Tanınmış iş adamına qarşı daha 2 MƏHKƏMƏ İDDİASI
23-04-2021, 16:40
33

Tanınmış iş adamına qarşı daha 2 MƏHKƏMƏ İDDİASI

Azərbaycanın aparıcı tikintin şirkətlərindən biri olan “Caspian Service” MMC-yə və onun sahibi Rəhim Sultanova qarşı məhkəmə iddiaları qaldırılıb.
Yeniavaz.com xəbər verir ki, “Caspian Service” MMC-yə və Rəhim Sultanova qarşı məhkəmə iddiası “Yelo Bank” ASC tərəfindən, Rəhim Sultanovun direktor olduğu "Günəş Holding MMC" MMC-yə qarşı iddia isə Dövlət Vergilər Xidməti tərəfindən qaldırılıb.
“Yelo Bank” ASC-nin “Caspian Service” MMC və Rəhim Sultanova qarşı qaldırdığı iddia ilə bağlı məhkəmə iclası dünən - 22.04.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə keçirilib. Növbəti iclas 04.05.2021-ci il tarixinə təyin olunub.
Dövlət Vergilər Xidmətinin "Günəş Holding MMC" MMC-yə qarşı qaldırdığı iddia ilə bağlı məhkəmə iclası isə bu gün - 23.04.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Fərrux Qasımovun sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, “Günəş Holding MMC” MMC 05.05.2002-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 4000 manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Bülbül pr, ev 25, m. 52-də erləşir. MMC-nin qanuni təmsilçisi Sultanov Rəhim Ələddin oğludur. Sultanov Rəhim Ələddin oğlunun təsis etdiyi  “Caspian Service” MMC isə 28.03.2003-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Bülbül pr, ev 25, m. 52-də yerləşir. MMC-nin qanuni təmsilçisi Musayev Araz Əli oğludur.
Məlumat üçün bildirək ki, Dövlət Vergilər Xidmətinin reyster məlumatlarında “Caspian Service” MMC-nin dövlət büdcəsinə 60 min 178 manat 52 qəpik, “Günəş Holding MMC” MMC-nin isə 100 manat 2 qəpik vergi borcunun olduğu qeyd olunub.
Onu da bildirək ki, “Caspian Service” MMC təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də dəyəri milyonlarla ölçülən böyük tikinti layihələri icra edir. “Caspian Service” MMC ilə bağlı əvvəllər də bir neçə dəfə qalmaqallı məhkəmə prosesləri olub.  Hətta məhkəmə proseslərinə etiraz olaraq “Caspian Service” MMC-nin kollektivi tərəfindən ölkə prezidentinə də müraciət olunub. MMC-yə dəstık üçün xarici ölkələrin tanınmış şəxslərindən də dəstək məktubları göndərilib.
“Caspian Service” MMC-nin Direktorlar Şurasının sədri Sultanov Rəhim Ələddin oğlu 1962-ci ildə anadan olub. İxtisasca hüquqşünas olan Rəhim Sultanov tanınmış hüquqşünas Ələddin Sultanovun oğludur. Ələddin Sultanov 1967-ci ildə Mingəçevir şəhər prokuroru, 1970-ci ildə Lənkaran rayonunun prokuroru, 1977-ci ildə Bakı şəhər Lenin (Sabunçu) rayonunun prokuroru, 1979-cu ildə Bakı şəhər prokurorunun müavini, istintaq şöbəsinin rəisi, 1980-ci ildə Naxçıvan MSSR-i prokuroru, 1981-cidə il Azərbaycan SSR-i prokurorunun 1-ci müavini, 1987-ci ildə Azərbaycan SSR-i Ədliyyə Nazirliyinin Hüquqşünas Kadrların Təkmilləşdirilməsi İnstitutunun prorektoru, 1990-cı ildə Baş Prokurorun xüsusi işlər üzrə köməkçisi, 1992-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin Başçının müavini, aparatının rəhbəri, 1998-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi olub. 2010-cu ildən isə təqaüdə çıxıb.

Oxşar xəbərlər

Azərbaycanda bu da oldu: şirkət özünü məhkəməyə verdi
Məşhur avtomobil şirkəti AMEA-nı məhkəməyə verdi – Borca görə…
Nazirlik millət vəkilinin oğlunu məhkəməyə verdi – FOTOFAKT
Şirkət TƏBİB-i məhkəməyə verdi
Sabiq rəis Eldar Mahmudovun qızını məhkəməyə verdi
Azərbaycanın iki tanınmış şirkəti məhkəmə qarşısında
Ramiz Mehdiyevin həyat yoldaşına qarşı məhkəmə prosesi başladı
Misir Mərdanovun qızı “Azəriqaz”ı məhkəməyə verdi: “Göyərçin" Uşaq Bağçası etiraz edir...
AZAL prezidentinin həyat yoldaşını məhkəməyə verdilər - SƏBƏB
Keçmiş deputatla bələdiyyə üzvü arasında məhkəmə çəkişməsi başladı
Azərbaycanın məşhur balıq məhsulları şirkəti müflis elan edildi
Ramiz Mehdiyevin həyat yoldaşı bu gün hakim qarşısına çıxır - SƏBƏB
Azəriqaz” məşhur iş adamını məhkəməyə verdi - FOTOFAKT
Bank kredit borcuna görə “Akkord”u məhkəməyə verdi
Həbs edilən idarə rəisi bəraət aldı - məhkəmə zalından azadlığa çıxdı
ŞOK GƏLİŞMƏ! Ramiz Mehdiyevin həyat yoldaşı MƏHKƏMƏYƏ VERİLDİ-Yarım MİLYON BORCU VAR
Məhkəmə Eldar Həsənovla bağlı QƏRAR VERDİ
Ramiz Mehdiyevin həyat yoldaşını məhkəməyə verdilər: - Şərab biznesi ortaya çıxdı
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Məhkəmə qərar verdi: Mübariz Mənsimov SOCAR-a 63 milyon dollar ödəməlidir
Dövlətə xəyanətdə təqsirləndirilən şəxslərin məhkəməsi başladı
Koçaryan Paşinyanı və Ermənistanı məhkəməyə verdi
Nazir məhkəmə sədrinə TÖHMƏT VERDİ
Rəhim Qazıyevin apellasiya şikayəti təmin edilmədi
Hacı İbrahim Nehrəmli məhkəməyə verildi
Hacı İbrahim Nehrəmli məhkəməyə verildi - Borc iş adamını işə saldı
Məhkəmə 3 kq-dan çox narkotiklə tutulan şəxsə bəraət verib - Belə də olurmuş...
Abid Şərifovun ailə üzvlərinə məxsus biznes çökür? - FOTOFAKT
Serj Sarkisyanın səhhəti pisləşdi
Nazirliyə tabe qurum “Azərsu”nu məhkəməyə verdi