Daha bir sabiq deputatın "sığal" çəkdiyi bəlli oldu... - bu dəfə katibənin yanına deyil, iş yerinə...
23-04-2021, 16:34
52

Daha bir sabiq deputatın "sığal" çəkdiyi bəlli oldu... - bu dəfə katibənin yanına deyil, iş yerinə...

Həftənin əvvəlindən Azərbaycan mediasının baş xəbəri Hüseynbala Mirələmovun "sürət həddini aşaraq" "radar"a düşüb özünü yandırmasıdır. Desək ki cəmiyyət hələ də hadisənin, daha doğrusu, görüntünün şokundan ayılmayıb, çox ifrata varmış olarıq. Çünki məmləkətdə "məmə" deyəndən "pəpə" yeyənədək hər kəs bilir ki, bu sahədə real durum necədir və milli-mənəvi dəyərlərimiz hansı aşınmaya məruz qalıb. Odur ki, qınanılası, linç ediləsi təkcə ağsaqqalar deyil, yaşlı və orta nəslin nümayəndələri də sığaıl çəkmə məsələsində püxtələşiblər.

Xülasə, Moderator.az oxucularını Hüseynbala müsibətindən bir az uzaqlaşdırmaq üçün başqa bir diqqətçəkən xəbər təqdim edirik.

Mövzunun qəhrəmanı bu dəfə də sabiq deputatdır. Amma bu sabiq qəhrəman katibəsinə deyil, iş yerinə yaxşıca sığal çəkib. Məsələ burasındadır ki, sabiq deputat Elton Məmmədov günlərin bir günü Azərbaycan Texniki Universitetinə prorektor təyin olunanda özünə çox böyük bir kabinet sifariş verdirib, ardından həmin kabineti sultan saryalarına xas şəkildə təmir etdirib, nəinki bahalı mebel dəsti gətirdib, tavana bir deyil, qoşa çilçıraqlar asdırıb, yerə xalçalar döşətdirib.

Amma Ramiz Ənvəroviç onu AMEA-ya işə dəvət edəndə həmin kabinetdəki nəinki kondisioneri və mebelləri, hətta xalçaları və çilçıraqları da sökdürüb özü ilə aparıb. Onun bu hərəkəti universitet rəhbərliyini şoka salsa da susmağa üstünlük verilib.

Bu azmış kimi iddialara görə, Elton Məmmədov gedərkən katibəsini də özü ilə AMEA-ya aparmağı unutmayıb. Yəni universitetdə ona yaxından-uzaqdan dəxli olan heç bir şeyin, heç kimin qalmasına könlü razı olmayıb...

Oxşar xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının sədri: “Hüseynbala Mirələmovun yerinə utanıb xəcalət çəkirəm”
Oqtay Əliyev Hüseynbala Mirələmovdan danışdı: “Ondan betərləri də var“
Hüseynbala Mirələmov Ağsaqqllar Şurasından da ÇIXARILACAQ? - AÇIQLAMA
Sabiq deputatın evi qarət edildi
Hadı Rəcəbli biabırçı videodan DANIŞDI: “Hüseynbala oruc tutur”
Mirələmova şeir qoşdular: “Eks-deputat eləmədi tənbəllik, əl uzatdı...” - VİDEO
Mirələmovun köməkçisindən yayılan video haqda qırmızı təkzib: “Montajdır...”
“O, hörmətli adam idi, gərək belə etməyəydi...” - Hüseynbalanın "bəla"ya düşməsindən danışdı...
“Baş verənlər olduqa üzücüdür“ - YAP-çı deputat
Bu ölkədə sığal çəkən təkcə Hüseynbala Mirələmov deyil...
Mirələmovun videosu hansı şəraitdə çəkilib, kim yayıb? - Təfərrüatlar
YAP-dan Mirələmov haqda sərt açıqlama
Sabiq deputat DTX-ya müraciət etdi - Rasim Məmmədov işinə görə
Biri Dubayda kef çəkir, o biri türmədə təsbeh çəkir...
Hüseynbala Mirələmov YAP-dan da çıxarıldı
Ramiz Mehdiyevin kürəkəni özünə BMW X6 aldı - FOTO
Zaur Hüseynbala Mirələmovun “sirrini“ açdı: “Tanınmamışları xoşlayır...“ - Video
Hüseynbala Mirələmov kafedra müdiri vəzifəsindən azad edildi
"Eldar Həsənovun sağlıq durumu yaxşı deyil" - Qardaşından AÇIQLAMA
Ziya Məmmədovun qardaşı oğluyla bağlı qərar verildi
YAP Hüseynbala Mirələmovla bağlı məsələni müzakirə edir
Daha bir sabiq nazir HƏBS EDİLDİ
Əli Həsənovun yerinə sabiq səfir TƏYİN EDİLDİ
Alimpaşa Məmmədov yeni vəzifəyə hazırlaşır... - İDDİA
Sabiq nazirlərdən daha biri həbs oluna bilər... - Sırada Ziya Məmmədov var
Mirələmov cinayət məsuliyyətinə cəlb edilə bilər? - Seksual qısnama, sataşma...
28 il sonra anasının qəbrini ziyarət etdi - Hər kəsi kövrəldən görüntü (VİDEO)
Nazir müşaviri ictimai qınaqdan qorxdu – Statusunu sildi
“Onlara inzibati deyil, ciddi qanunlar tətbiq edilməlidir” - Sabiq baş nazirdən ÇAĞIRIŞ
“Məni də yaxşı tanıyırlar, Gülər Əhmədovanı da...” - QALMAQAL