Vergi borcu olan 10 aylıq şirkət yarım milyonluq iki tender “qazandı” - FOTO
23-04-2021, 17:56
39

Vergi borcu olan 10 aylıq şirkət yarım milyonluq iki tender “qazandı” - FOTO

Tovuz rayon Subartezian Quyularının İstismarı İdarəsi bu gün tikinti materiallarının satınalınması müsabiqəsinə yekun vurub. 
Qaynarinfo xəbər verir ki, 224 min 345 manat 98 qəpik məbləğində olan tenderin qalibi "EMV GROUP" MMC olub. 
100 min manat nizamnamə kapitalına malik "EMV GROUP" MMC 10.06.2020 tarixində yaradılıb. Şirkət yaradılarkən hüquqi ünvanı Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi (Yeni Günəşli qəs.) ev.16 m.13, qanuni təmsilçisi isə Əsgərov Adil Azər oğlu olub. 
07.04.2021 tarixində reyestr sənədlərinə edilən dəyişikliklərdən sonra şirkətin hüquqi ünvanı və qanuni təmsilçisi dəyişib: Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, ev 54, 11-ci küçəsi, Dalan 4 və Xalid Məmmədov Nəriman oğlu. 
10 ay əvvəl yaranan şirkət aprelin 9-da Lənkəran şəhər İcra Hakimiyyətinin keçirdiyi yaşayış binalarının əsaslı təmiri işlərinin satınalınmasının da qalibi olub. Həmin tenderin məbləği 288 min 753 min 86 qəpik təşkil edib. 

Şirkətin fəaliyyəti ilə bağlı internet resurslarında hər hansı bir məlumat olmasa da, hazırda MMC-nin 8 min 710 manat 82 qəpik vergi borcu var. Satınalmalar haqqında mövcud qanunvericilik vergi öhdəliklərinə əməl etməyən hüquqi və fiziki şəxslərin tenderlərdə iştirak etməsini qadağan edir. Həmçinin, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır. Bu baxımdan 10 əvvəl yaranan şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil.

Oxşar xəbərlər

Əhmədzadə son 3 gündə 2 dəfə qanunu kobud şəkildə pozdu
İnanılmaz tender maxinasiyası: Bir şirkət bir gündə bir qurumdan 5 tender qazandı (FOTO)
Qazaxda tender pozuntusu: Ata və oğulun şirkətləri
Abşeronda qanunsuz tender – Vergi borcu olan şirkətlə milyonluq müqavilə bağlanıb
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tenderlər verir - İcazə verin, şübhələnək...
Bir gündə eyni idarədən 4 tender alan "Tender kralı"nın şirkətini kim himayə edir?
Nazirin işdən qovduğu şəxs 73 minlik TENDER UDDU
Ağstafada tender maxinasiyaları - İcra Hakimiyyəti izi necə itirməyə çalışır?
BNA 2.8 milyonluq “zapçast” alır
4 yaşlı “tender canavarı” “Bakı Şəhər İşığı”nda... - ARAŞDIRMA
Qobustanın icra başçısı büdcə pullarını kimə ötürür... - İLGİNC
Nazirlik 154 minə iki maşın alacaq - Tender
Masallıda ənənəvi tender hoqqabazlığı... - İLGİNC FAKTLAR
"Bakı Metropoliteni” 207 minə mismar alır – İki tanınmamış şirkətlə tender müqaviləsi
Xaçmazda bulanıq tenderlər... - İLGİNC FAKTLAR
Əhmədzadənin “Sevinc”i yarımçıq qaldı - “Meliorasiya”nın tenderi ləğv olundu
Meliorasiya İdarəsindən inanılmaz tender maxinasiyası: - 1 gündə 3 tender
Baş Səhiyyə İdarəsindən şübhəli tender - Əlövsət Orucov şirkətin adını niyə dəyişdirib?
İcra Hakimiyyətlərinin sevimli Abıyevi: Bir manatlıq “böyük” şirkət...
Dövlət Vergi Xidmətindən ABSURD QƏRAR - milyonluq vergi borcu olan şirkəti 12,8 milyonluq tenderin qalibi etdi
Məktəbləri bərbad vəziyyətə qoyan şəxslə “abadlıq müqaviləsi” - Yasamalda 1 milyonluq şübhəli tenderlər
QİÇS Mərkəzindən daha bir kobud tender maxinasiyası: 1 ayın şirkəti...
İsgəndər Xəlilovun oğlu Azərbaycanda yeni şirkət yaratdı
“ƏRDAĞI” MMC daha bir tenderin qalibi oldu - 10 manatlıq şirkətin milyonluq tenderləri ...
İki gündə 5 ünvanda 5 şirkət yaradan Rzaquliyev kimdir: Narkoman, yoxsa iş adamı?
Səfər Mehdiyevin ŞÜBHƏLİ TƏRƏFDAŞI
Əhmədzadədən daha bir şübhəli tender: 10 manatlıq şirkətə 300 min manat…
“Qaçqınkom”un 3.8 milyonluq ŞÜBHƏLİ TENDERİ...
Səfər Mehdiyev milyonları "Progress"ə asta-asta ötürür... - ŞÜBHƏ!
İcra başçısının “tender əməliyyatları”: Yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”