Bələdiyyənin “teleqramı əsasında” qərar çıxaran Şəki İnzibati Məhkəməsi. .. Şəhid atasından “hüquqmüəyyənedici” sənəd tələb edilir
23-04-2021, 14:22
39

Bələdiyyənin “teleqramı əsasında” qərar çıxaran Şəki İnzibati Məhkəməsi. .. Şəhid atasından “hüquqmüəyyənedici” sənəd tələb edilir

Şuşa şəhidi Roman Pənahovun atası Sərkər Pənahovun marağına toxunan Şəki İnzibati Məhkəməsinin hakimi İlqar Cabbarovun 24.02.2021-ci il tarixli 2-1 (116)-103/2021 saylı qərarı üzrə 3-cü şəxs qismində işə cəlb edilməsi barədə vəsatətinə hələ də baxılmayıb. Ərizəçini 59 ildir yaşadığı Gürcüvan (indiki Xanbulaq) bələdiyyəsinin Yenilik kəndi ərazisində yerləşən və 15 ildən çoxdur iş ortağı Firuz Maarif oğlu ilə birlikdə kənd təsərrüfatı məqsədilə yararlandığı torpaq sahəsindən Xanbulaq bələdiyyəsinin sədrinin “teleqramı əsasında” məhrum edən Şəki İnzibati Məhkəməsi ondan imza və hüquqmüəyyənedici sənəd tələb edir.
Teref.az xəbər verir ki, bunu saytımızın elektron ünvanına göndərilən məqalədə müəllif M. Ağsu yazır.
Müəllif daha sonra yazır, bu isə açıq şəkildə məhkəmənin tərəflərin hüquq bərabərliyini pozmasını, ayrı-seçkilik etməsini ortaya qoyur. Bəyəm teleqramda imza olur ki, “teleqram əsasında” fermer torpağından məhrum edilib? Eyni zamanda, şəhid atası həm elektron qaydada, həm də imzaladığı məktubla 3-cü şəxs qismində işə cəlb edilməsi üçün vəsatətlə məhkəməyə müraciət edib. O ki qaldı, torpaqdan istifadəyə dair hüquqmüəyyənedici sənədə , əvvəla, bələdiyyə yeni icarə müqaviləsi bağlasaydı, daha məhkəməyə müraciət etməyə nə ehtiyac olardı? İkincisi, şəhid atasının 59 ildir sözügedən bələdiyyənin ərazisində yaşamasını məhkəməyə təqdim etdiyi şəxsiyyət vəsiqəsi sübut edir ki, bu da ən əsas hüquqmüəyyənedici sənəd sayılır. Konstitusiyaya görə, istənilən şəxsin icarəsinə, mülkiyyətinə torpaq sahəsi götürmək hüququ var. Onda qala bələdiyyə ərazisində yaşayan ŞƏHİD ATASI OLA! Yəni, Şəki İnzibati Məhkəməsinin şəhid atasından qeyri-müəyyən hüquqmüəyyənedici sənəd tələb etməsinin özü qanunsuzdur. İddiası torpaq sahəsiniın örüş olması haqqında cavabdehin saxta teleqramı əsasında təmin edilməyən Firuz Maarif oğlu ilə Sərkər Pənahovun birlikdə arı, mal-qara saxlamalarının da sübuta ehtiyacı yoxdur. Yəni, ortaq mal-heyvan saxlayan kəndlilər bir-birinə hüquqmüəyyənedici sənəd verməlidir?

Xatırladaq ki, Sərkər Pənahovun oğlu Roman Qarabağ Vətən Müharibəsində 4 noyabr 2020-ci ildə Şuşa uğrunda Daşaltıda şəhid olub. Firuz Bədəlov onun arxasınca yollanıb və Daşaltıda(n) tapıb . İgidi Ağsuda torpağa tapşıranda şəhid atasına verilən Azərbaycan Bayrağını Sərkər Pənahov iş-döyüş dostu Firuz Bədəlova verilməsini istəyib və belə də edilib. Bunu şəhidin torpağa tapşırılması mərasimində iştirak edən Ağsu RİH-in, bələdiyyənin nümayəndələri də təsdiqləyə bilər. Başqa sözlə, Şuşa şəhidinin doğma yurdunda torpaq hüququ qanunla qorunur. Qalır bu hüququn məhkəmə yolu ilə tanınması.

TORPAĞIN TƏKCƏ ALTI ŞƏHİDİN DEYİL Kİ! Şairin şəhid adından dediyi kimi, ALTINDA YATARKƏN DƏ BİZİMDİR YERİN ÜSTÜ!
M. Ağsu


Oxşar xəbərlər

Şuşa şəhidinin atasından prezidentə müraciət - "“Dəmir yumruğu” işə salmağınızı xahiş edirəm..."
İlqar Cabbarov 2 ildir Prezidentə, Konstitusiyaya və qanunlara sayğısızlıq göstərir - İTTİHAM
Vətəndaş ötür-ötür oyununda... - GİLEY
Qarabağ qazisinə qarşı məhkəmə - vəkil özbaşınalığı davam edir
Şəki şəhər İcra Hakimiyyəti bələdiyyə üzvünə yarım milyonluq tender "verdi"? - FOTO
Məhkəmə qərarını icra etməyən Vəkillər Kollegiyası qazilərə pulsuz xidmət edəcək? - NARAZILIQ!
Milli Məclis bu hakimlərin vəzifədən azad olunmasına qərar verdi - Siyahı
ƏƏSMN Qarabağ Qazisinə qarşı SAVAŞ APARIR - NARAZILIQ!
Zərdabda məmur özbaşınalığı... - QALMAQAL
İlqar Məmmədova 234 min kompensasiya ödənildi
Məhkəmə hakimi vəfat edib - FOTO
Şəki rayon məhkəməsində  “cərimə rüşvəti“ - Məhkəmənin sədri  Ceyhun Əhmədov hara baxır ?
Qəbiristanlığı zibilliyə çevirən bələdiyyə sədri cərimələndi
Keçmiş bələdiyyə sədri şoran torpaqlara qanunsuz subsidiya yazaraq 19700 manat pulu necə mənimsəyib?-ŞOK SƏNƏD…
Bir nazirlik kəndini işğaldan azad edir... sevindirir, digər nazirlik isə... - GİLEY
Reyestr Xidmətinin vəzifəli şəxsi HƏBS EDİLDİ
Əlillik “oğru qanunu” ilə qiymətləndiril(m)ir - İTTİHAM
Cəlilabadda nələr baş verir? - İTTİHAM
DTX-nin tutduğu icra nümayəndəsinə hökm oxundu - VİDEO
Sahil Babayevin müavini məhkəmə qərarının qanuniliyini yoxlayır?! - ABSURD!!!
Qazinin 10 ildir istədiyi torpaq kimə satılıb? - NARAZILIQ!
Nazir müavini və deputat olan Səfərov qardaşlarının şirkətinin daha bir cinayəti - Qanunsuz məhkəmə qərarları necə çıxarılıb?
Əlilliyin elektron müəyyən edilməsi qaydası, yoxsa “elektron dələduzluq” ? - NARAZILIQ!
“AzərGold” vətəndaşın torpağına göz dikib... - NARAZILIQ...
Bələdiyyənin sabiq sədrinə cinayət işi açılıb
Vətəndaş razı olmadığı halda cərimə yazan məmur CƏRİMƏLƏNƏCƏK
"İrşad Electronics" CƏRİMƏLƏNDİ
Prokuror hökumət əleyhinə çağırışlar edən Elvin İsayevə cəza istədi
Apellyasiya Məhkəməsinin hakimindən ədliyyə nazirinə şikayət - "Hakim Elnur Həsənov tamah məqsədiylə..."
Qarabağ Qazisi məhkəmələrdə süründürülür - 2 aydan sonra ayrılan vəkil də şikayəti yazmır