Sabiq icra başçısı məhkəmədə cavab verəcək - Tarix
24-04-2021, 10:01
44

Sabiq icra başçısı məhkəmədə cavab verəcək - Tarix

Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Ceyhun Cəfərov və rayonun digər vəzifəli şəxsləri barəsində olan cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.
Cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Səfərlinin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası mayın 19-a təyin edilib.
Qeyd edək ki, aparılmış istintaq-əməliyyat tədbirləri ilə müəyyən olunub ki, Ceyhun Cəfərov 16 aprel 2014-cü il tarixdən 20 avqust 2020-ci il tarixədək həmin vəzifədə işləyərkən birinci müavini Tacəddin Novruzov, İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Natiq Kərimov və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən öz qulluq mövqeyindən istifadə etməklə müxtəlif tabe qurumlara məxsus olan külli miqdarda pul vəsaitlərini mənimsəyib, rayon ərazisində fəaliyyət göstərən səhiyyə, təhsil və digər dövlət qurumlarından, bir sıra özəl müəssisələrdən külli miqdar təşkil edən pul vəsaitlərini rüşvət qismində alıb, habelə həyata keçirilmiş tikinti işləri ilə bağlı verdiyi qanunsuz sərəncamlar nəticəsində torpağın üst münbit qatına ağır nəticəli ziyan vurulmasına səbəb olub.
İş üzrə toplanmış sübutlar əsasında Ceyhun Cəfərov, Tacəddin Novruzov və Natiq Kərimova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və digər maddələri ilə ittiham elan edilmiş və barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
İstintaq zamanı, həmçinin, yol verdikləri korrupsiya hüquqpozmaları ilə bağlı cinayətkar qruplaşmanın digər üzvləri – Kürdəmir rayonunun Yaşıllaşdırma idarəsinin rəisi Emin Sadıqov, Mənzil İstismar sahəsinin rəisi Sərvər Məmmədov, Kommunal Müəssisələr kombinatının direktoru Məhəmmədəli Surxayev, rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin tibb müəssisəsinin baş həkimi Məhəmməd Musayev, eləcə də rayonun Təhsil şöbəsinin müdiri Mətləb Allahverdiyev və baş mühasibi Rəcəb Hüseynova 179.3.2 (mənimsəmə külli miqdarda törədildikdə), 313-cü (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilməklə barələrində həbslə bağlı olmayan qətimkan tədbirləri seçilib.
Cinayət işinin ibtidai istintaqı zamanı vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib, xüsusi müsadirəni təmin etmək məqsədilə məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərə məxsus olan daşınmaz əmlak üzərinə həbs qoyulub.
Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Oxşar xəbərlər

İcra başçısı həbs edilən rayonda bu məmurlara da cinayət işi açıldı
Məhkəmə həbsdəki sabiq icra başçısı ilə bağlı qərar verdi
İcra başçısının həbs müddəti artırılır
Kürdəmir icra başçısı Ceyhun Cəfərovun aldığı rüşvətlər açıqlandı
Ceyhun Cəfərov məhkəməyə gətirildi
Saxlanılan icra başçısının ittihamları məlum oldu
Kürdəmirin icra başçısı Ceyhun Cəfərov və müavini saxlanıldı
Həbsdə olan sabiq icra başçısının məhkəməsinin vaxtı məlum oldu
İcra başçısı və vəzifəli şəxslərin həbs müddəti uzadılır
Sabiq icra başçısının həbs müddəti uzadıldı
Həbsdə olan sabiq icra başçısının məhkəməsi başlayır
Həbs edilən icra başçıları: Nizaməddin Quliyevin və müavininin işi məhkəməyə göndərildi
Sabiq icra başçısının kimlərdən rüşvət aldığı MƏLUM OLDU
Həbs edilən sabiq icra başçısından XƏBƏR VAR
Cəlilabadın başçısı ilə birlikdə tutulanların ADLARI
Sabiq icra başçısı və birinci müavininin məhkəməsi başlayır
İcra başçısı həbsindən əvvəl “əliəyriləri” belə asıb-kəsirdi - Video
Rüşvətə görə həbs edilən icra başçısının əmlakına həbs qoyuldu
Kürdəmirin İcra Hakimiyyətindəki əməliyyatın görüntüləri - Video
Tutulan sabiq icra başçısı məhkəməyə gətirildi
Sabiq icra başçısının məhkəməsi başladı
Cəlilabadın sabiq icra başçısının ittihamları məlum oldu - külli miqdarda rüşvət almaqda təqsirləndirilir
İcra başçısına yeni müavin təyin edildi
Cəlilabadın sabiq icra başçısının həbs müddəti uzadıldı
Yüz minlərlə manat rüşvətə görə həbs edilən sabiq icra başçısından xəbər var
“Qara maskalı”lar icra başçılarını yenə “ziyarət edəcək”: - “Dövlətin qaydalarına əməl etmirlər”
Həbs edilən sabiq icra başçısından XƏBƏR VAR
Sabiq icra başçısının oğlu məhkəmə qarşısında
Həbs olunan daha bir yüksək vəzifəli məmur YAP-dan çıxarıldı
Yeni icra başçısı Mahir Quliyevin kadrlarını İŞDƏN ÇIXARDI - FOTO