“Yeni Səhiyyə naziri kim olacaqsa, TƏBİB-in səlahiyyətləri ona qaytarılmalıdır. TƏBİB-dəki uşağın bütün səlahiyyətləri əlindən alınmalıdır”.
Bu sözləri Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.
O, Oqtay Şirəliyevin vəzifədən kənarlaşdırılması qərarının gözlənilən olduğunu bildirib:
“Əlbəttə, bu qərar gözlənilən idi. Cənab Prezidentin bütün qərarlarına biz hörmətlə yanaşırıq. O cümlədən də Oqtay Şirəliyevlə bağlı qərarına da. Oqtay müəllim artıq yaşlanmışdı. O bu sahədə kifayət qədər işlər gördü. Bu qərar başadüşüləndir, çünki bu yaşdan sonra işləmək bir az çətin olur. Hər halda Prezidentin qərarları xalq tərəfindən də dəstəklənir. Düşünürəm ki, Səhiyyə nazirinin getməsinə ehtiyac var idi”.
Partiya sədri qeyd edib ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) olan səlahiyyətlər alınaraq, yenidən Səhiyyə Nazirliyinin tabeliyinə verilməlidir. Onun fikrincə, TƏBİB və Səhiyyə Nazirliyi arasında gedən “nüfuz savaşı”na son verilməlidir:
“Bundan sonra TƏBİB-də olan rüşvət-korrupsiya məsələləri həll olunmalı, onun səlahiyyətləri yenidən Səhiyyə Nazirliyinə qaytarılmalıdır. Səhiyyə Nazirliyində ikihakimiyyətlilik yaranıb. Buna ehtiyac yoxdur, ona görə də yeni Səhiyyə naziri kim olacaqsa, bu səlahiyyətlər ona qaytarılmalıdır. TƏBİB-dəki uşağın əlindən bütün səlahiyyətlər alınmalıdır.
Korrupsioner məmurlarla bağlı artıq mübarizə aparılır, cənab Prezident bu işə başlayıb, ümid edirəm ki, uğurla sona çatacaq”.
Qeyd edək ki, ötən gün Səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Səhiyyə nazirinin birinci müavini Teymur Yusif oğlu Musayevə verilib.
“TƏBİB-dəki uşağın bütün səlahiyyətləri əlindən alınmalıdır“ - Hafiz Hacıyev
24
aprel
12:18

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Oqtay Şirəliyev və Ramin Bayramlı peyvənd olundu - FOTO
Azərbaycanda vaksin ilk öncə onlara VURULACAQ
TƏBİB-də yeni təyinat
Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin vurulmayıb? - RƏSMİ AÇIQLAMA
“Qızıl Xaç”dan TƏBİB-ə tibbi yardım ianəsi
TƏBİB-in şöbə müdiri vəzifədən getdi - YENİ TƏYİNAT
TƏBİB-lə Nazirlik arasında nə baş verir? –Rauf Nağıyev işdən çıxarılıb, amma...
Rəvanə Əliyeva müdir vəzifəsinə təyin edildi - TƏBİB
Xəstəxanada koronavirusdan ölən şəxslərin meyitləri dəyişik düşüb?
İnsanlar vaksinə deyil, Oqtay Şirəliyevə inanmır...
“Sinovac” vaksini laboratoriyalarımızda yoxlanılacaq - TƏBİB
TƏBİB vətəndaşlara müraciət etdi
Tibb işçilərinə vaksin məcburi vurulur? - TƏBİB-dən AÇIQLAMA
"Vəziyyət belə davam edərsə..." - TƏBİB
ÜST Azərbaycana 1 milyon tibbi maska göndərib
Zakir Həsənov onları təltif edib - Adlar
Yaqut Qarayevaya yeni vəzifə verilib
COVID-19 müalicə paketi 53 manata satılır? - RƏSMİ CAVAB
Bəzi şəxslərə koronavirus vaksini vurulmayacaq - TƏBİB
Ölkədə birinci bu şəxslər vaksinasiya ediləcək
Azərbaycanda peyvənddən sonra koronavirusa yoluxan olub?
"Semaşko"da xəstələri pulsuz müalicə edirik” deyən həkimə cinayət işi AÇILDI
Hamilələrə və körpələrə vaksin vurulacaq? - TƏBİB-dən açıqlama
“Əsgərlərə siqaret satanlar, yeməyini kəsənlər güllələnsin” — Hafiz Hacıyev
"Bu, TƏBİB-in rəsmi mövqeyi deyil" - Nəzrin Mustafayeva
TƏBİB vaksinasiya prosesi ilə bağlı MƏLUMAT YAYDI
Qoca Oqtay Şirəliyevlə cavan Ramin Bayramlının nə fərqi ?- “Semaşko”da koronavirusla bağlı həkimlərin əlavə maaşı niyə kəsilib ?
Vaksinasiyadan imtina edəcək şəxslərin nəzərinə! - DİQQƏT
Oqtay Şirəliyevdən yeni QƏRAR
Baş nazirdən QƏRAR - komissiya yaradıldı
- 46 yaşlı aktyor yuxuda olarkən vəfat etdi - FOTO
- Nahar zamanı 3 yaşlı bacısını bıçaqladı
- 21-ci əsrin ilk onilliyinin ən yaxşı futbolçuları - SİYAHI
- Zəncəfil bu insanlar üçün ZƏRƏRLİDİR
- Bu beş lider dünyanın sonunu yaxınlaşdırır - Vaynşteyn
- 30 il sonra qalıqları tapılan hərbçimiz dəfn olundu - FOTOLAR
- İstanbulda partlayış - Ölən və yaralananlar var
- “Bu gün bizə yaltaqlanan ermənilər 1988-ci ildə Xankəndidə...” - Xalq artisti sirləri açdı
- “WhatsApp” daha bir yeniliyi təqdim etdi
- Tarzən şəhid olan 20 yaşlı tələbəsinin FOTOlarını paylaşdı
- Rusiya müdafiə büdcəsini 68 faiz artırır
- Növbəti ildən hansı xəstəlikdən əziyyət çəkənlərə dərman veriləcək?
- Maştağa sakini İrana görə tutuldu - CASUS ŞƏBƏKƏSİ
- "Yunayted" 100 milyon avroluq transferə hazırlaşır
- "İlin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəsinə endirilməsi gözlənilir" - Baş nazir
- Hərbçilərimiz Kəlbəcərdə daha bir silah anbarı aşkar etdilər - VİDEO
- Hidayət Heydərov beşinci dəfə Böyük Dəbilqəni qazandı
- İrəvan-Arazdəyən yolu bağlandı, saxlanılanlar var - VİDEO
- Güləşçimiz erməniyə qalib gələrək yarımfinala yüksəldi
- Ceyhun Bayramov bu gün BMT Baş Assambleyasında çıxış edəcək
- “Azərbaycan Qarabağa tam nəzarət edir” - Separatçıların sabiq "nazir"i
- İlham Əliyev Toivo Klaarı qəbul edib
- İlham Əliyev Toivo Klaarı qəbul edib - YENİLƏNİB
- Xarici ölkələrin hərbi attaşeləri Şuşaya səfər ediblər