydi, ağlayardı. Ağadadaş müəllim telefonun o biri ucunda danışırdı, mənsə bu tərəfdə sakit-sakit ağlayırdım. Mərhum Xalq artisti İlham Əsgərov vardı, biz uzun illər toylara onunla birlikdə getmişik, elə bilirdim sağ əlimdir. Bir dəfə xəbər gəldi ki, İlham Əsgərov ağır insult keçirib və xəstəxanadadır. Bunu eşidib zəng etdim, bir Allah bilir ki, mən onda nələr çəkdim, içimdə qara qanlar axırdı. Dua edirdim ki, nə olar bircə özü götürsün, səsini eşidim. Bir sevdiyinin səsinə möhtac qalmaq qədər həyatda ağır bir şey yoxdur”.
Sənətçi həmkarı ilə telefon əlaqəsi saxladığını, onun vəziyyətinin hazırda yaxşı olduğunu deyib:
“Ağadadaş müəllimlə danışanda da narahatlığımı bildirdim, dedim bütün mətbuat bu barədə yazır. Dedi ki, “əməliyyat olmuşam, indi yaxşıyam, sağolmuşlar, vəziyyəti bir az şişirdiblər, yaxşıyam, mənə görə heç kim narahat olmasın”. Nə qədər gözəldir sevdiyin insanların “yaxşıyam” deməsi...”

Oxşar xəbərlər

Qardaşından Ağadadaş Ağayevin səhhəti ilə bağlı AÇIQLAMA
Ağadadaş Ağayev Türkiyədə əməliyyat olundu
Ağadadaş Ağayev bu gün əməliyyat olundu
Aybəniz Haşımova Manaf Ağayevdən yazdı: “Çox utandım...“
Xalq artistinin məzarı baxımsız vəziyyətdədir - Fotolar
Nisə Qasımova əməliyyat olundu
“Məni öldürməyə gücünüz çatmaz!“ - Röya
Xalq artisti şəhid oğlundan danışdı: “9-cu sinifdə oxuyanda...“
Xalq artisti Canəli Əkbərovun görünüşü hamını təəccübləndirdi - Video
Xalq artisti Faiq Ağayev Dövlət Statistika komitəsinə müraciət edib.
Xalq artisti infarkt keçirdi: Vəziyyəti ağırdır
Flora Kərimova həmkarı ilə barışdı - Video
Xərçəngdən əziyyət çəkən müğənni: “Dedim ki, xəstəliyimi qohumlarım bilməsin“
"Cənab Ali Baş Komandan" mahnısı bəstələndi
Koronavirusa yoluxan Xalq artistinin vəziyyəti ağırdır
“İt günündə dolanıram“ - Xalq artisti
Məlik Dadaşovun cangüdəniylə 20 il sevgili olub: "Toy gecəsi evimə gəldi" - VİDEO
Xalq artisti xəstəxanaya yerləşdirildi
Röya Xalq artisti adı almasından danışdı - "Bu ad mənim deyil, sizindir"
“Lotereya oynayıb, Bakıda ev aldım" - Xalq artisti
Xərçəngə yoluxan Nisə Qasımovadan xəbər var
Xalq artisti onları mikrob adlandırdı: “Bu tənqidləri sifarişlə yazırlar...”
Xalq artisti Ramiz Məmmədovla vida mərasimi keçirildi
Xəstəxanaya yerləşdirilən Rəmişdən son xəbər
Xərçəngdən əziyyət çəkən məşhur aktrisa əməliyyat olundu
Xərçənglə mübarizə aparan “Toppuş bacı“nın SON HALI
Xalq artisti: “Erməni müğənni mənə zəng etdi, bax Yerəvanda nəyə qulaq asıram"
Yalçın Rzazadə niyə Bakıda dəfn olunmadı?
Xalq artisti Ağdam məscidində azan oxudu - VİDEO
Afaq Bəşirqızının səhhəti pisləşdi - “Danışmaq istəmirəm...“